AzTehsil.com


Xəbərlər / Müəllim / Ekspert
11 fevral 2022
862


Yoluxmanı sırf məktəblərlə əlaqələndirmək doğrudurmu ?-Ekspertlərin rəyi




Azərbaycanda son günlər koronavirus (COVID-19) infeksiyasına yoluxma faktında kəskin artım müşahidə edilir. Dünənin statistikasına nəzər salsaq, bu rəqəmin 8 minə yaxınlaşdığını görürük (7 632). Mövcud yoluxma sayı valideynləri narahat edən əsas məsələlərdən biridir. Artıq valideynlər iki qismə bölünüb. Bəziləri ölkə səviyyəsində distant təhsilə keçidin labüdlüyünü vurğulasalar da digər qism lokal qapanmaların tərəfdarıdır.


 Təhsil üzrə ekspert Nadir İsrafilov qeyd edib ki, hazırkı məqamda ölkə miqyasında distant təhsilin tərəfdarı deyil: “Mart ayından etibarən buraxılış imtahanları başlayır. Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) də məsələyə münasibət bildirib ki, kəskin ölüm faktları yoxdur. ÜST həmçinin məktəblərin ölkə səviyyəsində distant təhsilə keçməsinin tərəfdarı olmadığını deyib. Yoluxmanı sırf məktəblərlə əlaqələndirmək tamamilə yanlış fikirdir. İri marketlər, ticarət mərkəzləri, nəqliyyat vasitələri, kütləvi toplaşma məkanları fəaliyyət göstərdiyi halda məktəbləri niyə bağlamalıyıq? Buna əsas yoxdur axı. Prosesə lokal yanaşma ilə davam etməliyik. Harada vəziyyət gərginləşsə, orada distant təhsilə keçməliyik. Vəziyyət normallaşandan sonra əyani formaya qayıtmaq olar. 



Məsələnin digər tərəfi odur ki, biz prosesin nə vaxta qədər uzanacağını bilmirik. Bundan sonra hansı ştamların gələcəyindən xəbərsizik. Demək olar ki, hər ay yeni ştam çıxır. Biz hər dəfə məktəbləri ümumi planda distant təhsilə necə keçirək? Məktəblər yalnız vəziyyətin çıxılmaz olduğu halda bağlana bilər. Hələ ki, atılan müvafiq addımlarla prosesi nizamlamaq olur”. 


Əməkdar elm xadimi, professor Şahlar Əsgərov bildirib ki, təhsil də, sağlamlıq da çox vacibdir, ancaq birini digərinə qurban vermək lazımdırsa, təhsili seçməliyik: “Ümumi qapanma absurd addımdır. Burada bilik yox, müdriklik lazımdır. Yoluxma olan məktəblərin və ya siniflərin distant təhsilə keçməsi daha effektli addım olar. Bunun praktiki nəticəsini də görmüşük. Bu məsələdə mütəxəssislərin fikirlərini nəzərə almalıyıq”. 



Təhsil eksperti Kamran Əsədovu narahat edən əsas məqam isə qış tətilinin verilməməsidir: “Rəqəmlər heç də ürəkaçan deyil. Təbii ki, bu, bizi narahat edir. Yoluxan şəxslər arasında müəllimlər və şagirdlər var. Ancaq məsələnin çıxış yolu təhsil müəssisələrinin qapadılmasında deyil. Şagird və ya müəllimlərin virusa yoluxmasının səbəbi fiziki yorğunluqdan qaynaqlanır. Müəllimlər və şagirdlər 2021-ci ilin 22 sentyabrdından bu günə qədər fasiləsiz olaraq dərslərdə iştirak edirlər. Belə olan halda təbii ki, yorulublar. Təhsil Nazirliyi qış tətilini ləğv etdi. Distant təhsilə keçsək belə yenə insanlar fiziki olaraq yorulacaq. Məsələnin çıxış yolu tədrisdə iştirak edən hər kəsin tətilə çıxmasıdır. Azərbaycanda 11 milyondan çox insan vaksin vurdurub. Bu rəqəm onu deməyə əsas verir ki, vaksinlə bağlı bizdə ciddi problem yoxdur. Sadəcə yorğunluq var. Distant təhsilin tərəfdarı deyiləm”.


Təhsil eksperti Qoşqar Məhərrəmov da digər həmkarları ilə eyni fikirdədir: “Məktəbləri, sinifləri bütün ölkə miqyasında bağlamağa ehtiyac yoxdur. Bağlamaq deyəndə təbii ki, distant təhsilə keçidi nəzərdə tuturuq. Hansı sinifdə, məktəbdə yoluxma varsa, oranı distant təhsil formasında keçirmək lazımdır. Çünki vəziyyət ürəkaçan deyil. Hazırda çox sayda müəllimlər dərsə gəlmir, digər müəllimlər onları əvəz edirlər. Siniflər bəzən boş qalır. Koronavirusa yoluxan müəllimləri əvəz edənlər iş yükünün çoxluğundan xəstələnirlər.



Ölkə miqyasında addım atmağı doğru hesab etmirəm. Çünki yüzlərlə, minlərlə məktəb var ki, orada şagird və müəllim sayı çox deyil və yoluxuculuq ehtimalı azdır. Kəndlərdə elə məktəblər mövcuddur ki, internet, kompüter təminatı çox aşağıdır. O məktəbləri ölkədəki ümumi qərarlara əsasən bağlamaq doğru deyil. Çünki şagirdlər dərslərdən çox geri qalırlar. Ancaq böyük şəhərlərdə, yoluxmanın çox olduğu məktəblərdə əyani təhsildən distant formaya keçmək effektli ola bilər”. news24.az 




Загрузка...
Həmçinin oxuyun:
Məktəblərlə bağlı mühüm açıqlama - VİDEO

Məktəblərlə bağlı mühüm açıqlama - VİDEO

Azərbaycanda bu tarixdə iri ticarət mərkəzləri açılacaq - AÇIQLAMA

Azərbaycanda bu tarixdə iri ticarət mərkəzləri açılacaq - AÇIQLAMA

Məktəbləri bağlamaq virusla mübarizə üsuludur?- Açıqlama

Məktəbləri bağlamaq virusla mübarizə üsuludur?- Açıqlama

ÜST-dən məktəblərin bağlanmasına reaksiya: Elm siyasətdən üstün olmalıdır

ÜST-dən məktəblərin bağlanmasına reaksiya: Elm siyasətdən üstün olmalıdır

Təhsil Nazirliyindən məktəblərlə bağlı MÜHÜM AÇIQLAMA

Təhsil Nazirliyindən məktəblərlə bağlı MÜHÜM AÇIQLAMA

Daha 13 məktəblidə koronavirus aşkarlandı

Daha 13 məktəblidə koronavirus aşkarlandı

Koronavirusa görə bağlanmış məktəblərin sayı dördə çatdı – RƏSMİ

Koronavirusa görə bağlanmış məktəblərin sayı dördə çatdı – RƏSMİ

ÜST-dən məktəblərlə bağlı gözlənilməz açıqlama

ÜST-dən məktəblərlə bağlı gözlənilməz açıqlama

Koronavirusa yoluxma azalır - ÜST-dən ŞAD XƏBƏR

Koronavirusa yoluxma azalır - ÜST-dən ŞAD XƏBƏR

Məktəblər bağlanır? - Təhsil Nazirliyi RƏSMİ CAVAB VERDİ

Məktəblər bağlanır? - Təhsil Nazirliyi RƏSMİ CAVAB VERDİ

Təhsil naziri: “Yoluxma səbəbindən gün ərzində 10-12 məktəb bağlanırdı”

Təhsil naziri: “Yoluxma səbəbindən gün ərzində 10-12 məktəb bağlanırdı”

Bakıda daha iki sinif distant təhsilə keçib

Bakıda daha iki sinif distant təhsilə keçib

Yoluxma və ölüm halları sürətlə artacaq - Azərbaycanı gözləyən təhlükə

Yoluxma və ölüm halları sürətlə artacaq - Azərbaycanı gözləyən təhlükə

ÜST: “Peyvəndin üçüncü dozasının faydası və təhlükəsizliyi təsdiq edilməyib”

ÜST: “Peyvəndin üçüncü dozasının faydası və təhlükəsizliyi təsdiq edilməyib”

EKSPERT RƏYİ-Hələlik vəziyyət o dərəcədə kritik deyil.

EKSPERT RƏYİ-Hələlik vəziyyət o dərəcədə kritik deyil.

Bu məktəbdə SİNİFLƏR BAĞLANDI - KORONAVİRUSA GÖRƏ

Bu məktəbdə SİNİFLƏR BAĞLANDI - KORONAVİRUSA GÖRƏ

Azərbaycanda dərslər bu tarixdən yenidən bağlana bilər - Yoluxma kəskin artır

Azərbaycanda dərslər bu tarixdən yenidən bağlana bilər - Yoluxma kəskin artır

Məktəblər noyabrda bağlanacaq? - Təhsil Nazirliyi cavab verdi

Məktəblər noyabrda bağlanacaq? - Təhsil Nazirliyi cavab verdi

SƏDR MÜAVİNİ-Sözügedən məsələ insan iradəsindən, arzu və istəyindən asılı olan məsələ deyil.

SƏDR MÜAVİNİ-Sözügedən məsələ insan iradəsindən, arzu və istəyindən asılı olan məsələ deyil.

Nadir İsrafilov:”İşimizi hansısa mülahizələrə və fərziyələrə görə deyil, real vəziyyəti obyektiv qiymətləndirmək əsasında qurmalıyıq”

Nadir İsrafilov:”İşimizi hansısa mülahizələrə və fərziyələrə görə deyil, real vəziyyəti obyektiv qiymətləndirmək əsasında qurmalıyıq”

Azərbaycanda koronavirusa yoluxma kəskin azaldı

Azərbaycanda koronavirusa yoluxma kəskin azaldı

Azərbaycanda məktəbdə müəllimlər arasında koronavirusa kütləvi yoluxma

Azərbaycanda məktəbdə müəllimlər arasında koronavirusa kütləvi yoluxma

Nazir: Sinif və məktəblər distant təhsilə yoluxma halı baş verdikdə keçib

Nazir: Sinif və məktəblər distant təhsilə yoluxma halı baş verdikdə keçib

Koronavirus öz-özünə sönəcək: Bəs nə vaxtdan? - Həkim AÇIQLADI

Koronavirus öz-özünə sönəcək: Bəs nə vaxtdan? - Həkim AÇIQLADI