Xəbərlər
10 iyul 2019
435

Ceyhun Bayramov: “Kollec məzunları bura qəbul ola bilməz”


Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi bəyən və paylaş

Ceyhun Bayramov: “Kollec məzunları bura qəbul ola bilməz”

 

Təhsil naziri Ceyhun Bayramov kollec məzunlarının ali məktəblərə müsabiqədənkənar qəbul qərarının universitetlərə süni axınına səbəb olub-olmamasına aydınlıq gətirib.

Aztehsil.com xəbər verir ki, nazir İctimai Televiziyanın "Pressinq” layihəsində "Report” İnformasiya Agentliyinin baş redaktoru Murad Əliyevin məsələ ilə əlaqədar ünvanladığı sualı cavablandırarkən mövcud qərarın ali təhsildə əlçatanlığı artırdığını, təhsilin müxtəlif pillələri arasında fasiləsizliyin təmin edildiyini vurğulayıb.

Nazir qeyd edib ki, kollec məzununun olması avtomatik universitetə qəbul olmasına əsas vermir:

"Subbakalavr üzrə diplomun alınması, ali təhsildə yaxın ixtisas üzrə təhsilin davamı üçün mövcud qərar müsabiqədə iştirakın minimal balını təmin edir. Bilirik ki, müəyyən ixtisaslar üzrə keçid balı müəyyənləşib. Kollec diplomu 200 bal kimi qəbul olunur. Yalnız o ixtisasa müraciət edilə bilər ki, orada həmin ixtisaslar üzrə yüksək rəqabət yoxdur. Şərt ondan ibarətdir ki, uyğun ixtisaslar olmalıdır. Yalnız o halda müraciət ola bilər ki, həmin universitetlərdə həmin yerlər boş olsun”.

"Adətən proqnozlar onu göstərir ki, qəbul prosesi 90 faiz dolur. Təbii, bu, bütün universitetlərə aid deyil. Çünki elə hal olur, bir şəxs 500-dən çox bal toplayaraq ora daxil olur. Təbii ki, kollec məzunları bura qəbul ola bilməz. Sadəcə, ola bilər, hansısa universitetə 200 balla son yerlərə qəbul olanlar var, kollec məzunları sadəcə həmin yerə iddialı ola bilər. Amma bu da onlar üçün qaneedici deyilsə, onda universitetlərə qəbul üçün keçirilən imtahanlarda iştirak etmək olar. Odur ki, bu, kollec məzunlarına verilən şansdır. Kollec diplomunun olması oxşar ixtisas üzrə qəbula 100faiz zəmanət vermir. Bu, sadəcə kollec məzunlarına verilən hüquqdur. Gözləntimiz odur ki, builki qəbul zamanı bir sıra ixtisas və universitetlər üzrə bir neçə min kollec məzunu imtiyazdan istifadə edə biləcək”.




Whatsapp'ta Paylaş



Загрузка...
loading...

Həmçinin oxuyun:
Universitetlərə imtahansız qəbul olmaq istəyən 7 mindən çox kollec məzunu ərizəsini təsdiqlədi

Universitetlərə imtahansız qəbul olmaq istəyən 7 mindən çox kollec məzunu ərizəsini təsdiqlədi

Universitetlərə imtahansız qəbul olunacaq subbakalavrlar hansı ixtisasları seçə bilməzlər

Universitetlərə imtahansız qəbul olunacaq subbakalavrlar hansı ixtisasları seçə bilməzlər

Kamran Əsədov: Müsabiqədən kənar qəbul olmaq istəyən kollec məzunları bəzi ixtisasları seçə bilməyəcək

Kamran Əsədov: Müsabiqədən kənar qəbul olmaq istəyən kollec məzunları bəzi ixtisasları seçə bilməyəcək

Ali məktəblərə imtahansız qəbul olunacaq kollec məzunları üçün ixtisasların siyahısı DİM-ə təqdim edilib

Ali məktəblərə imtahansız qəbul olunacaq kollec məzunları üçün ixtisasların siyahısı DİM-ə təqdim edilib

“Qəbul göstəriciləri yaxşı deyil, keçid balları aşağı düşə bilər”

“Qəbul göstəriciləri yaxşı deyil, keçid balları aşağı düşə bilər”

Kollec tələbələri arasında dava ölümlə nəticələnib

Kollec tələbələri arasında dava ölümlə nəticələnib

Azərbaycanda 10 dini kollec fəaliyyətə başlayacaq

Azərbaycanda 10 dini kollec fəaliyyətə başlayacaq

Kimlər universitetə imtahansız qəbul oluna biləcəklər?

Kimlər universitetə imtahansız qəbul oluna biləcəklər?

“Kollecdə oxuyanlara hərbi xidmətdə möhlət hüququ verilsin” - Deputatdan təklif

“Kollecdə oxuyanlara hərbi xidmətdə möhlət hüququ verilsin” - Deputatdan təklif

Məktəbdə direktor-müəllim konflikti –“Sinfim əlimdən alınıb, xəstə uşağıma baxa bilmirəm”

Məktəbdə direktor-müəllim konflikti –“Sinfim əlimdən alınıb, xəstə uşağıma baxa bilmirəm”

“Heç ali təhsilli müəllimlərə iş yoxdur, texnikumu bitirən nə iş görəcək?!

“Heç ali təhsilli müəllimlərə iş yoxdur, texnikumu bitirən nə iş görəcək?! "Mütəxəssisdən AÇIQLAMA

"Tələbədən belə neqativ ictimai rəyi kənarlaşdırmaq lazımdır..."EKSPERT RƏYİ

“Texnikumları ləğv etmək lazımdır, çünki onlar...”- Qocaman təhsil işçisindən sərt sözlər

“Texnikumları ləğv etmək lazımdır, çünki onlar...”- Qocaman təhsil işçisindən sərt sözlər

"Müsabiqə şərti" və "keçid balı" anlayışları...Abituriyentləri çaşqın salan bu iki faktor barədə ekspertin rəyi..

"Orta məktəblərdə 10 faiz sıxlıq var" – CEYHUN BAYRAMOV

Ali məktəblər kollec təhsili də verə biləcəklər

Ali məktəblər kollec təhsili də verə biləcəklər

Azərbaycanda islam kollecləri yaradılır

Azərbaycanda islam kollecləri yaradılır

"Azərbaycanda gələcəyin ixtisasları nə ola bilər, bu haqda düşünən yoxdur" -EKSPERT

Bu şəxslər ali məktəbə imtahansız qəbul oluna bilərlər

Bu şəxslər ali məktəbə imtahansız qəbul oluna bilərlər

Bu şəxslər ali məktəbə imtahansız qəbul oluna bilərlər

Bu şəxslər ali məktəbə imtahansız qəbul oluna bilərlər

Azərbaycanda kollec təhsilli müəllimlər daha çox hansı fənləri tədris edir?

Azərbaycanda kollec təhsilli müəllimlər daha çox hansı fənləri tədris edir?

Kollecdən sonra ali məktəbdə oxuyanlar üçün təhsil müddəti azala bilər

Kollecdən sonra ali məktəbdə oxuyanlar üçün təhsil müddəti azala bilər

Ali məktəblərə ixtisas seçiminin vaxtı bilindi – Builki ixtisas balları artıb, azalıb?..

Ali məktəblərə ixtisas seçiminin vaxtı bilindi – Builki ixtisas balları artıb, azalıb?..

Nazir daha üç kolleci birləşdirir

Nazir daha üç kolleci birləşdirir