İxtiraçı üzən maşını satışa çıxardı
Barnaullu ixtiraçı özünün istehsal etdiyi üzən mini "vezdexod” ( xizəkli –tırtıllı maşın) satır.
Bu möcüzə maşını barnaullu "Volqa” avtomobilinin detallarından yığıb.
Məlumata görə, Barnaul sakini əlinin altında olan detallardan öz əlləri ilə yığdığı "vezdexod”u satışa çıxarıb.
İxtiraçı məhsulunu 155 min rubla satmaq niyyətindədir.
Mühərrik 2,4 litr həcmdədir, 85 at gücü var. Satış elanında o da göstərilir ki, "vezdexod” həm də üzə bilir.
İxtiraçı deyir ki, o bu maşını qışda istifadə etmək üçün özünə düzəldib ki, çətin keçilən yerdə yaşayır. Satmağının səbəbini isə açıqlamayıb.
"Əla "vezdexod” satılır. Qış üçün düzəldilib. Üzür” elanda belə yazılıb.