Gürcüstanda məktəblərin 32%-i distant təhsilə keçib
Gürcüstanda məktəblərin 32%-də təhsil distant formadadır.
Bu barədə ölkənin Təhsil Nazirliyi məlumat yayıb.
Qeyd edilir ki, bir çox dövlət və özəl məktəbdə tədris prosesi qarışıq formatda olsa da, 732 məktəb (ölkədə 2302 məktəbdən) təhsilə tamamilə distant formada davam edir.
Son yeddi gündə müəllimlərin 6,5, tələbələrin isə 2,5 %-də koronavirus təsdiqlənib.
Şagirdlərin testi müsbət olduğu halda, sinif 8 günlük özünütəcrid rejiminə keçir.
Hazırda Gürcüstanda müəllimlərin və məktəb işçilərinin 73,6 faizi peyvənd olunub.