AzTehsil.com


Xəbərlər
23 oktyabr 2017
3 728


Azərbaycanda orta məktəbdə faciə



Ucar rayonunda orta məktəbdə ölüm hadisəsi baş verib.


Aztəhsil.com apa-ya istinadən xəbər verir ki, hadisə bu gün səhər saatlarında Ucar şəhərinin 2 saylı tam orta məktəbində qeydə alınıb.


Məktəbdə aborant kimi çalışan Ucar rayon sakini, 1951-ci il təvəllüdlü Zeynəb Əjdər qızı Müslümovanın məktəbdə qəflətən halı pisləşib. Məktəbə təcili tibbi yardım briqadası çağırılsa da, həkimlər gələnə kimi Z.Müslümova dünyasını dəyişib.


Onun ürək tutmasından öldüyü ehtimal edilir. Fakt araşdırılır.




Загрузка...
Həmçinin oxuyun: