Xəbərlər, Hekayələr
29 iyun 2019
161

Yarımçıq qalmış tələbə ömrü və əbədi sevgi.


Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi bəyən və paylaş

 

 
İlham Əjdər oğlu Allahverdiyev 1962-ci il iyunun 12-də Ağdam rayonunda anadan olmuşdur.  Əvvəlcə oradakı 1 saylı, sonradan Bakıdakı 54 saylı orta məktəbdə təhsil alıb. 1972-ci ildə Bakıya köçüb.  Atası erkən yaşda dünyasını dəyişib.  Bundan sonra İlhamı Ağdamda yaşayan nənəsinə həyan olması üçün onun yanına göndərirlər.  O, Ağdamda həm zavodda işləyir, həm də nənəsinin qayğısına qalırdı.  İlham 1980-82-ci illərdə Latviyada hərbi xidmət keçir.Xidmətini başa vurandan sonra Bakıya qayıdan İlham Bakıdakı Dadaş Bünyadzadə adına gəmi təmiri zavodunda tokar işləyirdi.  İşləyə-işləyə həm də Bakı Texniki Texnikumunu bitirir.

Fərizə Çoban qızı Nəbiyeva 1970-ci il avqustun 11-də Ermənistan SSR-nin Spitak rayonunun Saral kəndində anadan olmuşdur.  1 nömrəli tibb məktəbinin axırıncı kurs tələbəsi idi. 

  İham və Fərizə də vətənpərvərlik hissi qeyri-adi dərəcədə yüksək idi.   
 
1989-cu ildə subay olan İlhamın evlənməsi məsələsi Allahverdiyevlər ailəsinin gündəminə gəlir.  İlham ailəsinin təklif etdiyi qızların heç birinə razı olmayıb, onun bacısı ilə bir sinifdə oxumuş Fərizənin adını çəkir.  1989-cu ilin martın 19-da nişanı olur. 1989-cu ilin 30 iyununda Fərizə İlhamla Bakıda təzə açılmış "Leyla" şadlıq evində saat 6-da toy mərasimini keçirir. 

 

  1990-cı ilin yanvarında İlhamla Fərizə ailələrindən ayrı yaşamaq qərarına gəlirlər.  Lakin yanvarın 19-da İlham Fərizəni yaşadıqları evdən götürüb, anasının yanına aparır.  Fərizənin təhlükəsizliyinə əmin olandan sonra, İlham əyninə qara paltar geyinib, qardaşı oğlu Əjdəri də öpüb, evdən çıxır.  Axşama yaxın İlham qardaşı Elxanla "Şamaxinka" deyilən ərazidə görüşürlər. İşdən qara fəhlə paltarı ilə gəlmişdi.  İlham və onun dostları yardım üçün gedəndə indiki 20 Yanvar dairəsində atəş aça-aça gələn tanklarla qarşılaşırlar.  İnsanları qətlə yetirəcəklərini görən İlham silahsız insanlara güllə atmamaları üçün əlini qaldırıb tankın qarşısna çıxır.   

Sovet ordusunun əsgərləri İlhamı güllələyirlər.  İlhamla Fuad Babayevı bir yerdə telefon budkasının yanında vurmuşdular.  Güllə ona qabaqdan dəymişdi.  O, xəstəxanaya 00:10-da qəbul edildi.  İlham çoxlu qan itirdiyindən ona qan vurmaq lazım idi.  Həkimlər onun öz qanını yenidən özünə vurmuşdular. Onun üzərində əməliyyat edən həkimin sözlərinə görə, İlhamı əməliyyat edəndə işıqlar sönmüşdü.  Həkimlər qəzet yandırıb onun işığında əməliyyatı aparsalar da, İlhamı xilas edə bilmədilər.  Əməliyyat vaxtı onun qaraciyərinin parçalanmışdı.  Qarın boşluğu qanla dolu idi.  Həkimlər qaraciyəri imkan daxilində hemostatik tədbirlər görməklə, tamponada etməklə reanimasiyaya verdilər. Amma 5-6 saatdan sonra o, keçindi. 

Səhər tezdən qardaşı Elxan anası ilə birlikdə yenə İlhamı axtarmağa çıxırlar . O, daha sonra xatırlayır:

"Bakı müharibədən çıxmış şəhəri xatırladırdı. Anamla indiki "20 Yanvar" dairəsindən keçərkən yerdə bir qan gölməçəsi gördük. Anam dayanıb qana baxdı. Təəccüblə dedi ki, bu nə doğma qandır… Sonradan, lap sonradan öyrəndik ki, bu qan, doğrudan da çox doğma qan imiş… "
Onlar İlhamı həmin günü Respublika Klinik Xəstəxanasında tapdılar. 

İlhamın vurulduğunu ilk hiss edən isə Fərizə olur, güllələr atılanda İlhamı vurduqlarını deyir. Fərizə bütün bu yaşananlara tab gətirə bilməyib, "Hey, İlham, sənə özümü çatdıracağam" deyib, intihar etmək istəyirdi.  O, birinci dəfə özünü yandırmaq istəsə də, onun qarşısını aldılar.  Fərizə toy şəkillərini stolun üstünə tökür, onlara baxıb, yarımçıq məktub yazmışdı:

"Ana, məni ağlama. Heç biriniz ağlamayın. Mən İlhamsız yaşaya bilmərəm. Onsuz da… "
Təcili yardım maşını gəlib ona iynə vursa da, qərarında qəti olan Fərizə, gecə hər kəs yatandan sonra, bir qab sirkəni içirək, intihar edir.  İntihar zamanı o hamilə idi.  Onun bətnində 2 aylıq körpəsi vardı.  Fərizə həkimə çatmamış, təcili maşında vəfat etdi. 

Əvvəlcə İlhamı Xırdalandakı qəbiristanlıqda dəfn etsələr də, sonradan onu oradan çıxarıb, yanvarın 22-də hər ikisini Bakının Şəhidlər Xiyabanında dəfn etdilər .




Whatsapp'ta Paylaş



Загрузка...
loading...

Həmçinin oxuyun:
Prezident İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin ilin birinci rübünün yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclası keçirilib

Prezident İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin ilin birinci rübünün yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclası keçirilib

Bakı məktəbində zarafat ölümə səbəb oldu

Bakı məktəbində zarafat ölümə səbəb oldu

DYP-nin saxladığı direktor müavini Polis Şöbəsində öldü

DYP-nin saxladığı direktor müavini Polis Şöbəsində öldü

“O, universitetə hazırlaşırdı...”- “Mavi balina”nın qurbanı olan gəncin anası...

“O, universitetə hazırlaşırdı...”- “Mavi balina”nın qurbanı olan gəncin anası...

“Qisas” adlı hekayədə onun intihar etməsi ilə bağlı yazılanlara münasibət bildirilib

“Qisas” adlı hekayədə onun intihar etməsi ilə bağlı yazılanlara münasibət bildirilib

İlham Əliyev 2019-cu ili Azərbaycanda “Nəsimi İli” elan etdi

İlham Əliyev 2019-cu ili Azərbaycanda “Nəsimi İli” elan etdi

İlham Əliyev 2 nömrəli texniki-humanitar liseydə yaradılan şəraitlə tanış olub - FOTOLAR

İlham Əliyev 2 nömrəli texniki-humanitar liseydə yaradılan şəraitlə tanış olub - FOTOLAR

Azərbaycanda abituriyent intihar etdi - DƏHŞƏTLİ SƏBƏB

Azərbaycanda abituriyent intihar etdi - DƏHŞƏTLİ SƏBƏB

May ayında intihar etmiş abituriyentin anası da intihar etdi

May ayında intihar etmiş abituriyentin anası da intihar etdi

Bakıda 14 yaşlı məktəbli itkin düşüb

Bakıda 14 yaşlı məktəbli itkin düşüb

Həkim olmaq istəyirdi, özünü öldürdü - Abituriyentin intiharının DƏHŞƏTLİ TƏFSİLATLARI - FOTOLAR

Həkim olmaq istəyirdi, özünü öldürdü - Abituriyentin intiharının DƏHŞƏTLİ TƏFSİLATLARI - FOTOLAR

İntihar edən məktəblinin anasına SON MƏKTUBU... -

İntihar edən məktəblinin anasına SON MƏKTUBU... - "Haqqımı halal etmirəm" - VİDEO - FOTOLAR

O dəhşətli hadisədən 9 il keçir - Qurbanların siyahısı

O dəhşətli hadisədən 9 il keçir - Qurbanların siyahısı

4-cü sinif şagirdinin özünü asmasının təfərrüatı açıqlanıb

4-cü sinif şagirdinin özünü asmasının təfərrüatı açıqlanıb

Küçəyə atılan, diləndirilən uşaqlar – Sığınacaqdan REPORTAJ (VİDEO)

Küçəyə atılan, diləndirilən uşaqlar – Sığınacaqdan REPORTAJ (VİDEO)

Bu gün şəhid Mübariz İbrahimov və Fərid Əhmədovun dəfn olunduğu gündür

Bu gün şəhid Mübariz İbrahimov və Fərid Əhmədovun dəfn olunduğu gündür

Ağdamda 11-ci sinif şagirdi intihar edib - “Mənsur dərsdən evə gəlib…”

Ağdamda 11-ci sinif şagirdi intihar edib - “Mənsur dərsdən evə gəlib…”

Azərbaycanda orta məktəbdə faciə

Azərbaycanda orta məktəbdə faciə

Prezident İlham Əliyev 212 saylı məktəbdə yaradılan şəraitlə tanış olub

Prezident İlham Əliyev 212 saylı məktəbdə yaradılan şəraitlə tanış olub

Prezident İlham Əliyev 74 nömrəli məktəbdə əsaslı təmirdən sonra yaradılan şəraitlə tanış olub

Prezident İlham Əliyev 74 nömrəli məktəbdə əsaslı təmirdən sonra yaradılan şəraitlə tanış olub

2 saylı tam orta məktəbdə “Şəhidlər ölməz” adlı anım tədbiri keçirilib.

2 saylı tam orta məktəbdə “Şəhidlər ölməz” adlı anım tədbiri keçirilib.

AXİRƏTDƏN GƏLƏN PUL...-Şəhriyyə Qəzənfərqızı

AXİRƏTDƏN GƏLƏN PUL...-Şəhriyyə Qəzənfərqızı

Repititorluğun tamahı və 10-cu sinif şagirdinin intiharı...FACİƏ

Repititorluğun tamahı və 10-cu sinif şagirdinin intiharı...FACİƏ

Putin İlham Əliyevə məktub göndərdi

Putin İlham Əliyevə məktub göndərdi