ADU-da yeni təyinatlar olub


Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi bəyən və paylaş

ADU-da yeni təyinatlar olub

 

Azərbaycan Dillər Universitetinin (ADU) rektoru vəzifəsini icra edən professor Əfqan Abdullayevin əmri ilə Samir Sabir oğlu Həmidov Regionşünaslıq və beynəlxalq münasibətlər fakültəsinin, Vüsalə Elxan qızı Ağabəyli Filologiya və jurnalistika fakültəsinin, Zarina Natiq qızı Aslanova Tərcümə fakültəsinin, Fikrət Fətiş oğlu Cahangirov isə Pedaqoji (ingilis dili və alman dili üzrə) fakültənin dekanı vəzifəsinə təyin olunublar.
 
"Ali təhsil müəssisələrində kafedra müdiri, dekan və dekan müavini vəzifələrinin tutulması qaydaları”na müvafiq olaraq yaradılmış seçim komissiyası tərəfindən bir ay müddətində müraciət etmiş namizədlərin sənədləri araşdırılıb, onlarla müsahibələr təşkil olunub və müvafiq qərar qəbul edilib.
 
moderator.az



Aztest.info







Reklam yeri:

loading...

xtehsil