Xəbərlər, Magistr
05 mart 2018
311

Magistraturaya qəbul olmaq istəyənlərə əlavə şans veriləcək


Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi bəyən və paylaş

 

Ali təhsil müəssisələrinin magistraturalarına qəbul imtahanının birinci mərhələsindəki nəticəsi həmin mərhələ üzrə minimal bal tələbini ödəyən, lakin fənlər üzrə minimal bal tələbini ödəməyən bakalavrlara imtahanın ikinci mərhələsində iştirak etmək imkanı veriləcək.

Lakin bu bakalavrların nəzərinə çatdırırıq ki, imtahanın II mərhələsində onlar dövlət sifarişli yerlər üçün həmin mərhələnin nəticəsinə və iki mərhələ üzrə ümumi bala qoyulan minimal tələbləri ödəsələr belə, müsabiqə zamanı yalnız ödənişli əsaslarla olan ixtisaslaşmaları seçə biləcəklər.

Aztehsil.com xəbər verir ki, 40 - 65 intervalında bal toplayan 359 (30 - 65 intervalında bal toplayan 717) bakalavr birinci mərhələnin nəticəsinə qoyulan minimal bal tələbini ödəsə də, hansısa imtahan fənni üzrə tələb olunan minimal balı toplaya bilməyib. Onlardan 200 nəfərə yaxını Dövlət İmtahan Mərkəzinə ərizə ilə müraciət edərək imtahanın II mərhələsinə buraxılmalarını xahiş edib. Müraciətlər Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının 2 mart 2018-ci il tarixində keçirilən iclasında Şura üzvləri tərəfindən müzakirə olunmuş və gələcəkdə müəyyən ixtisaslaşmalar üzrə müsabiqə vəziyyətinin yaranmasının təmin edilməsi üçün I mərhələdəki nəticələri bu mərhələ üzrə minimal bal tələbini ödəyən, lakin fənlər üzrə minimal bal tələbini ödəməyən bakalavrların imtahanın ikinci mərhələsinə buraxılmaları barədə qərar qəbul olunub.

İclasda magistraturaya qəbul imtahanının I mərhələsinin nəticələri və müsabiqə şərtləri, ümumi (9 illik) orta təhsil bazasında buraxılış imtahanlarının I mərhələsi, Təhsilin Qiymətləndirilməsi üzrə Beynəlxalq Assosiasiyanın (IAEA-nın) 2019-cu ildə keçiriləcək illik konfransının Azərbaycanda təşkil olunması, son iki ay ərzində dövlət qulluğu sahəsində görülmüş işlər, "Dövlət qulluğu haqqında Qanun"da dəyişikliklər edilməsinə dair DİM-in təklifləri,  Mərkəzin maliyyə hesabatlarının Beynəlxalq Audit Standartlarına uyğun auditinin həyata keçirilməsi  və s. məsələlər müzakirə edilib.

Magistraturaya qəbul imtahanının I mərhələsinin nəticələri ilə bağlı Sədr M.Abbaszadə qeyd edib ki, bu il imtahanda iştirak etmək üçün qeydiyyatdan keçən bakalavrların sayı  12387 nəfər olub. Ötən ilə isə 13081 bakalavr magistraturaya qəbul olmaq üçün ərizə təqdim edib.

İclasda müsabiqə şərtləri də müzakirə olunmuş və bakalavrların çoxsaylı müraciətləri, eləcə də gələcəkdə müəyyən ixtisaslaşmalar üzrə müsabiqə vəziyyətinin yaranmasının təmin edilməsi nəzərə alınaraq ümumi müsabiqə şərtini ödəyən, lakin fənlər üzrə minimal bal tələbini ödəməyən bakalavrların imtahanın ikinci mərhələsinə buraxılması barədə qərar qəbul olunub. Qeyd edək ki, 40-65 bal intervalında 359 (30-65 bal intervalında isə 717 nəfər) bakalavr birinci mərhələ üzrə müsabiqə şərtini ödəsə də, hansısa imtahan fənni üzrə tələb olunan minimal balı ödəməyib. Onlardan 200 nəfərə yaxın bakalavr Dövlət İmtahan Mərkəzinə ərizə ilə müraciət edərək imtahanın II mərhələsinə buraxılmalarını xahiş ediblər. Lakin bu bakalavrlar imtahanın II mərhələsinə buraxılsa da, ixtisas seçimi zamanı onlara yalnız ödənişli ixtisasları seçmək imkanı veriləcək.

M.Abbaszadə ümumi orta təhsil bazasında buraxılış imtahanlarının 1-ci mərhələsinə dair iş planını da iclas iştirakçılarının diqqətinə çatdıraraq Şura üzvlərini öz istəklərinə uyğun hər hansı tədbirdə  iştirak etməyə ( müşahidə etməyə) dəvət edib.

Dövlət qulluğu ilə əlaqədar görülmüş işlərə dair qeyd olunmuşdur ki, indiyə qədər ümumilikdə 1488, o cümlədən inzibati vəzifələrin A növü üzrə 33, B növü üzrə 1455 namizəd dövlət qulluğuna qəbul imtahanlarında iştirak edərək sertifikat əldə etmişdir. Son iki ay ərzində dövlət orqanlarından daxil olmuş 2026 vakansiya üçün müsabiqə üzrə 4 müsahibə elanı verilib.

11 yanvar 2018-ci il tarixdə 77 dövlət orqanında mövcud olan 1126 vakant vəzifə üzrə müsabiqənin müsahibə elanı üzrə qeydiyyatdan keçmiş 1450 namizədlə müsahibə mərhələsi davam edir. Müsahibələr Bakı şəhəri, həmçinin DİM-in Gəncə, Şəki, Şirvan, Göyçay, Lənkəran, Bərdə regional bölmələri, Mingəçevir, Quba regional "ASAN” xidmət mərkəzi daxil olmaqla 18 müxtəlif yerdə təşkil edilir.

İndiyə qədər 2018-ci il 11 yanvar tarixində elan edilmiş dövlət qulluğuna qəbul üçün müsabiqənin müsahibə mərhələsi üzrə qeydiyyatdan keçmiş namizədlərlə 459 müsahibə keçirilib. Müsahibələrdə iştirak etmiş 175 namizəd iddia etdiyi vəzifəyə uyğun hesab edilmiş, 284 namizəd isə vəzifə uyğun hesab edilməmişdir. Qeydiyyatdan keçmiş namizədlərdən 247-si müsahibələrdə iştirak etməkdən imtina etmiş, 231 namizəd isə müsahibələrdə iştirak etməmişdir. 5 nəfərin nəticəsi etibarsız hesab edilib.

Sədr xüsusi olaraq vurğulamışdır ki, müsahibə mərhələsində əsas problem ondan ibarətdir ki, namizədlərin vəzifələr üzrə bir neçə müsahibənin qeydiyyatından keçməsi üçün məhdudiyyət nəzərdə tutulmayıb. Nəticədə bəzi namizədlər bu haldan sui istifadə edərək 20 və daha çox vəzifə üzrə qeydiyyatdan keçib. Ümumilikdə isə orta hesabla 1 nəfər 3 müsahibədə  iştirak etmək üçün qeydiyyatdan keçib. Müsahibələrin təşkili və keçirilməsi üçün DİM və dövlət orqanları tərəfindən kifayət qədər vəsait və resurslar sərf olunur. Nəzərə almaq lazımdır ki, müsahibələr ilk dəfə olaraq regionlarda da keçirilir və bu məqsədlə DİM və dövlət orqanlarının nümayəndələri bu bölgələrə ezam olunurlar. Əgər qanunvericilikdə müvafiq dəyişiklik həyata keçirilməsə DİM ciddi təşkilati və maddi çətinliklərlə qarşılaşacaq.

Qeyd olunanlar nəzərə alınaraq qanunvericilikdə müvafiq dəyişiklərin olunması üçün təkliflər hazırlanması və müvafiq orqanlara təqdim olunması zəruri hesab edib.Azedu//

DİM-in maliyyə hesabatlarının yoxlanılması ilə bağlı sədr bildirmişdir ki, Mərkəzin büdcəsinin auditini Beynəlxalq Audit Standartlarına uyğun  aparmaq məqsədilə  audit xidmətinin satın alınması üçün tender komissiyası yaradılmış, müvafiq prosedurlar həyata keçirilmiş, bir neçə audit şirkəti tərəfindən təkliflər daxil olmuş, nəticədə "Baker Tilly Audit Azerbaijan” MMC qalib gəlib.

İclasda, həmçinin Təhsilin Qiymətləndirilməsi üzrə Beynəlxalq Assosiasiyanın (IAEA) 45-ci illik konfransının 2019‑cu ilin 23-27 sentyabr tarixlərində Azərbaycanda təşkil olunması ilə bağlı Şura üzvlərinə məlumat verilib.





Whatsapp'ta Paylaş

loading...

Həmçinin oxuyun:
Minimal balı toplaya bilməyən 200 bakalavrlar yalnız ödənişli ixtisaslar seçə biləcəklər

Minimal balı toplaya bilməyən 200 bakalavrlar yalnız ödənişli ixtisaslar seçə biləcəklər

Bu il magistratura imtahanlarında yüksək bal toplayanların sayı azalıb - STATİSTİKA

Bu il magistratura imtahanlarında yüksək bal toplayanların sayı azalıb - STATİSTİKA

Dövlət qulluğuna müsahibədə 23 namizəd uyğun hesab edilib

Dövlət qulluğuna müsahibədə 23 namizəd uyğun hesab edilib

Magistraturaya qəbul imtahanının nəticələri elan olundu

Magistraturaya qəbul imtahanının nəticələri elan olundu

DİM-dən dövlət qulluğuna qəbul olmaq istəyənlərə - XƏBƏRDARLIQ

DİM-dən dövlət qulluğuna qəbul olmaq istəyənlərə - XƏBƏRDARLIQ

Dövlət qulluğuna qəbul olmaq istəyənlərin NƏZƏRİNƏ

Dövlət qulluğuna qəbul olmaq istəyənlərin NƏZƏRİNƏ

Dövlət qulluğuna qəbul olmaq istəyənlərin 30 faizi... - DİM AÇIQLADI

Dövlət qulluğuna qəbul olmaq istəyənlərin 30 faizi... - DİM AÇIQLADI

Magistraturaya qəbul şərtləri AÇIQLANDI - YENİLƏNİB

Magistraturaya qəbul şərtləri AÇIQLANDI - YENİLƏNİB

Magistraturaya sənəd qəbulu başladı

Magistraturaya sənəd qəbulu başladı

Vəzifə sahibi olmaq istəyənlərin NƏZƏRİNƏ!

Vəzifə sahibi olmaq istəyənlərin NƏZƏRİNƏ!

Dövlət qulluğuna qəbul üçün test imtahanı keçirilib

Dövlət qulluğuna qəbul üçün test imtahanı keçirilib

Məleykə Abbaszadə qəbul və buraxılış imtahanları ilə bağlı Prezidentə hesabat verəcək

Məleykə Abbaszadə qəbul və buraxılış imtahanları ilə bağlı Prezidentə hesabat verəcək

Dövlət qulluğuna qəbulun nəticələri açıqlanıb - 990 nəfər...

Dövlət qulluğuna qəbulun nəticələri açıqlanıb - 990 nəfər...

İmtahanın nəticələri - AÇIQLANDI

İmtahanın nəticələri - AÇIQLANDI

Magistraturaya qəbul imtahanının ikinci mərhələsi keçirilir

Magistraturaya qəbul imtahanının ikinci mərhələsi keçirilir

Ölkədə 9000-dən çox bakalavr magistraturaya qəbul imtahanı verəcək

Ölkədə 9000-dən çox bakalavr magistraturaya qəbul imtahanı verəcək

Bakalavrlar üçün qəbul proqramı seçimi başlayıb

Bakalavrlar üçün qəbul proqramı seçimi başlayıb

Magistraturaya qəbulun II mərhələsində iştirak üçün proqram seçimi başlanır

Magistraturaya qəbulun II mərhələsində iştirak üçün proqram seçimi başlanır

Jurnalistika üzrə magistraturaya qəbul olmaq üçün 46 bakalavr qeydiyyatdan keçib

Jurnalistika üzrə magistraturaya qəbul olmaq üçün 46 bakalavr qeydiyyatdan keçib

Magistraturaya qəbul olmaq istəyənlərə qəbul proqramları təqdim olunub

Magistraturaya qəbul olmaq istəyənlərə qəbul proqramları təqdim olunub

Jurnalistika üzrə magistraturaya daxil olmaq istəyən bakalavrların qeydiyyatı başlanıb

Jurnalistika üzrə magistraturaya daxil olmaq istəyən bakalavrların qeydiyyatı başlanıb

DİM:

DİM: "İmtahanların ödənişli olması ərizə verənlərin sayının azalmasına səbəb olub"

Magistraturaya qəbul imtahanının I mərhələsində iştirak edəcək bakalavrlara

Magistraturaya qəbul imtahanının I mərhələsində iştirak edəcək bakalavrlara "Buraxılış vərəqəsi" verilir

Bu il magistraturaya sənəd verənlərin sayı ötən ilə nisbətən xeyli azalıb

Bu il magistraturaya sənəd verənlərin sayı ötən ilə nisbətən xeyli azalıb