Mənəvi-psixoloji yük azmış kimi, “çanta yükü” də bir yandan - TƏHLİL...


Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi bəyən və paylaş

Mənəvi-psixoloji yük azmış kimi, “çanta yükü” də bir yandan - TƏHLİL...

 

Məktəbli çantası ilə əlaqədar nələr deyilməyib, nələr yazılmayıb, kimlər deməyib, kimlər yazmayıb, hansı ölkələrdən misal çəkilməyib, hansı təcrübələrə istinad edilməyib, ekspertlər, psixoloqlar, həkimlər tərəfindən nələrə diqqət yönəldilməyib!? Hətta mütəxəssislər tərəfindən orasına qədər də izah olunub ki, çantanın çəkisi uşağın çəkisinin 14-15%-ni keçməməlidir: bu hesabla 8 yaşınadək olan uşaqlar 2 kilo (içindəkilərlə), 8-12 yaşınadək uşaqlar ən çox 4, 12-15 yaş uşaqlar isə 5 kilo ağırlığında çanta götürməlidirlər. İçində heç nə olmayan çantanın çəkisi 700 qramı keçməməlidir. Kürək çantaları hər iki çiyindən asılmalıdır. Çantanı yalnız bir çiyindən asmaq beldə sağa-sola əyilmələrə, yəni skolioz kimi xəstəliklərə səbəb ola bilər və s. və i.a. Ancaq, necə deyərlər çifaydası.
 
Bununla belə obyektiv və subyektiv səbəblərdən məktəbli çantasına nələr qoyulmur - kitab-dəftərdən əlavə qələmlər, qələm yonan, pozan, xətkeş, flamaster, boya, rəsm dəftəri, iş dəftəri, test kitabçası, uşaq üçün yemək, su, daha nələr, nələr...
 
Təhsil Nazirliyinin isə əsasən məsələyə münasibəti belə olub ki, çantaları valideynlərin özləri ağırlaşdırır. Belə ki, valideynlər uşaqlara uyğun olmayan böyük çantalar alırlar, onlara xüsusi dəmir qablarda su və yemək qoyurlar, bəzi valideynlər uşağın bütün kitablarını onun çantasına yığır. ”Biz valideynlərə müraciət edirik ki, bütün bunlara özləri nəzarət etsinlər, uşaqların çantalarını ağırlaşdırmasınlar".
 
Məsələ ondadır ki, Nazirlik rəsmilərinin mövqeyi ilə hardasa razılaşsaq belə, əksər valideynlər məktəb bufetlərində normal, sağlamlığa ziyanı olmayan qida məhsullarının yoxluğunu əsas gətirərək və bir çox mənşəyi məlum olmayan "bufet məhsullarının” övladlarının sağlamlığına hər hansı bir ziyan yetiriləcəyindən ehtiyatlanaraq, çantalara qida və su qoymaqda israrlıdırlar.
 
Digər bir mühüm məsələ. Baxmayaraq ki, çantaların əsas yüklərindən biri olan iş dəftərləri artıq nə müddətdir ki, Təhsil nazirliyi tərəfindən dərslik komlektləri siyahısından çıxarılıb, bununla belə, nəşriyatlar bu dəftərləri nəşr etməkdə, bir çox müəllimlər və məktəb rəhbərləri isə həmin dəftərlərin alınmasına valideynləri məcbur etməkdə davam edirlər. Xüsusilə ibtidai siniflərdə ev tapşırıqlarının verilməsinin məhdudlaşdırılması, 1-ci siniflərdə isə ümumiyyətlə ev tapşırıqlarının verilməməsi barədə rəsmi tövsiyə və tapşırıqlara baxmayaraq bir çox müəllimlər hələ də şagirdləri həddən artıq yükləmək ənənəsindən əl çəkmirlər ki, bu da bir çox kitab və dəftərlərin məktəbə və evə daşinmasında əlavə yükə çevrilən amillərdən biridir.
 

Mənəvi-psixoloji yük azmış kimi, “çanta yükü” də bir yandan - TƏHLİL...

 

Əlbəttə belə misalların sayını sonsuzluğa qədər artırmaq olar.Yekun olaraq təkcə onu əlavə edə bilərəm ki, uşaqlarımizın bilik, bacarıq, və vərdişlərə yiyələnməsi nə qədər mühümdürsə, onların sağlamlığı və fiziki inkişafına qayğı göstərməyimiz daha da vacibdir. Necə deyərlər sağlam bədəndə sağlam ruh olar. H Gələcəyimiz hesab etdiyimiz yetişməkdə olan nəslin mənəvi və fiziki inkişafı kimlərinsə korporativ maraqlarından daha üstün tutulmali, qaldırılan məsələ daim diqqət mərkəzində saxlanılaraq, problemin həlli yolları araşdırılmalı və müvafiq qurumlar tərəfindən bu istiqamətdə əməli tədbirlər görülməlidir.
 
Nadir İsrafilov, tanınmış təhsil eksperti
moderator.az



Aztest.info







Reklam yeri:

loading...

xtehsil