Xəbərlər / Direktor
17 may 2022
1 246


“Heç kim məni işdən çıxara bilməz” - Attestatsız direktor müavini ilə bağlı MÜƏMMA


Xəbər verdiyimiz kimi, Bakıda fəaliyyət göstərən 3 nömrəli tam orta məktəbin təsərrüfat işləri üzrə direktor müavini, orta təhsili belə olmadan məktəbdə rəhbər vəzifə tutan İsmət Yusifova haqqında aidiyyəti qurumlarda araşdırma aparılırdı. Ölkə gündəminin əsas müzakirə mövzusuna çevrilən attestatsız direktor müavininin işdən çıxarılması tələb olunurdu.


Modern.az prosesin gedişi ilə maraqlanmaq üçün Bakı Şəhəri Təhsil İdarəsi ilə əlaqə saxlayıb.


İdarədən bildirilib ki, məsələ ilə əlaqədar hər hansı yenilik yoxdur. Əlavə məlumat olarsa, ictimaiyyətə açıqlanacaq.


Həmçinin oxuyun: Məktəb direktorunun müavininin təhsili yoxdur - "Emin Əmrullayev bu məsələyə aydınlıq gətirsin"


Məktəbin direktoru Almaz Həsrət isə açıqlamasında deyib ki, direktor müavininin işdən azad olunması ilə bağlı heç bir addım atılmayıb: “İsmət xanım hər səhər işə gəlir. Çox iddialı şəkildə deyir ki, məni heç kim işdən çıxara bilməz. Aqressiv xanımdır, təhsilli olmadığı buna görə tam bəllidir. Mən ona dedim ki, səni işdən çıxartdırmaq fikrim yoxdur, amma məktəbdə təhsilinə uyğun işlə təmin olunmalısan. Bu xanım 18 ildir məktəbdə işə qəbul edilib, bu illər ərzində təhsilini tamamlamağı belə lazım bilməyib. Üstəlik deyir ki, müdir kimi qalmışam, belə də davam edəcəyəm. Mən direktor təyin edilənə qədər məktəbdə iki direktor dəyişib. Həmin direktorların dövründə bu xanım məktəbdə olub. 2004-cü ildə İsmət xanım təyin edilib. Hətta bu müddətdə fəaliyyəti ilə əlaqədar töhmət də alıb. Məndən öncəki direktor məsələdən agah olub, idarəyə məlumat verib. İndi olduğu kimi onda da araşdırma aparıldığı bildirilib, amma nəticəsiz qalıb. İsmət xanım valideyn komitəsinin aktiv üzvü olduğuna görə 2004-cü ildə məktəbdə işə götürülübmüş”.


Direktor bu işin sonunadək mübarizə aparacağını söyləyib: “Mən bu məsələnin sonuna qədər gedəcəyəm. Addım atılmasına çalışacağam. Düşünün, bu gün MİQ imtahanı keçirilir, gənc kadrlar tədris prosesinə cəlb edilir, biz onları təşviq etməyə çalışırıq, amma paytaxtın ən böyük məktəblərindən birində direktor müavininin orta təhsili belə yoxdur. Bu qadının vəzifədə qalması kadr siyasətinə kölgə salır”.


Qeyd edək ki, 3 nömrəli məktəbin təsərrüfat işləri üzrə direktor müavini İsmət Qədir qızı Yusifova 01.09.2004-cü ildə işə qəbul edilib. Orta təhsili olmadığı halda hələ də direktor müavini vəzifəsini icra edir.  

Məqalə Göndər








Загрузка...
Həmçinin oxuyun:
Bakıda məktəb direktorunun müavininin təhsili yoxdur – FOTOFAKT

Bakıda məktəb direktorunun müavininin təhsili yoxdur – FOTOFAKT

Bakı Şəhəri üzrə Təhsil İdarəsindən iddiaya cavab: “İşdən çıxarmaq direktorun səlahiyyətindədir”

Bakı Şəhəri üzrə Təhsil İdarəsindən iddiaya cavab: “İşdən çıxarmaq direktorun səlahiyyətindədir”

Binəqədi olayının izi ilə: Direktor müavini işləmək üçün hansı təhsil tələb edilir? - AÇIQLAMA

Binəqədi olayının izi ilə: Direktor müavini işləmək üçün hansı təhsil tələb edilir? - AÇIQLAMA

Sumqayıtda məktəb direktorunun işdən çıxarılması xəbəri yayıldı - FOTO

Sumqayıtda məktəb direktorunun işdən çıxarılması xəbəri yayıldı - FOTO

Məktəb direktoru  işdən çıxarıldı

Məktəb direktoru işdən çıxarıldı

Azərbaycanda şok - Baytar məktəb direktoru təyin edildi

Azərbaycanda şok - Baytar məktəb direktoru təyin edildi

Sumqayıt məktəbində QALMAQAL - Direktor keçmiş müavininə cavab verdi

Sumqayıt məktəbində QALMAQAL - Direktor keçmiş müavininə cavab verdi

Sumqayıtda bu məktəbin direktoru işdən azad olundu - FOTO

Sumqayıtda bu məktəbin direktoru işdən azad olundu - FOTO

Bakıda direktor bir gündə 67 müəllimi işdən qovdu (QALMAQAL)

Bakıda direktor bir gündə 67 müəllimi işdən qovdu (QALMAQAL)

Şagirdin həm Bakıda, həm də ABŞ-da təhsil almasına göz yuman saxtakar direktor işdən çıxarıldı

Şagirdin həm Bakıda, həm də ABŞ-da təhsil almasına göz yuman saxtakar direktor işdən çıxarıldı

Məktəbdə direktor-müəllim konflikti –“Sinfim əlimdən alınıb, xəstə uşağıma baxa bilmirəm”

Məktəbdə direktor-müəllim konflikti –“Sinfim əlimdən alınıb, xəstə uşağıma baxa bilmirəm”

Məktəb direktoru işdən çıxarılıb.

Məktəb direktoru işdən çıxarılıb.

Müəllimlərdən rüşvət istəyən direktor işdən çıxarıldı

Müəllimlərdən rüşvət istəyən direktor işdən çıxarıldı

Məktəb direktoru işdən qovuldu

Məktəb direktoru işdən qovuldu

Bakıda 15 direktor, 13 direktor müavini, 2 müəllim İŞDƏN ÇIXARILIB

Bakıda 15 direktor, 13 direktor müavini, 2 müəllim İŞDƏN ÇIXARILIB

Azərbaycanda təhsil şöbəsinin müdiri və üç direktor işdən azad edildi

Azərbaycanda təhsil şöbəsinin müdiri və üç direktor işdən azad edildi

Azərbaycanda dörd direktor işdən qovuldu - RƏSMİ

Azərbaycanda dörd direktor işdən qovuldu - RƏSMİ

İcra başçısının Vətən müharibəsi barədə kobud səhv edən direktor arvadı işdən çıxarıldı - EKSKLÜZİV + VİDEO

İcra başçısının Vətən müharibəsi barədə kobud səhv edən direktor arvadı işdən çıxarıldı - EKSKLÜZİV + VİDEO

10 məktəb “başsız” qalıb

10 məktəb “başsız” qalıb

Bakıda məktəb direktoru işdən çıxarıldı – FOTO

Bakıda məktəb direktoru işdən çıxarıldı – FOTO

İşdən çıxarılan müəllim  məhkəmədə direktora qalib gəldi

İşdən çıxarılan müəllim məhkəmədə direktora qalib gəldi

Məktəb direktoru işdən kənarlaşdırıldı

Məktəb direktoru işdən kənarlaşdırıldı

Məktəb direktoru kəşfiyyatçı zabiti işdən çıxartdı – Açıqlama

Məktəb direktoru kəşfiyyatçı zabiti işdən çıxartdı – Açıqlama

Azərbaycanda məktəb direktoru işdən qovuldu

Azərbaycanda məktəb direktoru işdən qovuldu