AzTehsil.com


Xəbərlər / Səhiyyə
22 mart 2018
2 811


Tibb Universitetinin apardığı monitorinqlərin nəticələri - Şagirdlərin görmə qabiliyyəti yaxşılaşıb



Tibb Universitetinin apardığı monitorinqlərin nəticələri - Şagirdlərin görmə qabiliyyəti yaxşılaşıb

 

Azərbaycan Tibb Universiteti (ATU) tərəfindən üç il ərzində aparılan monitorinqlərin nəticələri açıqlanıb.


Aztehsil.com AZƏRTAC-a istinadən bildirir ki, nəticələr göstərib ki, "Sağlam təhsil” sinif şagirdlərində tədris müddətində görmə qabiliyyəti yaxşılaşıb. Belə ki, təhsilə yeni başlayan "Sağlam təhsil” sinfi şagirdlərinin (2014, oktyabr) yalnız 52,4 faizində normal uzaqdangörmə itiliyi müəyyən edilibsə, 2016-cı ilin mayında bu rəqəm 75,3 faiz, 2017-ci ilin mayında isə 76,2 faiz təşkil edib. Ənənəvi siniflərdə II tədris ilini sonuna belə uşaqların sayı bir qədər artsa da (oktyabr, 2014-cü il – 63,0 faiz; may, 2016-cı il - 71,7 faiz), 2017-ci ilin mayında (3-cü sinfin sonu) azalaraq 68,5 faiz olub.


Təhsilalanların qamətinin müayinəsi göstərib ki, 2014-cü ilin oktyabr ayında müayinə edilən ənənəvi sinif şagirdlərinin 16,7 faizində, "Sağlam təhsil” sinif şagirdlərinin isə 22,4 faizində qamət pozuntuları aşkar edilib. 2016-cı ilin mayında (II tədris ilinin sonu) ənənəvi siniflərdə uşaqlar arasında qamət pozuntuları 2 dəfə artaraq 34 faiz, 2017-ci ilin mayında (3-cü tədris ilinin sonu) 30,9 faiz olub. "Sağlam təhsil” siniflərində isə cüzi dəyişiklik nəzərə çarpır. Belə ki, bu rəqəm 2014-cü ilin oktyabrında 22,4 faiz, 2016-cı ilin mayında–25,1 faiz, 2017-ci ilin mayında isə 22,4 faiz təşkil edib.

Beləliklə, müayinə nəticələrinin təhlili göstərir ki, "Sağlam təhsil” siniflərində təşkil edilmiş tədris şəraiti təhsilalanların sağlamlığının qorunması üçün əlverişlidir, bir sıra sağlamlıq problemlərinin aradan qaldırılmasında əhəmiyyətli rol oynayır.
ATU-nun mütəxəssislərinin rəyinə əsasən layihənin ibtidai siniflərdən sonra da davam etdirilməsi vacib şərtlərdən biri hesab olunmalıdır. Belə ki, ibtidai sinifləri bitirən uşaqlar yeniyetməlik dövrünə (10-15 yaş) qədəm qoyurlar. Bu dövrdə isə orqanizmdə gedən fiziki, psixi, hormonal dəyişikliklər yeniyetmə orqanizmini xarici amillərin mənfi təsirinə daha da həssas edir. Bunlardan birinin–məktəb amilinin "Sağlam təhsil” sinifləri vasitəsilə aradan qaldırılması məktəblilərin harmonik inkişafı üçün şərait yarada bilər.



Загрузка...
Həmçinin oxuyun:
Azərbaycanda son 6 ildə məzunların sayı 11, abituriyentlərin sayı 10 faiz azalıb

Azərbaycanda son 6 ildə məzunların sayı 11, abituriyentlərin sayı 10 faiz azalıb

Təhsil Nazirliyi abituriyentlərin imtahan nəticələri haqqında açıqlama yaydı

Təhsil Nazirliyi abituriyentlərin imtahan nəticələri haqqında açıqlama yaydı

Təhsil Nazirliyi: Son dörd ildə Azərbaycanda tələbə adı qazananların sayı 11,6% artıb

Təhsil Nazirliyi: Son dörd ildə Azərbaycanda tələbə adı qazananların sayı 11,6% artıb

Son illər ali məktəblərə qəbul olanların sayında artım var

Son illər ali məktəblərə qəbul olanların sayında artım var

Azərbaycanda ali məktəblərdə təhsil alan qadın tələbələrin sayı kolleclərlə müqayisədə daha azdır

Azərbaycanda ali məktəblərdə təhsil alan qadın tələbələrin sayı kolleclərlə müqayisədə daha azdır

Bu il ali məktəblərə qəbulda iştirak edən abituriyentlərin sayı AÇIQLANIB - RƏSMİ

Bu il ali məktəblərə qəbulda iştirak edən abituriyentlərin sayı AÇIQLANIB - RƏSMİ

“5” alan şagirdlərin sayı artıb

“5” alan şagirdlərin sayı artıb

Sumqayıtda yalnız bu məktəbdə: həsəd aparılan siniflər...

Sumqayıtda yalnız bu məktəbdə: həsəd aparılan siniflər...

Bu il 159 milyon manatlıq kompüter və elektron məhsul istehsal olunub

Bu il 159 milyon manatlıq kompüter və elektron məhsul istehsal olunub

Valideynlər, "ölümü" öz əllərinizlə uşaqlarınıza verməyin!

Valideynlər, "ölümü" öz əllərinizlə uşaqlarınıza verməyin!

Tələbə və Gənc Həkimlərin IV Bakı Beynəlxalq Tibb Konqresi keçirilir

Tələbə və Gənc Həkimlərin IV Bakı Beynəlxalq Tibb Konqresi keçirilir

Uşaq evlərindəki kimsəsiz uşaqların sayı -RƏSMİ RƏQƏM AÇIQLANDI

Uşaq evlərindəki kimsəsiz uşaqların sayı -RƏSMİ RƏQƏM AÇIQLANDI

1-5 yaşlı uşaqların 14,2 faizi məktəbəqədər təhsil müəssisələrində tərbiyə alır

1-5 yaşlı uşaqların 14,2 faizi məktəbəqədər təhsil müəssisələrində tərbiyə alır

Ali təhsil müəssisələrinin magistraturalarına 6361 bakalavr qəbul olunub

Ali təhsil müəssisələrinin magistraturalarına 6361 bakalavr qəbul olunub

Müəllimin maaşı 100 faiz də artsa bu, qənaətbəxş deyil

Müəllimin maaşı 100 faiz də artsa bu, qənaətbəxş deyil

"Məktəb xəstəlikləri" 50-80% artıb.....

"Məktəb xəstəlikləri" 50-80% artıb.....

Təhsil Nazirliyi təqaüdləri 50 faiz azaltdı

Təhsil Nazirliyi təqaüdləri 50 faiz azaltdı

Qızlar daha çox kolleclərdə, yoxsa ali məktəblərdə oxuyur?

Qızlar daha çox kolleclərdə, yoxsa ali məktəblərdə oxuyur?

“Sağlam təhsil - sağlam millət” layihəsində şagird sayı 3748-ə çatdırılıb

“Sağlam təhsil - sağlam millət” layihəsində şagird sayı 3748-ə çatdırılıb

Şagirdlər arasında ən çox rast gəlinən xəstəliklər açıqlandı

Şagirdlər arasında ən çox rast gəlinən xəstəliklər açıqlandı

Dövlət büdcəsində təhsil sahəsi üçün nəzərdə tutulan vəsait artırılıb/Təhsil işçilərinə şad xəbər

Dövlət büdcəsində təhsil sahəsi üçün nəzərdə tutulan vəsait artırılıb/Təhsil işçilərinə şad xəbər

Özəl ali məktəblər qiymətləri 50 faiz endirdi

Özəl ali məktəblər qiymətləri 50 faiz endirdi

"IX və XI sinif buraxılış imtahanlarından "əla" alan şagirdlərin sayında son illərə nisbətən artım var"

"IX və XI sinif buraxılış imtahanlarından "əla" alan şagirdlərin sayında son illərə nisbətən artım var"

İçənlər içməyənlərdən çox yaşayır - ALİMLƏR AÇIQLADI

İçənlər içməyənlərdən çox yaşayır - ALİMLƏR AÇIQLADI