AzTehsil.com


Xəbərlər
03 may 2017
5 415


Müəllimlər üçün vakansiya iyulun əvvəlində elan ediləcək



Müəllimlər üçün vakansiya iyulun əvvəlində elan ediləcək

 

6 ildir  ki, müəllimlərin işə qəbulu prosesi Təhsil Nazirliyi tərəfindən imtahan yolu ilə həyata keçirilir. Bu il müəllimlərin işə qəbulu  prosesi necə aparılacaq?
 
Aztehsil.com xəbər verir ki, Təhsil Nazirliyinin mətbuat xidmətinin rəhbəri Cəsarət Valehov modern.az-a aşıqlamasında  deyib ki,  müəllimlərin işə qəbulu prosesi  bu il də mərkəzləşdirilmiş qaydada aparılacaq. 
 
"Müəllimlərin işə qəbulu bir neçə ildir ki, mərkəzləşdirilmiş qaydada həyata keçirilir. Təhsil Nazirliyi hər tədris ilinin sonunda bölgələrdən və yerlərdən vakant yerlər haqqında məlumat alır və növbəti il üçün hansı yerlərdə vakansiya olacağı barədə məlumat əldə edilir. Daha sonra həmin vakansiyalar elan olunur. Bu elanın əsasında yer dəyişmək istəyən müəllimlər və ya müəllim kimi fəaliyyətə başlamaq istəyənlər vakansiyaları seçərək könüllü qaydada harada işləmək istədiklərini bildirir və mərkəzləşdirilmiş imtahandan keçirlər. Ötən il  3000-dən artıq müəllim işə qəbul olunub. Bu il də vakansiyalar bəlli olduqdan sonra iyulun əvvəlində elan veriləcək. Məktəblər yay tətilinə çıxandan sonra hansı rayon və şəhər məktəblərində nə qədər boş yerin olacağı bilinəcək”.  
 
Nazirlik rəsmisinin sözlərinə görə, ötən il bir yerə 9-10 iddiaçı olub.
 
"Ötən il təxminən 33.000 nəfər müəllim olmaq üçün müraciət etmişdisə, onlardan 29.000 nəfəri öz ərizələrini təsdiq etmişdi. 3000 nəfər isə müəllim kimi fəaliyyətə başlayıb. Bu o deməkdir ki, bir yerə 9-10 nəfər iddiaçı olub. Bu, böyük bir rəqabətdir. Rəqabət böyük olduğuna görə müsabiqə balları da yüksək idi”.



Загрузка...