Təhsil Nazirliyi hesabat verdi


Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi bəyən və paylaş

 

2017-ci il yanvarın 1-dən dövlət ümumi təhsil müəssisələrində çalışan 38 minə yaxın müəllimin əməkhaqqı artırılıb. Bu artım ötən ilin noyabr-dekabr aylarında ölkənin 26 şəhər və rayonunda diaqnostik qiymətləndirilmədən keçən müəllimlərə şamil olunub. Bununla da əməkhaqqının artımı dövlət ümumi təhsil müəssisələrində çalışan müəllimlərin 70 faizini əhatə edib.

Təhsil Nazirliyinin hesabatında bildirilib ki, bu ilin aprel və may aylarında keçirilən diaqnostik qiymətləndirmədə iştirak edən müəllimlərin əməkhaqqı isə 2018-ci il yanvarın 1-dən etibarən artırılacaq.

İlk SABAH məzunlarının gələcək peşəkar inkişaf istiqamətlərinin müəyyənləşdirilməsi və bu sahədə tələbələrə dəstək verilməsi məqsədilə ilə SABAH Karyera Akademiyası yaradılıb. Akademiyanın fəaliyyəti peşəkar karyera, magistratura təhsili, sahibkarlıq, elmi araşdırma olmaqla 4 istiqaməti edir.

Bu il "Maarifçi” Tələbə Kredit Fondu təhsil krediti almaq istəyən tələbələr üçün növbəti sessiya həyata keçirib. Fondun əməkdaşı olan 14 universitet tərəfindən təqdim olunmuş yerlərə əsasən 36 elektron müraciətə baxılıb. Seçim meyarlarına cavab verən tələbələrlə 34 təhsil krediti müqaviləsi imzalanıb.

Məlumata görə, "Sabahın alimləri” VI Respublika Müsabiqəsi keçirilib. Kompüter elmləri kateqoriyaları üzrə Bakı şəhəri 291 nömrəli Ekologiya liseyinin şagirdi Elşən Nağızadə, Bakı şəhəri 299 nömrəli məktəb-liseyin şagirdi Elgün Alışev, mühəndislik kateqoriyaları üzrə Bakı Avropa Liseyinin şagirdləri Timur Kalyayev, Həmid Səlimov, Şirvan şəhəri "İstək” Liseyinin şagirdi Qüdrət Muradlı ABŞ-da keçiriləcək İntel İSEF-Beynəlxalq Elm və Mühəndislik Sərgisində ölkəmizi təmsil ediblər. 2012-ci ildən keçirilən müsabiqəyə bu günədək 730 nəfər şagird qatılıb, onlardan 30 şagird Intel İSEF-də iştirak etmək hüququ qazanıb.

Təhsil Nazirliyi yanında Daimi Şuralar yaradılıb. İlkin mərhələdə iki sahə üzrə yaradılan Daimi Şuralar dövlət qurumları nümayəndələri, özəl sektor, təhsil mütəxəssislərinin və digər aidiyyəti tərəflərin təmsil olunduğu, təhsil sahəsində hazırlanan və həyata keçirilən proqram və layihələrin təhsil siyasəti və strategiyası ilə uyğunlaşdırılması ilə bağlı rəy, təklif və tövsiyələrin hazırlanması, təhsilin inkişafı ilə bağlı qərarların müzakirəsini əlaqələndirən məşvərətçi orqan kimi fəaliyyət göstərəcəkdir.

Hesabatda qeyd olunub ki, Respublika fənn olimpiada qaliblərinin mükafatlandırılması mərasimi keçirilib. Bu il Naxçıvan Muxtar Respublikasından şagirdlər də daxil olmaqla IX-XI və xüsusi istedada malik aşağı sinif şagirdlərinin iştirak etdiyi olimpiadada 8 fənn üzrə 263 qalib müəyyən edilib. 48 nəfər şagird qızıl, 85 nəfər gümüş, 130 nəfər isə bürünc medala layiq görülüb. Təhsil Nazirliyinin təşkilatçılığı ilə Cəbrayıl rayonunun işğaldan azad edilmiş Cocuq Mərcanlı kəndinə səfər edilib. Səfərin əsas məqsədi Cocuq Mərcanlı kəndində ermənilər tərəfindən törədilən vəhşilikləri göstərmək, torpaqlarımızın geriyə qaytarılması əzmini nümayiş etdirmək, eləcə də iştirakçıları prezident İlham Əliyevin sərəncamı ilə kəndin bərpası istiqamətində görülən işlər barədə məlumatlandırmaq olub. İştirakçılar Cocuq Mərcanlıda yeni bünövrəsi qoyulan məktəbin tikinti işləri ilə tanış olublar.

Hesabatda vurğulanıb ki, IV İslam Həmrəyliyi Oyunlarının təbliğinə həsr olunmuş kütləvi idman tədbirləri keçirilib. Oyunların proqramına daxil edilmiş idman növlərinin məktəblilər arasında təbliğinə həsr olunmuş kütləvi idman tədbirində 76 şəhər və rayonu əhatə olunmaqla 11 idman növü üzrə zona yarışları keçirilib. Kütləvi idman tədbirləri çərçivəsində 50 zona yarışları təşkil olunub, həmin yarışlara 6619 məktəbli qatılıb, 616 fiziki tərbiyə müəllimi cəlb olunub, oyunları 100-ə yaxın hakim idarə edib: "IV İslam Həmrəyliyi Oyunlarında yüksək nəticə göstərən idmançılarımız arasında Təhsil Nazirliyi sistemində fəaliyyət göstərən uşaq-gənclər idman məktəblərinin 18 nəfər idmançısı da var. Onlar 8 idman növü üzrə milli komandaların tərkibində iştirak edib. Həmin idmançıların 6 nəfəri bu oyunların mükafatçısı olub, 4 qızıl, 4 bürünc olmaqla, ümumilikdə 8 medal qazanılıb. IV İslam Həmrəyliyi Oyunlarına 11 mindən çox tələbə-könüllü cəlb olunub”.

Hesabatda qeyd olunub ki, Heydər Əliyev Mərkəzində "SABAH-ın məzunu” mərasimi keçirilib. Mərasimdə Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva, təhsil naziri Mikayıl Cabbarov, millət vəkilləri, dövlət və özəl qurumların rəsmiləri, ali təhsil müəssisələrinin rektorları, təhsil ekspertləri, müəllim və tələbələr iştirak edib. zərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyevanın "SABAHın məzunu” mərasiminin iştirakçılarına ünvanladığı müraciət oxunub: "SABAH qrupları 2014-2015-ci tədris ilində 34 ixtisas üzrə 7 dövlət ali təhsil müəssisəsində yaradılıb. Bu il SABAH qruplarına 836-dan artıq tələbə qəbul olub. SABAH tələbələri 11 ali təhsil müəssisəsində 32 ixtisas qrupu üzrə təhsil alacaq. 2016-2017-ci tədris ili üzrə SABAH qruplarının ilk məzunlarının sayı 722 nəfər olub. SABAH qruplarının müəllim-professor heyəti, ümumilikdə 650 nəfərə yaxın olmaqla, ali təhsil müəssisələrinin seçilmiş müəllimləri, Kanada və İngiltərədən dəvət olunmuş yerli dil daşıyıcıları, həmçinin Azərbaycandakı yerli və xarici şirkətlərdə çalışan peşəkarlardan təşkil edilib”.

Hesabatda bildirilib ki, Kiyev şəhərində "Qızıl Bayt 2017″ beynəlxalq kompüter çempionatının final mərhələsi keçirilib. Çempionatda 300-dən artıq iştirakçı 10 fərqli nominasiyalarda innovativ layihələrini təqdim edərək 20 000 ABŞ dolları həcmində hədiyyə fondu uğrunda mübarizə aparıb. Müsabiqədə ilk dəfə iştirak edən azərbaycanlı tələbələr 6 nominasiya üzrə öz layihələrini təqdim ediblər. Tələbələrimiz yarışdan iki qızıl və iki bürünc medalla qayıdıblar.

Amerika Birləşmiş Ştatlarında 10-cu Beynəlxalq Davamlı Dünya-Enerji Mühəndislik Ətraf Mühit Layihə Olimpiadası (ISWEEEP International Sustainable World – Energy Engineering Environment Project Olympiad) keçirilib. Hyuston şəhərində təşkil edilən olimpiadada 63 ölkədən 440 layihə ilə 700 şagird iştirak edib. Olimpiadada ölkəmizi Bakı şəhəri akademik Zərifə Əliyeva adına liseyin 10-cu sinif şagirdi Nailə Məmmədova və "İstək” liseyinin 8-ci sinif şagirdi Aytən Qayıbova təmsil edib. Azərbaycanlı məktəblilər olimpiadada uğurla iştirak edərək bürünc medala layiq görülüblər.

Lütfi Zadə adına Məktəblilərarası II Məntiq Olimpiadasının nəticələri açıqlanıb. Olimpiadanın final mərhələsində Bakı şəhəri üzrə 1859 şagird iştirak edib. Nəticələrə əsasən, 59 şagird finalda 80 faiz həddi keçərək mükafatçılar siyahısına düşüb. 842 şagird isə 50-80 faiz aralığında nəticə göstərərək olimpiadanın final turunda aktiv iştirakına görə, sertifikata layiq görülüb.

Təhsil Nazirliyi tanınmış alimlərin iştirakı ilə "Novruz mühazirələri”ni reallaşdırıb. Mühazirələrdə elm və təhsilin müxtəlif sahələri ilə bağlı fərqli yanaşmalar ortaya qoyulub, iştirakçıları maraqlandıran məsələlər ətrafında müzakirələr aparılıb.

Təhsil Nazirliyi, Heydər Əliyev Fondu, Yeni Azərbaycan Partiyası, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi, Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublika Komitəsi tərəfindən ümummilli lider Heydər Əliyevin anadan olmasının 93-cü ildönümü münasibətilə təşkil olunmuş "Ən yaxşı təqdimat” müsabiqəsi keçirilib.

Müəllimlərin iş yerinin eyni rayon (şəhər) daxilində, 8-12 iyun tarixlərində isə bir rayondan (şəhərdən) digər rayona (şəhərə) yerdəyişməsi üzrə elektron sənəd qəbulu aparılıb. Eyni rayon (şəhər) daxilində yerdəyişmə nəticəsində 650 nəfərə yaxın, bir rayondan (şəhərdən) digər rayona (şəhərə) yerdəyişmə nəticəsində isə 1000 nəfərə yaxın müəllim elektron ərizədə göstərdikləri seçimlər üzrə yerləşdirilib.

Akademik Zərifə Əliyeva adına liseyin eksperimental pilot siniflərinin 10-cu sinif şagirdi Ramil Babazadə 78 ölkənin məktəblilərinin iştirakı ilə Tailandda keçirilən Beynəlxalq Kimya Olimpiadasında qızıl medal qazanıb. Bununla da Ramil Babazadə 11 il bundan əvvəl qazanılan uğuru təkrar edib. Bu mötəbər elm yarışında həmçinin, Bakı şəhəri 160 nömrəli Klassik Gimnaziyanın 10-cu sinif şagirdi Nəriman Mirişov gümüş, Lənkəran şəhəri 4 nömrəli Humanitar təmayüllü məktəb-liseyin eksperimental pilot siniflərinin 10-cu sinif şagirdi Turan Məmmədli bürünc medala layiq görülüblər. 49-cu Beynəlxalq Kimya Olimpiadasında ölkəmizi təmsil edən şagirdlərin qazandıqları uğura görə Azərbaycan 78 ölkə arasında 15-ci yerdə qərarlaşıb. Beləliklə, Azərbaycan bu uğurla Böyük Britaniya, İtaliya, Almaniya, Kanada, Finlandiya, Estoniya və İsrail kimi inkişaf etmiş ölkələri geridə qoyub. Ümumilikdə, bu tədris ili ərzində məktəblilərimiz beynəlxalq fənn olimpiadalarında 1 qızıl, 4 gümüş, 23 bürünc medal qazanıblar.

Fransa-Azərbaycan Universitetinə (UFAZ) keçirilmiş qəbul imtahanlarında I qrup üzrə 500-dən çox bal toplayan və UFAZ-a qəbul olunmaq üçün müraciət etmiş 428 abituriyentdən 148 nəfəri UFAZ-ın tələbəsi adını qazanıb. Onlardan 120 nəfəri ödənişsiz, 28 nəfəri isə ödənişli əsaslarla UFAZ-da təhsil almaq hüququ qazanıblar.

Hesabata görə, Dövlət İmtahan Mərkəzinin Təhsil Nazirliyinə təqdim etdiyi ilkin məlumata əsasən, 2017-2018-ci tədris ili üçün I-IV ixtisas qrupları üzrə qəbul imtahanlarının nəticələri məlum olub. 2017-2018-ci tədris ili üçün I-IV ixtisas qrupları üzrə qəbul imtahanlarında 70.797 nəfər iştirak edib. Ötən illərlə müqayisədə qəbul imtahanlarında iştirak edən abituriyentlərin sayı azalsa da, 200-dən artıq bal toplayan abituriyentlərin mütləq sayı artıb. 2017-2018-ci tədris ili üçün qəbul imtahanlarının nəticələrində müsbət dinamika müşahidə edilir. Belə ki, bu il qəbul imtahanlarında 200-dən yuxarı bal toplayanların sayı cari ildə 35.790 nəfər (50.6) faiz təşkil edib ki, bu da ötən illə müqayisədə 6.7 faiz, 2015-ci ildəki göstəricidən 10.6 faiz, 2014-cü ildəki göstəricidən 11.3 faiz artıqdır. 2016-cı ildə 200-dən yuxarı bal toplayanların sayı 34.475 nəfər, 2015-ci ildə 33.198 nəfər, 2014-cü ildə isə 32.159 nəfər təşkil edib. Bu il qəbul imtahanlarında 2464 nəfər 600 baldan yuxarı nəticə göstərib. Ötən il bu rəqəm 2281, 2015-ci ildə 2094, 2014-cü ildə isə 1725 nəfər təşkil edib. Son tədris ilində ali təhsil müəssisələrinə tələbə qəbulu üzrə keyfiyyət göstəriciləri də xeyli artıb. Belə ki, qəbul imtahanlarında müsabiqə şərtlərini ödəyənlərin sayı I ixtisas qrupu üzrə 6.6 faiz, II ixtisas qrupu üzrə 4.6 faiz, III ixtisas qrupu üzrə 7.8 faiz, IV ixtisas qrupu üzrə 10.9 faiz artıb.

"Azərbaycan üçün Öyrət” təhsil proqramı çərçivəsində "Təhsil avtobusu – 2017″ yay məktəbi layihəsi keçirilib. Layihə çərçivəsində Bakı, Quba, Masallı, Sabirabad, Gəncə, Mingəçevir, Zaqatala, İsmayıllı, Bakı şəhər və rayonlarında tələbələr üçün hər biri bir gün olmaqla yay məktəbləri təşkil olunub. Yay məktəblərində sözügedən bölgələrdən orta ixtisas və ali təhsil müəssisələrinin akademik göstəriciləri orta olan 200-ə yaxın tələbə iştirak edib.

Tələbələrin ölkə daxilində və xaricdə yerləşən ali təhsil müəssisələrindən köçürülməsi, yaxud bir ixtisasdan digərinə dəyişdirilməsi, eləcə də ölkəmizdə yerləşən orta ixtisas təhsili müəssisələri tələbələrinin, magistratura səviyyəsində təhsilalanların köçürülməsi üzrə elektron sənəd qəbulu başa çatıb. Transfer.edu.az portalından 1450 nəfər tələbə orta ixtisas təhsil müəssisələrinə köçürülmək üçün qeydiyyatdan keçib. Onlardan 309 nəfəri sorğusunu təsdiq edib. Portal vasitəsi ilə ali təhsil müəssisələrinə köçürülmək üçün qeydiyyatdan keçənlərin sayı 3650 nəfər olub. Onlardan 1100 nəfəri öz sorğusunu təsdiq edib. Fevral ayında keçirilən sənəd qəbulu zamanı transfer.edu.az elektron portalına 2076 nəfər müraciət edib. Onlardan 497 nəfər köçürülmək istədikləri universitetləri seçərək, sorğularını təsdiqləyib. 307 nəfər tələbə Azərbaycanın, 122 tələbə isə xarici ölkələrin ali təhsil müəssisələrindən köçürülmək üçün müraciət edib. Ötən ildən etibarən, Təhsil Nazirliyi və Dövlət İmtahan Mərkəzi ilə birgə fəaliyyət çərçivəsində yaradılan transfer.edu.az portalı tələbələrin köçürülməsi prosesinin sadələşdirilməsinə və şəffaflığın təmin olunması məqsədinə xidmət edir.

Hesabata əsasən, 2017-2018-ci tədris ili üzrə "ASAN peşə” layihəsi çərçivəsində ilk peşə-ixtisas təhsili müəssisələrinə 8651 nəfər qəbul olunub. İlk peşə-ixtisas təhsili müəssisələrinə ərizə qəbulu "ASAN xidmət” mərkəzlərinin və müvafiq təhsil müəssisələrinin sənəd qəbulu komissiyalarında ödənişsiz formada həyata keçirilib. Sənəd qəbulunda 10 min 277 nəfər qeydiyyatdan keçib. Ötən tədris ilindən başlayaraq Təhsil Nazirliyi və "ASAN xidmət”in birgə həyata keçirdiyi "ASAN peşə” layihəsinin əsas məqsədi dövlət ilk peşə-ixtisas təhsili müəssisələrinə qəbulun rahatlığını və obyektivliyini təmin etməkdir. Bu il orta attestat balı "4” və "5” olan 50-yə yaxın namizəd qeydə alınıb. Onların bal göstəriciləri bunu deməyə əsas verir ki, gənclərin peşə təhsilinə marağı ildən-ilə yüksəlir. Bu il güclü rəqabət mühitini formalaşdıran başlıca amillərdən biri də məhz ixtisas seçiminə yüksək ballıların qatılmasıdır.

Ölkədə modul tipli məktəblərin inşası davam edir. Bu günədək 30 modul tipli məktəbin inşası başa çatıb, 40 məktəbdə isə bu sahədə iş davam etdirilir. İlin sonunadək 44 rayon əhatə olunmaqla, 100 azkomplektli və qəzalı vəziyyətdəki kənd məktəbinin modul tipli məktəblərlə əvəz edilməsi nəzərdə tutulur. Modul tipli məktəblər Balakən, Sabirabad, Şəki, Quba, Qusar, Neftçala, Kürdəmir, Ağdaş, İsmayıllı, Tovuz, Göygöl, Tərtər, Göyçay və digər rayonlarda inşa olunub.

Bu il bütün mənbələr hesabına 71 məktəb inşa edilib. Həmin məktəblərdən 61-i modul tipli məktəbdir. İlin sonunadək 44 rayon əhatə olunmaqla, 100 azkomplektli və qəzalı vəziyyətdəki kənd məktəbinin modul tipli məktəblərlə əvəz edilməsi nəzərdə tutulur.12 məktəb binası əsaslı, 460 məktəb cari təmir edilib, 24 məktəb binasında isə cari təmir işləri davam etdirilir.1 peşə, 1 uşaq-gənclər, 1 tədris-idman mərkəzi yeni tikilib. 3 ali təhsil müəssisəsinin kampusu və korpusu tikilib, əsaslı təmir olunub.

Respublikanın ümumi təhsil müəssisələrinə mərkəzləşdilirmiş qaydada müəllimlərin işə qəbulu üzrə müsabiqə keçirilib. Müsabiqənin nəticəsinə əsasən ümumilikdə 4454 nəfər müəllim adını qazanıb.

Macarıstan ali məktəblərində 2017-2018-ci tədris ili üzrə təhsil almaq üçün azərbaycanlı tələbələrin seçimi yekunlaşıb. "Azərbaycan Respublikası Təhsil Nazirliyi və Macarıstan İnsan Resursları Nazirliyi arasında 2015-2017-ci illər üzrə İş Proqramı” çərçivəsində təşkil olunmuş seçimləri Azərbaycanın Təhsil Nazirliyi Macarıstan tərəfi ilə birgə aparıb. Macarıstan təqaüd heyəti və ali təhsil müəssisələri tərəfindən namizədlərin sənədləri təhlil olunduqdan sonra yekun qərar verilib. Seçimlərin nəticələrinə əsasən, 200 nəfər Macarıstan ali təhsil müəssisələrində təhsil almaq hüququ qazanıb.



Aztest.info







Reklam yeri:

loading...

xtehsil





Həmçinin oxuyun:

100 azkomplektli və qəzalı vəziyyətdəki kənd məktəbi modul tipli məktəblərlə əvəzlənəcək

100 azkomplektli və qəzalı vəziyyətdəki kənd məktəbi modul tipli məktəblərlə əvəzlənəcək

Təhsil Nazirliyi: Son dörd ildə Azərbaycanda tələbə adı qazananların sayı 11,6% artıb

Təhsil Nazirliyi: Son dörd ildə Azərbaycanda tələbə adı qazananların sayı 11,6% artıb

"ASAN peşə” layihəsi üzrə əlavə ixtisas seçiminin vaxtı uzadılıb

Bu il 500-dən yuxarı bal toplayan 1500 nəfər BDU-nu seçib  Böyüt

Bu il 500-dən yuxarı bal toplayan 1500 nəfər BDU-nu seçib Böyüt

Ölkədə 100 modul tipli məktəb istifadəyə veriləcək

Ölkədə 100 modul tipli məktəb istifadəyə veriləcək

Bu il Azərbaycanda 71 yeni məktəb inşa edilib

Bu il Azərbaycanda 71 yeni məktəb inşa edilib

“Asan peşə” layihəsi üzrə boş qalan yerlərə əlavə ixtisas seçimi başlayıb

“Asan peşə” layihəsi üzrə boş qalan yerlərə əlavə ixtisas seçimi başlayıb

Peşə-ixtisas təhsili müəssisələrinə qəbul olanların qeydiyyat vaxtı uzadılıb

Peşə-ixtisas təhsili müəssisələrinə qəbul olanların qeydiyyat vaxtı uzadılıb

Başqa universitetlərə köçürülmək istəyən tələbələrin sayı açıqlandı

Başqa universitetlərə köçürülmək istəyən tələbələrin sayı açıqlandı

Peşə məktəblərinin boş qalan yerlərinə əlavə ixtisas seçimi avqustun 28-də başlayacaq

Peşə məktəblərinin boş qalan yerlərinə əlavə ixtisas seçimi avqustun 28-də başlayacaq

Təhsil Nazirliyi: 8651 nəfər ilk peşə-ixtisas təhsili müəssisələrinə qəbul olub

Təhsil Nazirliyi: 8651 nəfər ilk peşə-ixtisas təhsili müəssisələrinə qəbul olub

“ASAN peşə” layihəsi üzrə sənəd qəbulunun nəticələri açıqlanıb

“ASAN peşə” layihəsi üzrə sənəd qəbulunun nəticələri açıqlanıb

“ASAN peşə” layihəsi üzrə sənəd qəbulunun nəticələri açıqlanıb

“ASAN peşə” layihəsi üzrə sənəd qəbulunun nəticələri açıqlanıb

Nazirlik Macarıstanda təhsil alacaq azərbaycanlı gənclərlə bağlı yayılan məlumatlara münasibət bildirib

Nazirlik Macarıstanda təhsil alacaq azərbaycanlı gənclərlə bağlı yayılan məlumatlara münasibət bildirib

“ASAN peşə” layihəsi üzrə sənəd qəbulu davam edir

“ASAN peşə” layihəsi üzrə sənəd qəbulu davam edir

Nazirlik: Tələbələrin köçürülməsi prosesi davam edir

Nazirlik: Tələbələrin köçürülməsi prosesi davam edir

Təhsil Nazirliyi abituriyentlərin imtahan nəticələri haqqında açıqlama yaydı

Təhsil Nazirliyi abituriyentlərin imtahan nəticələri haqqında açıqlama yaydı

UFAZ-a qəbul imtahanlarının nəticələri elan olunub

UFAZ-a qəbul imtahanlarının nəticələri elan olunub

Böyük Britaniya, İtaliya, Almaniya, Kanada, Finlandiya, Estoniya və İsraildən öndəyik...

Böyük Britaniya, İtaliya, Almaniya, Kanada, Finlandiya, Estoniya və İsraildən öndəyik...

Tələbələrin köçürülməsi və yerdəyişməsi başlanılır – DİQQƏT

Tələbələrin köçürülməsi və yerdəyişməsi başlanılır – DİQQƏT

Tələbələrin köçürülməsi və yerdəyişməsi başlanılır – DİQQƏT

Tələbələrin köçürülməsi və yerdəyişməsi başlanılır – DİQQƏT

Təhsil Nazirliyinin Diaqnostik Qiymətləndirmələrlə bağlı yekun açıqlaması

Təhsil Nazirliyinin Diaqnostik Qiymətləndirmələrlə bağlı yekun açıqlaması

Bu il neçə nəfər tələbə ixtisas dəyişib?Hesabat

Bu il neçə nəfər tələbə ixtisas dəyişib?Hesabat

İslamiadada Təhsil Nazirliyinin idman müəssisələrinin 6 yetirməsi 8 medal qazanıb

İslamiadada Təhsil Nazirliyinin idman müəssisələrinin 6 yetirməsi 8 medal qazanıb