Xəbərlər, Magistr
10 oktyabr 2018
269

Yaşı 40-ı adlayan insanlar niyə magistratura oxumağa məcburdular? – Təlimçidən silkələyici səbəblər


Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi bəyən və paylaş

Yaşı 40-ı adlayan insanlar niyə magistratura oxumağa məcburdular? – Təlimçidən silkələyici səbəblər

 

 
"Magistratura imtahanlarında bütün tələbələr üçün bərabər şərait yaradılır və hamı eyni şərtlər daxilində imtahan verir. Lakin İnformatikadakı  sırf texnikiyönümlü suallar, günümüzdə daha çox istifadə olunan, gündəlik həyatda lazım olan proqramyönümlü suallarla əvəz olunsa, daha faydalı olar”.

Bu sözləri AzEdu.az-a açıqlaması zamanı Rəşadət Şərifov deyib.

Rəşadət Şərifov Bakı Dövlət Universitetinin Fizika fakültəsində  Fizika və Astronomiya ixtisası üzrə bakalavr təhsili alıb. O, Təhsil Nazirliyinin əmri ilə Bərk Cisimlər Fizikası ixtisasından fəlsəfə doktoru proqramı üzrə doktorantura pilləsinə qəbul edilib. Hazırda doktorantura pilləsində təhsilini və Nanoölçülü sistemlərin optik xassələrinin öyrənilməsi istiqamətində elmi araşdırmalarını davam etdirir. R.Şərifov, həmçinin, "Magistr Ol” Tədris Mərkəzinin təsisçisidir.
 

Yaşı 40-ı adlayan insanlar niyə magistratura oxumağa məcburdular? – Təlimçidən silkələyici səbəblər

 




Ali təhsil cəmiyyətin və əmək bazarının tələbatı nəzərə alınmaqla yüksək ixtisaslı mütəxəssis hazırlığını təmin edir. Azərbaycan Respublikasının ali təhsil müəssisələrində mütəxəssis hazırlığı üç pilləlidir:

Birinci pillə – bakalavr;
İkinci pillə – magistratura;
Üçüncü pillə – doktorantura.

Rəşadət Şərifovun sözlərinə görə, Azərbaycanda magistratura təhsili almaq günü-gündən daha aktual hesab olunur. Buna səbəb kimi isə, artıq bir çox şirkət və müəssisələrdə işçilərdən magistr təhsilinin tələb olunmasıdır:

"Həmçinin, işə qəbul üçün müraciət edənlərin qarşısına da magistr təhsili vacib tələb kimi qoyulur. Elə bunun bariz nümunəsidir ki, magistr olmaq üçün bizə müraciət edənlərin arasında builki məzunlarla yanaşı, əvvəlki illərin məzunları, hətta, 40 yaş üzəri olan şəxslər də var. Təhsilini davam etdirmək, universitetlərdə qalıb müəllim kimi işləmək (pedaqoji fəaliyyətlə məşğul olmaq) istəyənlər üçün də magistr təhsili vacibdir. Bütün bunlar onu göstərir ki, magistr təhsili almaq əvvəlki illərlə müqayisədə daha vacibdir. Elə burda qeyd etmək yerinə düşür: "nə vaxt tərpənirsən?" (nə vaxt ailə həyatı qurursan?) sualına  da - "hələ oxuyuram",- deyə cavab vermək üçün magistr oxumaq istəyənlər də var”.

"Yaş məsələsi insandan-insana dəyişir…”

Pedaqoq qeyd edir ki, magistraturaya hazırlaşan bəzi yaşlılar gənclərdən daha həvəsli olur:

"Bəziləri isə uzun müddət təhsildən uzaq qaldığı üçün öyrəşməkləri bir az zaman alır. Ancaq buna baxmayaraq, müəllimlərin gərgin səyi nəticəsində bütün geriləmələr aradan qaldırılır.

Universitetlərdə magistratura proqramındakı yeniliklər içərisində ən əhəmiyyətlisi MBA təhsildir”.

Burada bir haşiyəyə çıxaq: MBA postdiplom təhsil proqramıdır. Bu proqram orta və yuxarı dərəcəli menecerlərin hazırlanmasına yönəldilib. Ümumi olaraq,  təhsil müddəti ortalama 2-3 il olur. Azərbaycanda MBA təhsili verən universitetlər: UNEC, ADNSU, BANM, ATU, ADA, Qərb Universiteti, Xəzər Universiteti, BMU, Aqrar Universitet, Azərbaycan Universiteti, Odlar Yurdu Universiteti, Bakı Biznes Universiteti.

"Burada xaricdən müəllimlər dəvət olunur, beynəlxalq təcrübə öyrənilir və xarici universitetlərlə əlaqə yaradılır. Hələlik bu sahəyə çox da diqqət ayrılmasa da, inanıram ki, bu yaxın gələcəkdə belə olmayacaq. Hətta, ümid edirəm ki, ən qısa zamanda Azərbaycanda distant təhsil də inkişaf etdiriləcək. MBA-nın ən böyük perspektivi bakalavrı xoşlamadağı ixtisasda oxumağa məhkum olmuş tələbələrə yeni və fərqli bir ixtisas qazandırmaqdır”

 

Yaşı 40-ı adlayan insanlar niyə magistratura oxumağa məcburdular? – Təlimçidən silkələyici səbəblər

 








Whatsapp'ta Paylaş

Загрузка...
loading...

Həmçinin oxuyun:
ADA-da magistraturaya sənəd qəbuluna başlayıb

ADA-da magistraturaya sənəd qəbuluna başlayıb

Azərbaycan Texniki Universitetində magistratura pilləsi üzrə axşam dərsləri ləğv olundu - RƏSMİ

Azərbaycan Texniki Universitetində magistratura pilləsi üzrə axşam dərsləri ləğv olundu - RƏSMİ

"Qısa müddətdə bu məsələnin aradan qaldırılması o qədər asan deyil"...Magistratura barədə ACI ETİRAF

"Bİliyi məhsuldar şəkildə istifadə edəcək keyfiyyətli müəllimlərə ehtiyac var"MAGİSTRATURA təhsili olan müəllimlərin əslində fərqli üstünlükləri..

Azərbaycan universitetləri və Builki göstəricilər

Azərbaycan universitetləri və Builki göstəricilər

Tələbələri ən az xərcə salan ölkələr

Tələbələri ən az xərcə salan ölkələr

“ADA” Universiteti professor-müəllim heyətindəki vakant yerlərə qəbul elan edir

“ADA” Universiteti professor-müəllim heyətindəki vakant yerlərə qəbul elan edir

UNEC-də doktorantura və dissertanturaya qəbul başlanıb

UNEC-də doktorantura və dissertanturaya qəbul başlanıb

76 yaşlı kişi magistr təhsili almaq üçün imtahan verib

76 yaşlı kişi magistr təhsili almaq üçün imtahan verib

ADNSU Çin üçün magistr və doktorant hazırlayacaq

ADNSU Çin üçün magistr və doktorant hazırlayacaq

4 ilə iki diplom almaq imkanı...

4 ilə iki diplom almaq imkanı...

Komitə: Magistr və doktorantura pilləsində dini təhsil almaq üçün xaricə getmək mümkündür

Komitə: Magistr və doktorantura pilləsində dini təhsil almaq üçün xaricə getmək mümkündür

“Xaricdə təhsil proqramı bərpa olunmalıdır”- Etibar Əliyev

“Xaricdə təhsil proqramı bərpa olunmalıdır”- Etibar Əliyev

Nazir:

Nazir: "Elmi kadrların yetişdirilməsində xaricdə təhsil proqramının mühüm rolu var"

Magistratura pilləsinə qəbul imtahanlarında ən yüksək balı toplayanlar UNEC-i seçib

Magistratura pilləsinə qəbul imtahanlarında ən yüksək balı toplayanlar UNEC-i seçib

Odlar Yurdu Universiteti gənc müəllimlərin işə qəbulunu elan edir

Odlar Yurdu Universiteti gənc müəllimlərin işə qəbulunu elan edir

Ali təhsili vaxtından tez bitirmək olarmı?-ekspertlərin rəyi..

Ali təhsili vaxtından tez bitirmək olarmı?-ekspertlərin rəyi..

Magistratura üzrə ən yüksək bal toplayan ilk üçlük hansı ali məktəbi seçdi?

Magistratura üzrə ən yüksək bal toplayan ilk üçlük hansı ali məktəbi seçdi?

DİQQƏT! Magistr olmaq istəyənlərin 1 həftə vaxtı qalıb

DİQQƏT! Magistr olmaq istəyənlərin 1 həftə vaxtı qalıb

AzTU-da magistr olmaq istəyən tələbələrə böyük fürsət yaradılıb

AzTU-da magistr olmaq istəyən tələbələrə böyük fürsət yaradılıb

BANM magistr səviyyəsinə ödənişsiz əsaslarla qəbul elan edib

BANM magistr səviyyəsinə ödənişsiz əsaslarla qəbul elan edib

ADAU-da magistrlara böyük qayğı və inam var

ADAU-da magistrlara böyük qayğı və inam var

BANM Hyuston Universiteti ilə əməkdaşlığı genişləndirir

BANM Hyuston Universiteti ilə əməkdaşlığı genişləndirir

Magistr və doktorantlara möhlət hüququ verildi

Magistr və doktorantlara möhlət hüququ verildi