Xəbərlər
31 oktyabr 2021
891


Azərbaycanda daha bir məktəb distant təhsilə keçdi


Samux rayonunda koronavirus səbəbindən bir orta məktəb distant təhsilə keçib.

Bakupost.az xəbər verir ki, rayonun İnstitut qəsəbəsində fəaliyyət göstərən orta məktəbin dörd şagird, altı müəllim və bir texniki işçisində koronavirus infeksiyası aşkar olunub.

Qərara əsasən, məktəbdə əyani tədris 14 gün müddətinə dayandırılıb.

Bu müddət ərzində məktəbdə dərslər distant formada keçiriləcək.

Məqalə Göndər








Загрузка...