Xəbərlər
05 may 2017
3249

Azərbaycanda müəllimlərin işə qəbulu üzrə müsabiqənin vaxtı açıqlanıb


Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi bəyən və paylaş


Azərbaycanda müəllimlərin işə qəbulu üzrə müsabiqənin vaxtı açıqlanıb

 

 

Bu il Azərbaycanda müəllimlərin işə qəbulu üzrə müsabiqənin keçiriləcəyi vaxt açıqlanıb.
 
Aztehsil.com apa-ya istinadən xəbər verir ki, Təhsil Nazirliyinin İnsan resursları şöbəsinin müdiri əvəzi Eşqi Bağırov APA-ya bildirib ki, müsabiqənin iyun-avqust aylarında keçirilməsi nəzərdə tutulub.
 
Onun sözlərinə görə, ilkin mərhələdə müəllimlərin yerdəyişməsi həyata keçiriləcək. Ötən il iyun ayının əvvəlində yerdəyişmə üzrə sənəd qəbulunun aparıldığını xatırladan Eşqi Bağırov qeyd edib ki, iyunun ikinci yarısında imtahanlar aparılıb:
 
"Bu il də yerdəyişmə prosesi eyni vaxtda təşkil olunacaq. Hazırda müəllimlərin işə qəbulu üzrə yeni qaydaların təsdiqi gözlənilir. Bu qaydalar təsdiq ediləndən sonra vakant yerlər toplanacaq və müəllimlərin işə qəbulu üzrə elan veriləcək”.






Whatsapp'ta Paylaş

Загрузка...
loading...