İbtidai təhsilin pedaqogikası və metodikası kafedrasının növbəti elmi seminarı keçirilmişdir


Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi bəyən və paylaş

İbtidai təhsilin pedaqogikası və metodikası kafedrasının növbəti elmi seminarı keçirilmişdir

 

Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) İbtidai təhsilin pedaqogikası və metodikası kafedrasının növbəti elmi seminarı keçirilmişdir. Elmi seminarda fakültənin dekanı, professor Fərrux Rüstəmov, dekan müavini, dosent Afət Həsənova, kafedra müdiri, dosent Yaqut Rzayeva, kafedranın əməkdaşları və elmi-tədqiqat təcrübəsi keçən magistrantlar iştirak etmişlər. Seminarda "İbtidai sinifdə tədrisin metodikası və metodologiyası” və "Təhsildə qiymətləndirmə və monitorinq” ixtisaslarında təhsil alan magistrantların elmi məruzələri dinlənilmişdir. Seminarın sədri Əməkdar müəllim, professor Sərdar Quliyev seminarda elmi-tədqiqat təcrübəsi keçən magistrantların məruzələrinin dinləniləcəyi haqqında məlumat vermişdir.
 

İbtidai təhsilin pedaqogikası və metodikası kafedrasının növbəti elmi seminarı keçirilmişdir

 

"Ümumi təhsildə müasir təlim texnologiyalarının tətbiqi” mövzusunda keçirilən elmi seminarda Xuraman Novruzlu, Güllər Məmmədli, Elnarə Mustafayeva, Dilşad Abdullayeva, Gülyanaq Nəbiyeva, Maral İbrahimli, Günay Rzayeva, Səriyyə Hüseynli, Ülkər Şərifova, Günel Allahverdiyeva və başqalarının məruzələri dinlənilmişdir. Məruzəçilər təhsil sistemində gedən islahatların nəticələri, qazanılan uğurlar, müasir təlim texnologiyalardan istifadənin üstünlükləri barədə danışmış, verilən sualları cavablandırmışlar. Seminarın sonunda professor Fərrux Rüstəmov, professor Sərdar Quliyev, dosent Yaqut Rzayeva magistrantların çıxışlarını yüksək dəyərləndirmiş, məruzə mətnlərinin çapını məsləhət bilmişlər.
 

İbtidai təhsilin pedaqogikası və metodikası kafedrasının növbəti elmi seminarı keçirilmişdir




Aztest.info







Reklam yeri:

loading...

xtehsil