Xəbərlər / D.Qulluğu
17 dekabr 2017
4 586


İmtahanın nəticələri - AÇIQLANDI

 

Dövlət qulluğunda inzibati vəzifələrin B növünə (inzibati icraçı vəzifələr) aid olan vəzifə qrupları üzrə dövlət qulluğuna qəbul üçün keçirilən test imtahanının nəticələri elan olunub.

Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən 17 dekabr 2017-ci il tarixində dövlət qulluğunda inzibati vəzifələrin B növünə (inzibati icraçı vəzifələr) aid olan BA və BB qruplarına uyğun olan vəzifələr üzrə dövlət qulluğuna qəbul üçün test imtahanı keçirilib.

İmtahanda iştirak etmək üçün qeydiyyatdan keçmiş 3040 namizəddən 39 nəfəri imtahana gəlməyib.

İmtahan nəticələri saat 17:50-dən etibarən DİM-in saytında yerləşdirilib.

Nəticələrinə əsasən:

BA1 altqrupu üzrə – 11 nəfər;

BA2 altqrupu üzrə – 34 nəfər;

BA3 altqrupu üzrə – 46 nəfər;

BA4 altqrupu üzrə – 71 nəfər;

BB1 altqrupu üzrə – 168 nəfər;

BB2 altqrupu üzrə – 154 nəfər;

BB3 altqrupu üzrə – 238;

BB4 altqrupu üzrə – 268 olmaqla,

ümumilikdə 990 namizəd tələb olunan müsabiqə şərtlərini ödəyərək uğur qazanmışdır.

Məlum olduğu kimi, BA vəzifə qrupu üzrə imtahanda təqdim olunan 100 test tapşırığından 20-si açıq tiplidir. Namizədlərin fənlər üzrə açıq tipli test tapşırıqlarını düzgün cavablandırma faizi aşağıdakı kimidir:

Azərbaycan dili – 40 %; Qanunvericilik – 23 %; İnformatika – 34 %; Məntiq – 49 %.

Qeyd edək ki, test imtahanından müvəffəqiyyətlə keçən namizədə altqruplara daxil olan vəzifələrə uyğun olaraq sertifikat veriləcək. Sertifikatın qüvvədə olma müddəti 5 ildir.

Test imtahanından müvəffəqiyyətlə keçən namizəd sertifikatı əldə etmək üçün dekabrın 18-dən dekabrın 29-dək DİM-in portalında müraciət formasını doldurmalıdır. Namizədin təqdim etdiyi məlumatların düzgünlüyünün yoxlanılması məqsədi ilə aşağıdakı sənədlərin skan edilmiş surətləri formaya əlavə edilir:

- ali təhsil haqqında sənədin surəti;

- əmək kitabçasının surəti (olduğu halda).

Müraciət formasına daxil edilmiş məlumatların və əlavə edilmiş sənədlərin düzgünlüyünün dövlət elektron informasiya vasitələri ilə yoxlanılması mümkün olmadığı halda, namizəd həmin sənədin (sənədlərin) müəyyən edilmiş qaydada təsdiq olunmuş surətlərini və ya eyniləşdirmə məqsədi ilə həmin sənədlərin əslini 5 (beş) iş günü müddətində DİM-ə təqdim etməlidir.

İnzibati vəzifələrin müvafiq altqrupu üzrə Sertifikata malik olan şəxs Sertifikatda nəzərdə tutulmuş vəzifə, habelə həmin altqrupun aid olduğu qrup daxilində daha aşağı altqruplara uyğun olan vəzifə üzrə keçirilən müsahibələrdə iştirak edə bilər. Elan edilmiş müsahibədə iştirak üçün müraciət edən namizəd qanunvericiliklə müəyyən edilmiş vakant vəzifələrin tutulmasının ümumi şərtlərinin tələblərinə cavab verməlidir. Ümumi şərtlərin tələblərinə cavab verməyən namizəd müsahibədə iştirak edə bilməz.

İmtahan nəticələri ilə bağlı Apelyasiya Komissiyası 18‑19 dekabr tarixlərində saat 10:00-dan 17:00-dək Dövlət İmtahan Mərkəzində fəaliyyət göstərəcəkdir. Ünvan: Bakı şəhəri, Nəsimi rayonu, A. Salamzadə, 28 (Bakı Asiya Universitetinin binası).






Загрузка...
Həmçinin oxuyun:
Test imtahanında uğur qazanmış şəxslərin sertifikat almaq üçün qeydiyyatına başlanılıb

Test imtahanında uğur qazanmış şəxslərin sertifikat almaq üçün qeydiyyatına başlanılıb

DİM vakant yerlərə qəbulun nəticələrini AÇIQLAYIB

DİM vakant yerlərə qəbulun nəticələrini AÇIQLAYIB

Dövlət qulluğu üzrə test imtahanı keçiriləcək

Dövlət qulluğu üzrə test imtahanı keçiriləcək

Dövlət qulluğu üzrə ən çox boş iş yeri olan nazirliyin adı BƏLLİ OLDU

Dövlət qulluğu üzrə ən çox boş iş yeri olan nazirliyin adı BƏLLİ OLDU

“Dövlət qulluğu” jurnalının 1‑ci nömrəsi satışa çıxarıldı

“Dövlət qulluğu” jurnalının 1‑ci nömrəsi satışa çıxarıldı

DİM məlumat yaydı - qeydiyyat başa çatır

DİM məlumat yaydı - qeydiyyat başa çatır

Dövlət qulluğunda işləmək istəyənlərə YENİ XƏBƏR

Dövlət qulluğunda işləmək istəyənlərə YENİ XƏBƏR

Dövlət qulluğunda inzibati rəhbər vəzifələr üzrə test imtahanı keçirilir

Dövlət qulluğunda inzibati rəhbər vəzifələr üzrə test imtahanı keçirilir

Məleykə Abbaszadə iclas keçirdi – dövlət qulluğu ilə bağlı yeniliklərdən DANIŞDI

Məleykə Abbaszadə iclas keçirdi – dövlət qulluğu ilə bağlı yeniliklərdən DANIŞDI

"Bu, dövlət qulluğuna qəbulun asanlaşdırılması baxımından mütərəqqi  addımdır"

"Bu, dövlət qulluğuna qəbulun asanlaşdırılması baxımından mütərəqqi addımdır"

Bu gün rezidenturaya qəbul imtahanının II mərhələsi keçirilir

Bu gün rezidenturaya qəbul imtahanının II mərhələsi keçirilir

İyulun 5-i rezidenturaya qəbul imtahanının II mərhələsi keçirilir

İyulun 5-i rezidenturaya qəbul imtahanının II mərhələsi keçirilir

Dövlət qulluqçusu olmaq istəyənlərin NƏZƏRİNƏ!

Dövlət qulluqçusu olmaq istəyənlərin NƏZƏRİNƏ!

Bu vəzifələrə qəbul testlə aparılmayacaq

Bu vəzifələrə qəbul testlə aparılmayacaq

Dövlət qulluğu müsabiqəsinin imtahanına qeydiyyat sona çatır

Dövlət qulluğu müsabiqəsinin imtahanına qeydiyyat sona çatır

DİM bu vakansiya üzrə imtahan keçirəcək

DİM bu vakansiya üzrə imtahan keçirəcək

Notariat fəaliyyəti ilə məşğul olmaq istəyənlər üçün test imtahanı keçirildi

Notariat fəaliyyəti ilə məşğul olmaq istəyənlər üçün test imtahanı keçirildi

Dövlət qulluğuna qəbul olmaq istəyənlər üçün sənəd işi asanlaşdı

Dövlət qulluğuna qəbul olmaq istəyənlər üçün sənəd işi asanlaşdı

III qrupa imtahan verən abituriyentlərdən iki nəfər 700 bal topladı..iyulun 14-ü keçirilən imtahanın nəticələri elan olundu

III qrupa imtahan verən abituriyentlərdən iki nəfər 700 bal topladı..iyulun 14-ü keçirilən imtahanın nəticələri elan olundu

Ədliyyə orqanlarında işləmək istəyən namizədlər üçün keçirilmiş test imtаhаnının nəticələri elan olunub

Ədliyyə orqanlarında işləmək istəyən namizədlər üçün keçirilmiş test imtаhаnının nəticələri elan olunub

Ali təhsili olmayanların dövlət qulluğu ilə bağlı müsahibə komissiyasının üzvü olması qadağan edilib

Ali təhsili olmayanların dövlət qulluğu ilə bağlı müsahibə komissiyasının üzvü olması qadağan edilib

Buraxılış İmtahanlarının nəticələri açıqlandı - TQDK

Buraxılış İmtahanlarının nəticələri açıqlandı - TQDK

Dövlət qulluğuna qəbul üzrə test imtahanları oktyabrda keçiriləcək

Dövlət qulluğuna qəbul üzrə test imtahanları oktyabrda keçiriləcək

Buraxılış imtahanlarının nəticələri açıqlandı: 30 şagird imtahandan kənarlaşdırlıb

Buraxılış imtahanlarının nəticələri açıqlandı: 30 şagird imtahandan kənarlaşdırlıb