Xəbərlər
13 may 2018
839

İmtahan başa çatdı


Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi bəyən və paylaş

İmtahan başa çatdı

 

Dövlət İmtahan Mərkəzi (DİM) bu gün 2018/2019-cu tədris ili üçün ali təhsil müəssisələrinə qəbul olmaq istəyən abituriyentlər üçün II və III ixtisas qrupları üzrə qəbul imtahanı keçirib.

DİM-dən Aztehsil.com-a verilən məlumata görə, imtahan respublikanın 11 şəhərində - Bakı, Naxçıvan, Gəncə, Sumqayıt, Mingəçevir, Şəki, Bərdə, Göyçay, Şirvan, Lənkəran və Xaçmaz şəhərlərində ümumilikdə 66 binada aparılıb. 

İmtahanların idarə olunmasına 248 imtahan rəhbəri və orta ümumtəhsil müəssisələrindən 2856 nəzarətçi-müəllim cəlb olunub. 

İmtahan zallarında abituriyentlərin rahat şəkildə imtahan verməsi üçün zəruri şərait yaradılıb. İmtahan binalarının girişlərində təhlükəsizliyin və buraxılış rejiminin operativliyinin təmin edilməsi üçün "stasionar metal axtaran aparat”lar quraşdırılıb. Təhlükəsizliyin təmin edilməsi məqsədilə imtahandan bir gün əvvəl Xüsusi Dövlət Mühafizə Xidmətinin əməkdaşlarının iştirakı ilə imtahan mərkəzlərinə son baxış keçirilib və bütün imtahan zalları, giriş-çıxış qapıları, binalar möhürlənməklə Daxili İşlər Nazirliyi Baş Mühafizə İdarəsinin əməkdaşlarının mühafizəsinə verilib. 

İmtahanda 36559 abituriyentin iştirakı nəzərdə tutulurdu. Onlardan 17253 abituriyent II qrup üzrə, 19306 abituriyent isə III qrup üzrə imtahan verib. 

Abituriyentlərdən 33462 nəfəri Azərbaycan bölməsinin (II qrup üzrə 15599, III qrup üzrə 17863 nəfər), 3097 nəfəri isə rus bölməsinin (II qrup üzrə 1654, III qrup üzrə 1443 nəfər) məzunudur. Abituriyentlərin 16194 nəfəri oğlanlar (II qrup üzrə 10974 nəfər, III qrup üzrə 5220 nəfər), 20365 nəfəri isə qızlardır (II qrup üzrə 6279 nəfər, III qrup üzrə 14086 nəfər). 28318 nəfər cari ilin orta ümumtəhsil müəssisələrinin, 8241 nəfər əvvəlki illərin məzunlarıdır (buraya ali və ya orta ixtisas təhsili olanlar da daxildir). 93 nəfər ali təhsil müəssisələrinin, 1452 nəfər isə orta ixtisas təhsili müəssisələrinin məzunudur. 196 abituriyent xarici ölkələrin vətəndaşıdır. Ən yaşlı abituriyent 1960-cı ildən, ən gənci isə 2003-cü ildəndir. 

Bakı şəhərində 15968, Naxçıvanda 1768, Gəncədə 3857, Sumqayıtda 1732, Mingəçevirdə 1572, Şəkidə 1998, Bərdədə 2114, Göyçayda 1520, Şirvanda 2208, Lənkəranda 2283, Xaçmazda isə 1539 abituriyentin imtahan verəcəyi gözlənilirdi. 

İmtahanın gedişini işıqlandırmaq üçün 50 KİV nümayəndəsi DİM-də akkreditasiyadan keçib.

Bu imtahanda iştirak etmək üçün ərizə vermiş abituriyentlər mayın 7-dən etibarən DİM-in internet saytına daxil olaraq "İmtahana buraxılış vərəqəsi”ni çap ediblər. Buraxılış vərəqəsi ilə yanaşı, onlara "Yaddaş kitabçası” da təqdim olunur. Burada abituriyentlərə imtahan prosesi ilə bağlı vacib tövsiyələr, onların əməl etməli olduqları qaydalar və digər zəruri məlumatlar çatdırılır.

İmtahan bütün binalarda eyni vaxtda – saat 11:00-da başlanıb və 3 saat davam edib.

İmtahan başa çatdıqdan dərhal sonra müstəqil ekspertlər tərəfindən test suallarının ekspertizası aparılacaq. 

Belə ki, bu gün "Space" telekanalında canlı yayımlanan "Abituriyent” verilişində DİM-in məsul əməkdaşları və ekspertlər tərəfindən imtahanda istifadə olunmuş sualların düzgün cavabları və test tapşırıqları ilə bağlı geniş izahat veriləcək. İmtahanda istifadə olunmuş sualların düzgün cavabları eyni zamanda DİM-in internet saytında və Facebook səhifəsində yerləşdiriləcək.

Abituriyentlərin cavab kartlarının emalı başa çatdıqdan sonra nəticələr və hər bir abituriyentin cavab kartının qrafik təsviri imtahandan 3-4 gün sonra DİM-in internet saytında yerləşdiriləcək.





Whatsapp'ta Paylaş



Загрузка...
loading...

Həmçinin oxuyun:
Bu abituriyentlər imtahandan QOVULDU

Bu abituriyentlər imtahandan QOVULDU

Sabah ali məktəblərə ilk qəbul imtahanı keçiriləcək - Saatlar qaldı

Sabah ali məktəblərə ilk qəbul imtahanı keçiriləcək - Saatlar qaldı

Bu gün 30 min abituriyent üçün sınaq imtahanı keçirilir

Bu gün 30 min abituriyent üçün sınaq imtahanı keçirilir

Dövlət İmtahan Mərkəzi Azərbaycan dili fənnindən test imtahanı keçirəcək

Dövlət İmtahan Mərkəzi Azərbaycan dili fənnindən test imtahanı keçirəcək

Sabah rezidenturaya qəbul imtahanının birinci mərhələsi keçiriləcək

Sabah rezidenturaya qəbul imtahanının birinci mərhələsi keçiriləcək

Sabah 36 mindən çox şagird imtahan verəcək

Sabah 36 mindən çox şagird imtahan verəcək

36 mindən çox 9-cu sinif şagirdi buraxılış imtahanı verəcək

36 mindən çox 9-cu sinif şagirdi buraxılış imtahanı verəcək

Bu gün magistraturaya qəbul imtahanı keçirilir

Bu gün magistraturaya qəbul imtahanı keçirilir

Vəkillər Kollegiyasına üzv olmaq istəyən namizədlər üçün test imtahanı keçiriləcək

Vəkillər Kollegiyasına üzv olmaq istəyən namizədlər üçün test imtahanı keçiriləcək

13 abituriyentin imtahan nətcəsi ləğv olunub...imtahanın cavabları açıqlandı

13 abituriyentin imtahan nətcəsi ləğv olunub...imtahanın cavabları açıqlandı

Bugünkü imtahanda qayda pozan abituriyentlərin nəticələri ləğv olundu

Bugünkü imtahanda qayda pozan abituriyentlərin nəticələri ləğv olundu

Dövlət İmtahan Mərkəzi (DİM)  2017/2018-ci tədris ili üçün ali təhsil müəssisələrinə I və IV ixtisas qrupları üzrə qəbul imtahanı keçirir.

Dövlət İmtahan Mərkəzi (DİM) 2017/2018-ci tədris ili üçün ali təhsil müəssisələrinə I və IV ixtisas qrupları üzrə qəbul imtahanı keçirir.

27961 nəfər abituriyent I və IV qrup üzrə qəbul imtahanı verəcək – ŞƏNBƏ GÜNÜ BÖYÜK HƏYƏCAN

27961 nəfər abituriyent I və IV qrup üzrə qəbul imtahanı verəcək – ŞƏNBƏ GÜNÜ BÖYÜK HƏYƏCAN

İyulun 22-i keçirilən qəbul imtahanlarında 27961 abituriyent iştirak edəcək

İyulun 22-i keçirilən qəbul imtahanlarında 27961 abituriyent iştirak edəcək

DİM sabah 34 mindən çox abituriyenti imtahan edəcək

DİM sabah 34 mindən çox abituriyenti imtahan edəcək

Ölkənin 11 şəhər və rayonunda 34041 abituriyent II və III qrup üzrə qəbul imtahanı verəcək – 14 İYULDA HƏLLEDİCİ GÜN

Ölkənin 11 şəhər və rayonunda 34041 abituriyent II və III qrup üzrə qəbul imtahanı verəcək – 14 İYULDA HƏLLEDİCİ GÜN

Bu yay ən çox abituriyentin imtahan verəcəyi qrup I qrupdur-23405 nəfər

Bu yay ən çox abituriyentin imtahan verəcəyi qrup I qrupdur-23405 nəfər

Hansı abituriyentlərin imtahan nəticələri ləğv olunub?

Hansı abituriyentlərin imtahan nəticələri ləğv olunub?

55 yaşlı abituriyent də bu gün imtahan verəcək

55 yaşlı abituriyent də bu gün imtahan verəcək

I və IV ixtisas qrupları üzrə 30239 abituriyent imtahan verəcək

I və IV ixtisas qrupları üzrə 30239 abituriyent imtahan verəcək

DİM:

DİM:"II və III ixtisas qruplarının imtahanın nəticələri yaxın 4 gün ərzində elan ediləcək"

56 yaşlı abituriyent də özünü sınayacaq... - Diqqət, imtahan var

56 yaşlı abituriyent də özünü sınayacaq... - Diqqət, imtahan var

Aprelin 30-da ali məktəblərə ilk qəbul imtahanı keçiriləcək

Aprelin 30-da ali məktəblərə ilk qəbul imtahanı keçiriləcək

DİM: 6 mindən çox abituriyent Azərbaycan dili imtahanlarında iştirak edəcək

DİM: 6 mindən çox abituriyent Azərbaycan dili imtahanlarında iştirak edəcək