AzTehsil.com


Xəbərlər / Abituriyent
12 may 2018
2 583


Sabah ali məktəblərə ilk qəbul imtahanı keçiriləcək - Saatlar qaldı



Sabah ali məktəblərə ilk qəbul imtahanı keçiriləcək - Saatlar qaldı

 

Dövlət İmtahan Mərkəzi, sabah 2018/2019-cu tədris ili üçün Azərbaycan Respublikasının ali təhsil müəssisələrinə qəbul olmaq istəyən abituriyentlər üçün II və III ixtisas qrupları üzrə qəbul imtahanı keçirəcəkdir

DİM-dən Aztehsil.com-a verilən məlumata görə, imtahan Respublikanın 11 şəhərində - Bakı, Naxçıvan, Gəncə, Sumqayıt, Mingəçevir, Şəki, Bərdə, Göyçay, Şirvan, Lənkəran və Xaçmaz şəhərlərində ümumilikdə 66 binada aparılacaq. İmtahanların idarə olunmasına 248 imtahan rəhbəri və orta ümumtəhsil müəssisələrindən 2856 nəzarətçi-müəllim cəlb olunacaq.

Hazırda bütün regionlarda imtahanlarda iştirak edəcək nəzarətçilər, imtahan rəhbərləri, mühafizə əməkdaşları ilə təlim-seminarlar keçirilir. İmtahan zallarında abituriyentlərin rahat şəkildə imtahan verməsi üçün zəruri şərait yaradılıb. İmtahan binalarının girişlərində təhlükəsizliyin və buraxılış rejiminin operativliyinin təmin edilməsi üçün "stasionar metal axtaran aparat”lar quraşdırılıb. Təhlükəsizliyin təmin edilməsi məqsədilə imtahandan bir gün əvvəl Xüsusi Dövlət Mühafizə Xidmətinin əməkdaşlarının iştirakı ilə imtahan mərkəzlərinə son baxış keçiriləcək və bütün imtahan zalları, giriş-çıxış qapıları, binalar möhürlənməklə Daxili İşlər Nazirliyi Baş Mühafizə İdarəsinin əməkdaşlarının mühafizəsinə veriləcək.

Məlumat üçün bildirək ki, imtahanda 36.559 abituriyentin iştirakı nəzərdə tutulur. Onlardan 17.253 abituriyent II qrup üzrə, 19.306 abituriyent isə III qrup üzrə imtahan verəcək.

Abituriyentlərdən 33.462 nəfəri Azərbaycan bölməsinin (II qrup üzrə 15599, III qrup üzrə 17863 nəfər), 3097 nəfəri isə rus bölməsinin (II qrup üzrə 1654, III qrup üzrə 1443 nəfər) məzunudur. Abituriyentlərin 16.194 nəfəri oğlanlar (II qrup üzrə 10974 nəfər, III qrup üzrə 5220 nəfər), 20.365 nəfəri isə qızlardır (II qrup üzrə 6279 nəfər, III qrup üzrə 14086 nəfər). 28.318 nəfər cari ilin orta ümumtəhsil müəssisələrinin, 8.241 nəfər əvvəlki illərin məzunlarıdır (buraya ali və ya orta ixtisas təhsili olanlar da daxildir). 93 nəfər ali təhsil müəssisələrinin, 1.452 nəfər isə orta ixtisas təhsili müəssisələrinin məzunudur. 196 abituriyent xarici ölkələrin vətəndaşıdır. Ən yaşlı abituriyent 1960-cı ildən, ən gənci isə 2003-cü ildəndir.

Bakı şəhərində 15968, Naxçıvanda 1768, Gəncədə 3857, Sumqayıtda 1732, Mingəçevirdə 1572, Şəkidə 1998, Bərdədə 2114, Göyçayda 1520, Şirvanda 2208, Lənkəranda 2283, Xaçmazda isə 1539 abituriyentin imtahan verəcəyi gözlənilir.
İmtahanın gedişini işıqlandırmaq üçün 50 KİV nümayəndəsi DİM-də akkreditasiyadan keçib.

Bu imtahanda iştirak etmək üçün ərizə verən abituriyentlər mayın 7-dən etibarən DİM-in internet saytına daxil olaraq "İmtahana buraxılış vərəqəsi”ni çap edirlər. Buraxılış vərəqəsi ilə yanaşı onlara "Yaddaş kitabçası” da təqdim olunur. Burada abituriyentlərə imtahan prosesi ilə bağlı vacib tövsiyələr, onların əməl etməli olduqları qaydalar və digər zəruri məlumatlar çatdırılır.

İmtahan bütün binalarda eyni vaxtda – saat 11:00-da başlanacaq və 3 saat davam edəcək.

Abituriyentlər imtahana aşağıdakı sənədləri gətirməlidirlər:
- şəxsiyyəti təsdiq edən sənədin əsli;
- "İmtahana buraxılış vərəqəsi";
- 16 yaşı tamam olmamış (şəxsiyyət vəsiqəsində şəkili olmayan) abituriyentlər digər sənədlərlə yanaşı, təhsil müəssisəsi tərəfindən verilmiş arayışı (arayışa şagirdin 3x4 sm ölçülü şəkli yapışdırılır və şəkil möhürlə təsdiqlənir).

Göstərilən sənədlərdən biri olmadıqda və ya sənədlər arasında uyğunsuzluq olduqda abituriyent imtahana buraxılmır.
İmtahan binasına giriş zamanı üzərində mobil telefon, konspekt və digər yardımçı vasitələr aşkar olunan abituriyentlər barədə akt tərtib olunacaq və imtahan binasına buraxılmayacaqlar.

İmtahan başa çatdıqdan dərhal sonra müstəqil ekspertlər tərəfindən test suallarının ekspertizası aparılacaq. Həmin gün "Space” telekanalında canlı yayımlanan "Abituriyent” verilişində DİM-in məsul əməkdaşları və ekspertlər tərəfindən imtahanda istifadə olunan sualların düzgün cavabları və test tapşırıqları ilə bağlı geniş izahat veriləcək. İmtahanda istifadə olunmuş sualların düzgün cavabları eyni zamanda DİM-in internet saytında və Facebook səhifəsində yerləşdiriləcək.
Abituriyentlərin cavab kartlarının emalı başa çatdıqdan sonra nəticələr və hər bir abituriyentin cavab kartının qrafik təsviri imtahandan 3-4 gün sonra DİM-in internet saytında yerləşdiriləcək.



Загрузка...
Həmçinin oxuyun:
İyulun 22-i keçirilən qəbul imtahanlarında 27961 abituriyent iştirak edəcək

İyulun 22-i keçirilən qəbul imtahanlarında 27961 abituriyent iştirak edəcək

DİM sabah 34 mindən çox abituriyenti imtahan edəcək

DİM sabah 34 mindən çox abituriyenti imtahan edəcək

Ölkənin 11 şəhər və rayonunda 34041 abituriyent II və III qrup üzrə qəbul imtahanı verəcək – 14 İYULDA HƏLLEDİCİ GÜN

Ölkənin 11 şəhər və rayonunda 34041 abituriyent II və III qrup üzrə qəbul imtahanı verəcək – 14 İYULDA HƏLLEDİCİ GÜN

Aprelin 30-da ali məktəblərə ilk qəbul imtahanı keçiriləcək

Aprelin 30-da ali məktəblərə ilk qəbul imtahanı keçiriləcək

I və IV ixtisas qrupları üzrə 30239 abituriyent imtahan verəcək

I və IV ixtisas qrupları üzrə 30239 abituriyent imtahan verəcək

27961 nəfər abituriyent I və IV qrup üzrə qəbul imtahanı verəcək – ŞƏNBƏ GÜNÜ BÖYÜK HƏYƏCAN

27961 nəfər abituriyent I və IV qrup üzrə qəbul imtahanı verəcək – ŞƏNBƏ GÜNÜ BÖYÜK HƏYƏCAN

55 yaşlı abituriyent də bu gün imtahan verəcək

55 yaşlı abituriyent də bu gün imtahan verəcək

Dövlət İmtahan Mərkəzi (DİM)  2017/2018-ci tədris ili üçün ali təhsil müəssisələrinə I və IV ixtisas qrupları üzrə qəbul imtahanı keçirir.

Dövlət İmtahan Mərkəzi (DİM) 2017/2018-ci tədris ili üçün ali təhsil müəssisələrinə I və IV ixtisas qrupları üzrə qəbul imtahanı keçirir.

56 yaşlı abituriyent də özünü sınayacaq... - Diqqət, imtahan var

56 yaşlı abituriyent də özünü sınayacaq... - Diqqət, imtahan var

DİM: 6 mindən çox abituriyent Azərbaycan dili imtahanlarında iştirak edəcək

DİM: 6 mindən çox abituriyent Azərbaycan dili imtahanlarında iştirak edəcək

Sabah 36 mindən çox şagird imtahan verəcək

Sabah 36 mindən çox şagird imtahan verəcək

36 mindən çox 9-cu sinif şagirdi buraxılış imtahanı verəcək

36 mindən çox 9-cu sinif şagirdi buraxılış imtahanı verəcək

Vəkillər Kollegiyasına üzv olmaq istəyən namizədlər üçün test imtahanı keçiriləcək

Vəkillər Kollegiyasına üzv olmaq istəyən namizədlər üçün test imtahanı keçiriləcək

Sabah 5-ci qruplara və kolleclərə qəbul imtahanaı keçiriləcək

Sabah 5-ci qruplara və kolleclərə qəbul imtahanaı keçiriləcək

Bugünkü imtahanda qayda pozan abituriyentlərin nəticələri ləğv olundu

Bugünkü imtahanda qayda pozan abituriyentlərin nəticələri ləğv olundu

DİM iyulun 5-i 26709 nəfərlik imtahan keçirəcək

DİM iyulun 5-i 26709 nəfərlik imtahan keçirəcək

Sabah rezidenturaya qəbul imtahanının birinci mərhələsi keçiriləcək

Sabah rezidenturaya qəbul imtahanının birinci mərhələsi keçiriləcək

DİM iyulun 14-ü imtahan verən abituriyentlərə müraciət etdi

DİM iyulun 14-ü imtahan verən abituriyentlərə müraciət etdi

İyunun 23-də keçiriləcək növbəti buraxılış imtahanlarında 57088 şagirdin iştirakı nəzərdə tutulur

İyunun 23-də keçiriləcək növbəti buraxılış imtahanlarında 57088 şagirdin iştirakı nəzərdə tutulur

Bu gün 30 min abituriyent üçün sınaq imtahanı keçirilir

Bu gün 30 min abituriyent üçün sınaq imtahanı keçirilir

Daha 40 minə yaxın şagird buraxılış imtahanı verəcək

Daha 40 minə yaxın şagird buraxılış imtahanı verəcək

DİM imtahanda iştirak edə bilməyənlərə şans verdi - Yenidən imtahan keçiriləcək - AÇIQLAMA

DİM imtahanda iştirak edə bilməyənlərə şans verdi - Yenidən imtahan keçiriləcək - AÇIQLAMA

Sabah 18 şəhər və rayonda 23579 abituriyent imtahan verəcək

Sabah 18 şəhər və rayonda 23579 abituriyent imtahan verəcək

Hansı abituriyentlərin imtahan nəticələri ləğv olunub?

Hansı abituriyentlərin imtahan nəticələri ləğv olunub?