"Vakansiyada yer tuta bilməyən namizəd direktorlardan ibarət ehtiyat baza yaradılacaq"


Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi bəyən və paylaş

"Vakansiyada yer tuta bilməyən namizəd direktorlardan ibarət ehtiyat baza yaradılacaq"

 

Bu il Azərbaycanda məktəb direktorlarının işə qəbulu üzrə müsabiqəyə çıxarılacaq vakant yerlərin sayı açıqlanıb.
 
Təhsil Nazirliyinin İnsan resursları şöbəsinin müdir əvəzi Eşqi Bağırov APA-ya açıqlamasında bildirib ki, müsabiqəyə çıxarılan vakant yerlərin sayı 700-ə yaxındır.
 
Onun sözlərinə görə, ölkə üzrə vakansiyası olmayan rayon yoxdur. E. Bağırov qeyd edib ki, məktəb direktorlarının işə qəbulu üzrə müsabiqə başa çatandan sonra ehtiyat kadrlar bazası yaradılacaq: "Bu da qaydalara edilən ən mühüm yeniliklərdən biridir. İmtahan nəticəsində yer tutmayan namizədlərin nəticələri ləğv olunmayacaq və onlar hər dəfə müsabiqəyə gəlmək məcburiyyətində olmayacaqlar. Əvvəlki illərdə isə direktor olmaq istəyən namizəd müsabiqədə uğurlu nəticə göstərsə də, vakansiyanı tuta bilmirdisə, direktor olmaq üçün təkrarən müsabiqəyə cəlb olunurdu. Lakin bu il müsabiqədən sonra belə namizədlərin siyahısı toplanacaq, onların ehtiyat kadrlar bazası yaradılacaq. Həmin namizədlər vakant yer yaranan kimi ora təyinat alacaqlar”.
 
E. Bağırov əlavə edib ki, yaşı 65-dən çox olan namizədlər müsabiqəyə buraxılmayacaq: "Eyni zamanda, tələblərə əsasən, namizədin ali təhsili və 5 il pedaqoji stajı olmalıdır. Təbii ki, 17-18 yaşında ali təhsil müəssisəsinə daxil olan şəxs, ali məktəbi başa vurandan sonra 5 il də pedaqoji fəaliyyətlə məşğul olsa, bu təxminən 26-27 yaş edir. Ümumilikdə isə meyarlara cavab verən hər kəs müsabiqədə iştirak edə bilər. Namizədin 5 il ərzində sırf məktəb rəhbərliyi vəzifəsində çalışması şərt deyil. O, müəllim, müəllim köməkçisi, direktor müavini kimi də çalışa bilər”.



Aztest.info







Reklam yeri:

loading...

xtehsil