Xəbərlər / Müəllim
08 fevral 2022
797


Məktəbləri bağlamaq virusla mübarizə üsuludur?- Açıqlama


Son günlər Azərbaycanda COVID-19-un yeni ştamına - Omikrona yoluxma hallarında kəskin artım müşahidə olunur.

Mütəxəssislər yaxın günlərdə yoluxma hallarının sayının daha da artmasını istisna etmirlər. Müəllim və şagirdlər arasında da bu ştama yoluxma halları xeyli artıb. Yoluxma səbəbindən distant təhsilə keçən siniflərin sayı az deyil. Bağlanan məktəblər də var. Bakə Şəhəri üzrə Təhsil İdarəsindən verilən məlumata görə, hazırda İdarənin tabeliyindəki11 məktəb üzrə 215 sinif distant tədrisdədir.

Məktəblərdə yoluxma hallarının hər keçən gün daha da artması valideynləri çox narahat edir.




Mövzu ilə bağlı münasibət öyrəndiyimiz valideynlərin çoxu övladlarının məktəbdə sürətlə yayılan virusa yoluxmaq ehtimalının yüksək olduğunu və bu səbəbdən də böyük narahatçılıq keçirdiklərini qeyd etdilər. Valideynlər uşaqların dərsdən geri qalmamaları üçün risk edib məktəbə göndərməyə məcbur olduqlarını , bəziləri isə övladlarının sağlamlığının daha önəmli olduğunu əsas gətirərək onları dərsə göndərmədiklərini qeyd etdilər.

Valideyn Şəms Əliyeva Bakupost.az -a deyib ki, yoluxma səbəbindən övladının təhsil aldığı məktəb iki dəfə bağlanıb. Sinif isə üç dəfə distant təhsilə keçib: “Dekabr ayının əvvəlində övladımın təhsil aldığı sinifdə covid aşkarlandı. 7 şagird yoluxmuşdu. Yoluxanlar arasında mənim də övladım var idi. Xəstəliyi çox ağır keçirdi. Xəstəxanada xeyli müalicə almalı oldu. İndi yenə məktəblərində covid aşkar olunub. İki sinif distant təhsilə keçib. Hazırki vəziyyət valideyn olaraq məni çox narahat edir. Tədrisdən geri qalmasın deyə məcbur qalıb uşağı məktəbə göndərirəm. Ancaq bu böyük riskdir. Təkrar yoluxma olmayacağına kim zəmanət verə bilər? Müvafiq qurumlar biz valideynlərin narahatlığını, uşaqların sağlamlığının təhlükə altında olduğunu nəzərə alıb bir müddətlik məktəbləri bağlamalıdır . Yoluxma sayı azalana kimi məktəblərin distant təhsilə keçməsini istəyirik”.

Valideyn Əntiqə Şirinova bildirib ki, son günlər virusa yoluxma sayında müşahidə olunan artım səbəbindən övladını məktəbə göndərmir: “Artıq yoluxma sayı 7 mini keçib. Ölüm sayında da artım müşahidə olunur. Omikrona yoluxan müəllim və şagirdlərin də sayı az deyil. Bu da valideyn olaraq məni çox narahat edir. Qorxuram. Övladım bir dəfə dərs ilinin əvvəlində covidə yoluxub və xəstəliyi də çox ağır keçirib, Eyni vəziyyətin təkrar olunmasından ehtiyat edib övladımı məktəbə qoymuram. Hazırda məcburiyyət qarşısında onlayn hazırlıq keçir. Fikrimcə, məktəblər yoluxma sayı azalanadək qapadılmalıdır. Düzdür təhsil vacibdir, ancaq uşaqların sağlamlığı hər şeydən vacibdir”.

Valideynlər bildirdilər ki, şagirdlərin məktəb daxilində maska taxmaları məcburi olmadığı üçün uşaqların da çoxu sinifdə maskadan istifadə etmir. Bu səbəbdən də məktəblərdə yoluxma halları artır.

Əməkdar elm xadimi, professor Şahlar Əsgərov bildirib ki, hazırki vəziyyətdə təhsil müəssisələrində, orta məktəblərdə, universitetlərdə tədrisin onlayn formada aparılması daha məqsədə uyğundur: “Əsas məqsəd şagirdlərin sağlamlığı və onların pandemiyaya yoluxmasının qarşısını alınmasıdır.  Məktəb bir dəyərdir, təhsil almaq vacibdir, təhsilli olmaq önəmlidir. Amma hazırki vəziyyətdə biz müəllim, şagird, tələbələrin sağlamlığı ön planda olmalıdır. Pandemiya ilə əlaqədar biz təhsil və sağlamlıq arasında seçim etmək məcburiyyəti ilə üz-üzəyik. Mən sağlamlığı qorumağın tərəfdarıyam. Pandemiya belə amansız davrandığı müddətcə, gənclərimizi, uşaqlarımızı qorumalıyıq. Bir müddətlik orta məktəblər də, ali məktəblər də onlayn tədrisə qayıtsa, daha yaxşıdır”.




Təhsil eksperti Nadir İsrafilov bildirib ki, o,  birmənalı şəkildə məktəblərin bağlanmasının əleyhinədir: “Əvvəla, bu kimi məsələlər kimlərinsə arzu və istəyi ilə deyil, xüsusi karantin rejimi dövründə təhsil müəssisələrində tədris və təlim-tərbiyə prosesinin təşkili Nazirlər Kabinetinin “Xüsusi karantin rejimi dövründə Azərbaycan Respublikasında fəaliyyət göstərən təhsil müəssisələrində tədris və təlim-tərbiyə prosesinin təşkilinin müvəqqəti Qaydaları”na uyğun tənzimlənir. Yəni, bu qərarın 1-ci hissəsinə uyğun olaraq tədris və təlim-tərbiyə prosesinin əyani formada aparılmasının bərpası və ya dayandırılması barədə qərar qəbul edildiyi halda, hər hansı bir dəyişikliyin həyata keçiriləcəyi mümkün hesab edilə bilər.

İkincisi, hadisələri qabaqlayıb, hər hansı proqnoz verməkdən də uzağam. Hər hansı bir radikal qərar zamana bağlı olan məsələdir. Hesab edirəm ki, vəziyyət kritik hədd kimi dəyərləndirilsə belə, bu yoluxmaları bilavasitə məktəblə əlaqələndirmək yanlışdır. Bir neçə məktəbin koronavirusa görə bağlanması bütövlükdə məktəblərin bağlanması üçün əsas ola bilməz, özü də buraxılış və qəbul imtahalarına o qədər də çox müddət qalmadığı bir ərəfədə. Şəraitə və situasiyaya uyğun lokal xarakterli diferensial yanaşma – hələ ki, real variantı bunda görürəm.

Bu gün hasısa bölgədə koronavirusa görə bir neçə məktəb bağlanıbsa, digər bölgədə bir neçə məktəbin fəaliyəti bir həftəlik fasilədən sonra yenidən bərpa olunur. Yəni, bütün məhdudiyyət və çətinliklərə baxmayaraq, pandemiyanın yaratdığı ağır fəsadları aradan qaldırmaq üçün dövlətimiz və əlaqədar qurumlar tərəfindən mümkün olan imkanlardan maksimum dərəcədə istifadə olunur.

Hələlik yoluxucu xəstəliklərlə mübarizədə ən effektiv üsul vaksinasiyadır. Bu, bütün dünyada elmi cəhətdən təsdiq olunmuş profilaktika üsuludur və təbabətin nailiyyətlərindən biri hesab olunur. Nazirlər Kabinetinin sərəncamı ilə təsdiq edilən “Azərbaycan Respublikasında COVID-19 xəstəliyi əleyhinə 2021-2022-ci illər üçün Vaksinasiya Strategiyası”na uyğun işlər davam etdirilir. Başqa sözlə ənənəvi təhsilin davamlı olmasının inamlı və təhlükəsiz yolu vaksinasiyadan keçir”.



Ekspert qeyd edib ki, “Omikron” ştamı sürətlə yayılsa da, ağırlaşma halları əvvəlkilərlə müqayisədə xeyli azdır. Ümumdünya Səhiyyə Təşkilatının Azərbaycandakı nümayəndəsinin də bildirdiyi kimi yoluxma sayları çox yüksəkdir, amma bu xəstəlik əsasən yüngül keçir. Bundan sonra da yeni ştamlar yarana bilər. ÜST və UNİCEF məktəblərin açıq qalmasının tərəfdarıdır: "Bir də ki, məktəbdə qaydalara daha ciddi əməl olunur, nəinki digər kütləvi məkanlarda. Hazırda restoranlar, iri ticarət mərkəzləri, şadlıq sarayları kütləvi şəkildə fəailiyyət göstərir və ortada potensial risk daha yüksəkdir nəinki məktəblərdə. Məktəb virusdan yoluxma üçün ən etibalı və güvənli məkan olduğundan, məktəblərin qapanması məsələsinə ən son mərhələdə, yəni, insanların digər kütləvi toplandığı ictimai yerlərin – nəqliyyatın, restoran və şadlıq evlərinin, mol və iri ticarət mərkəzlərinin bağlanmasından sonra baxılması daha düzgün olar”.

Təhsil eksperti Elşən Qafarovunun sözlərinə əsasən, bu gün məktəblərdə müəllim və şagirdlər arasında yoluxma halları xeyli artıb. Bəzi məktəblərin bir neçə siniflərində tədris onlayn qaydada davam etdirilir. Çətinliklər var. Ancaq buna baxmayaraq məktəblərin bağlamaq olmaz. Məktəbləri bağlamaq virusla mübarizə üsulu deyil: “Yoluxma hallarına görə yalnız virusa yoluxma qeydə alınan siniflərin bağlanması daha məqsədə uyğundir”.

Millət vəkili Ceyhun Məmmədov hesab edir ki, ənənəvi tədris davam etdirilməlidir. Çünki distant təhsil ənənəvi təhsili əvəz edə bilmir: “Ənəvi təhsildən distant təhsilə keçid üçün xeyli işlər görülməlidir. Distant təhsilin tətbiqi bir sıra çətinliklər yaradır. Həm müəllimlər həm də şagirdlər üçün. Bu səbəbdən də mümkün qədər əyani tədrisin davam etdirilməsinin tərafdarıyam. Distant təhsil bizim təhsilimizi çox geri saldı. Bu gün də biz onun acı nəticələrini müşahidə edirik”.



Təhsil Nazirliyindən isə bildirilib ki, məktəblərdə də yoluxma faktları mövduddur. Lakin kütləvi yoluxma halları müşahidə edilmir: “Pandemiya dövründə yaşadığımız üçün məktəbdə müəlim də, şagird də koronavirusa yoluxa bilər. Ancaq hazırda vəziyyət kritik həddə aşmayıb. Bu səbəbdən də məktəblərin bağlanması məsələsi Təhsil Nazirliyinin gündəmində deyil”.

Məqalə Göndər








Загрузка...
Həmçinin oxuyun:
Bu siniflərdə dərslər 14 günlük dayandırılacaq

Bu siniflərdə dərslər 14 günlük dayandırılacaq

Yaqut Qarayeva: “Son günlərdə yoluxma sayı 5 faiz artıb” – VİDEO

Yaqut Qarayeva: “Son günlərdə yoluxma sayı 5 faiz artıb” – VİDEO

Yoluxma artsa, MƏKTƏBLƏR BAĞLANACAQ - AÇIQLAMA

Yoluxma artsa, MƏKTƏBLƏR BAĞLANACAQ - AÇIQLAMA

Şagird və müəllimlər arasında yoluxma artır - Məktəblər bağlanacaq? - VİDEO

Şagird və müəllimlər arasında yoluxma artır - Məktəblər bağlanacaq? - VİDEO

Bu uşaqlar məktəbə buraxılmamalıdır

Bu uşaqlar məktəbə buraxılmamalıdır

Yeni il bayramında yoluxma sayı arta bilər - Pulmonoloq

Yeni il bayramında yoluxma sayı arta bilər - Pulmonoloq

Məktəblərdə koronavirusa yoluxma ilə bağlı vəziyyət nə yerdədir? - AÇIQLAMA

Məktəblərdə koronavirusa yoluxma ilə bağlı vəziyyət nə yerdədir? - AÇIQLAMA

Bakıda daha iki sinif distant təhsilə keçib

Bakıda daha iki sinif distant təhsilə keçib

Daha beş məktəb koronavirusa görə bağlandı

Daha beş məktəb koronavirusa görə bağlandı

Təhsil naziri: “Yoluxma səbəbindən gün ərzində 10-12 məktəb bağlanırdı”

Təhsil naziri: “Yoluxma səbəbindən gün ərzində 10-12 məktəb bağlanırdı”

ÜST-dən məktəblərin bağlanmasına reaksiya: Elm siyasətdən üstün olmalıdır

ÜST-dən məktəblərin bağlanmasına reaksiya: Elm siyasətdən üstün olmalıdır

Məktəblərlə bağlı mühüm açıqlama - VİDEO

Məktəblərlə bağlı mühüm açıqlama - VİDEO

Yoluxma və ölüm halları sürətlə artacaq - Azərbaycanı gözləyən təhlükə

Yoluxma və ölüm halları sürətlə artacaq - Azərbaycanı gözləyən təhlükə

Nazirlikdən məktəblərin bağlanacağı iddialarına CAVAB - VİDEO

Nazirlikdən məktəblərin bağlanacağı iddialarına CAVAB - VİDEO

Bakı məktəblərində uşaqlar arasında yayılan xəstəlik nədir?

Bakı məktəblərində uşaqlar arasında yayılan xəstəlik nədir?

Məktəblər bağlanır? - Təhsil Nazirliyi RƏSMİ CAVAB VERDİ

Məktəblər bağlanır? - Təhsil Nazirliyi RƏSMİ CAVAB VERDİ

Azərbaycanda məktəbdə müəllimlər arasında koronavirusa kütləvi yoluxma

Azərbaycanda məktəbdə müəllimlər arasında koronavirusa kütləvi yoluxma

Deputatdan təcili ÇAĞIRIŞ: Məktəb və universitetlər operativ şəkildə qapansın!

Deputatdan təcili ÇAĞIRIŞ: Məktəb və universitetlər operativ şəkildə qapansın!

Bakıda koronavirusa görə bağlanan məktəbdə distant təhsil müddəti uzadıldı

Bakıda koronavirusa görə bağlanan məktəbdə distant təhsil müddəti uzadıldı

Azərbaycanda koronavirusa yoluxma kəskin azaldı

Azərbaycanda koronavirusa yoluxma kəskin azaldı

Bərdədə müəllim və şagirdlər arasında koronavirusa yoluxma artıb - VİDEO

Bərdədə müəllim və şagirdlər arasında koronavirusa yoluxma artıb - VİDEO

Koronavirusla bağlı son STATİSTİKA

Koronavirusla bağlı son STATİSTİKA

Daha 13 məktəblidə koronavirus aşkarlandı

Daha 13 məktəblidə koronavirus aşkarlandı

Nazir: “Yoluxma artarsa, digər ərazilərdəki məktəblər də bağlanacaq”

Nazir: “Yoluxma artarsa, digər ərazilərdəki məktəblər də bağlanacaq”