Aİ Şurası COVİD-sertifikatlarının müddətinin 1 il uzadılmasını dəstəkləyib
Avropa İttifaqı Şurası Aİ-də COVİD-sertifikatların qüvvədə olma müddətinin bir il - 30 iyun 2023-cü ilə qədər uzadılmasını dəstəkləyib.
Bu barədə Aİ-nin bəyanatında deyilir.
"Aİ-nin Daimi Nümayəndələr Komitəsi (Aİ Şurasının - red.) Aİ-də COVID-sertifikatlarının qüvvədə olma müddətinin bir il müddətinə - 30 iyun 2023-cü il tarixinədək uzadılmasına dair Avropa Parlamenti ilə danışıqlar mandatını təsdiqləyib", - deyə sənəddə deyilir.