AzTehsil.com


Xəbərlər / Müəllim
05 may 2022
1 037


Avropa riyaziyyat kubokunda məktəblilərimiz uğurla çıxış edib




Xorvatiya Gənc İstedadlı Riyaziyyatçılar Assosiasiyasının təşkil etdiyi və 31 ölkədən 100-dən çox məktəblinin qatıldığı X Avropa riyaziyyat kuboku müsabiqəsində məktəblilərimiz uğurla çıxış ediblər. 


Nəticələrə (https://emc.mnm.hr/latest-news/) əsasən, 4 məktəblimiz II dərəcəli, 3 məktəblimiz isə III dərəcəli diploma layiq görülüb.


Belə ki, Təhsil Nazirliyinin tabeliyində olan Fizika, riyaziyyat və informatika təmayüllü liseyin X sinif şagirdləri Cəlil Hüseynov, Fidan Qarayeva, XI sinif şagirdi Toğrul Abbasov və Türkiyə Dəyanət Vəqfi Bakı Türk liseyinin X sinif şagirdi Fidan Cəfərli II dərəcəli, nazirliyin tabeliyindəki Fizika, riyaziyyat və informatika təmayüllü liseyin X sinif şagirdi Anar Mehdiyev, XI sinif şagirdləri Muhamməd Nuriyev, Amin Cəfərzadə  və Bakı şəhəri 72 nömrəli tam orta məktəbin XI sinif şagirdi Cavad İsmayılzadə III dərəcəli diplom qazanıb.




Загрузка...