Xəbərlər, Psixoloq, Valideyn
27 oktyabr 2018
266

Özünə qapalı uşaqlarla necə davranmalı?


Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi bəyən və paylaş


Özünə qapalı uşaqlarla necə davranmalı?

 

 
 
Uşağınızın utancaqlığı, özünə qapalı olması ilə bağlı narahatlıq keçirirsiniz?

İnsanların arasına qarışmaqdan daha çox sizinlə qalmağa üstünlük verir? Elədirsə, əmin olun ki, bu mövzuda tək deyilsiniz. Utancaqlıq uşağın sosial inkişafına mane olduğu üçün ciddi problem kimi görünsə də, öhdəsindən asanlıqla gəlmək olar. Çox ailə uşaqlardakı bu xüsusiyyətdən narahatlıq keçirirlər. Ancaq dürüst olmaq lazımdırsa, bu mövzuda qorxacaq, narahatlıq keçirəcək heç bir şey yoxdur. Təkcə bu vəziyyətə qarşı fərqli münasibət göstərməyiniz lazımdır.

"Utancaqlıq genetik deyil, sadəcə tez-tez qarşılaşılan problemdir”

Adətən utancaq uşaqlar həddən artıq emosional olurlar. İçinə qapalı olurlar və onlar sosiallaşmada çox çətinlik çəkirlər. Utancaqlıq sosial vəziyyətlərdə uşaqların çətinlik çəkməsinə səbəb olur, çünki emosialarını rahat şəkildə ifadə ettməyi bir az çətin tapırlar. Ailənin dəstəyi uşağın rahat olmasına uzun müddətli kömək ola bilər. Sizin valideyn olaraq uşağınızın utancaqlıq mövzusunun öhdəsindən gəlməsində böyük rolunuz var.

İndi isə uşaqların utancaqlığa qalib gəlməsinə köməkçi olacaq asan və faydalı təkliflərə nəzər yetirək.

Uşağınıza dəstək olun
Utancaq uşaqlar utancaq olmayan uşaqlara nisbətən ana və atalarından daha çox diqqət və dəstəyə ehtiyac duyurlar.  Valideyn olaraq bu mövzuda çox həssas olmalısınız. İçinə qapalı uşaqlar əvvəlcədən yaxşı formada dəstək görməsələr, gələcəkdə özlərini daha dəqiq ifadə edə bilməyən və sosial  həyatında çətinlik yaşayan narahat, qorxaq yetkin ola bilərlər.

Anlayışlı olun və uşağınızı utandırmayın
Uşağınıza qarşı mühakiməedici olmayın, onu alçaltdığınızda, xor baxdığınızda bunu çox rahat formada başa düşə, hiss edə bilər. Uşağınızı qəbullanın. Onu dinləyin və müsbət formada qəbul edin. Bu, onu emosional olaraq inkişaf etdirəcək və daha rahat ünsiyyət qurması üçün özgüvən verəcək. Utancaq uşaqlar struktur baxımından daha həssasdırlar, siz daha səbrli və uşağınızın duyğularına qarşı daha diqqətli olmalısınız.

Siz örnək olaraq ona öyrədin
Valideynlər uşaqlarının ilk dəstəkləyicisi və müəllimləridir. Uşağınızla daha çox vaxt keçirin.  Çölə çıxarın, sizinlə birlikdəykən insanlarla daha çox ünsiyyətə girsin, məsələn mağazadan nəsə alsın. Uşaqlar valideynlərini müşahidə edirlər. Bu, sosial vəziyyətlərdə necə davranacağını öyrənməyinə köməkçi olar. Uşağınız zamanla sosiallaşmağı qəbullanmağa başlayacaqdır.

Əsas sosial bacarıqları öyrədin
Uşağınıza yetkin və dostlarını salamlamaq, gülər üzlü olmaq, nəzakətli danışmaq, yemək yemə qaydaları və çəngəl-qaşıq istifadəsi bacarıqları kimi bir çox əsas sosial bacarıqları öyrətməlisiniz. Bütün bu bacarıqları uşağınıza nəzakətlə öyrətməlisiniz. Bununla da uşağınızın sosial bacarıqları inkişaf edəcəkdir. Sadə hesab etdiyimiz salamlaşmaq belə uşağınızın rahat hiss etməsini təmin edə bilər. Uşağınız qorxur ya da utanırsa, onu məcbur etməyin. Özünə gəlməsi üçün ona vaxt ayırın.

Uşağınızı dostlaşması üçün cəsarətləndirin
Bu, uşağınızı rahat şəkildə sosiallaşdırmada ən asan yollardan biridir. Dostlaşmaq övladınızı sosiallaşdıracaq və bir yerə gəlmələrini asanlaşdıracaq və zövq verəcəkdir. Uşaqlar birlikdə olmağı çox sevirlər. Bunu bir avantaj olaraq istifadə edin və uşağınızın yeni dostlar qazanmasına köməklik edin. Onu öz yaşıdlarının olduğu yerlərə aparın.

Uşağınızı heç vaxt utancaq olaraq tanıtmayın
Uşağınızı dostlarının və digər ailə fərdlərinin qarşısında utancaq olaraq xarakterizə etməyin. Bu, mənfi imic formalaşdırmasına səbəb olar. Unutmayın, utancaq uşaqlar çox duyğusaldırlar. Yetkinlər kimi uşaqların da yeni şeylərə uyğunlaşmasının bir az vaxt alacağını qəbullanmalısınız.

Son olaraq, övladınızı heç vaxt qısnamayın
Bu mövzunun üzərində çox dayanılmır. Uşaqlarınızın insanlara rahat əlaqə qurmasının vaxt aparacağı bir həqiqətdir. Uşaqlar hələ böyümə prosesində olduqları üçün yeni vəziyyətə uyğunlaşmaları vaxt alır. Uşağınızı heç vaxt rahat hiss etdiyi mühitdən başqa mühitə itələməyin. Bu, onu narahat edər və incidər.

Nəticə olaraq bu nümunələrin uşağınızın utancaqlığına uzun müddətli faydasının olacağından əminik.
 
 zekatesti.com.tr
 
 

Özünə qapalı uşaqlarla necə davranmalı?

 









Whatsapp'ta Paylaş

Загрузка...
loading...

Həmçinin oxuyun: