AzTehsil.com


Xəbərlər / Müəllim
02 fevral 2022
1 316


Deputatdan təcili ÇAĞIRIŞ: Məktəb və universitetlər operativ şəkildə qapansın!




Xəbər verdiyimiz kimi, bu gün Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 6 620 yeni yoluxma faktı qeydə alınıb ki, bu da ölkəmizdə gündəlik yoluxma sayında rekord göstəricidir.


"Omikron" ştamının ölkəmizə ayaq açandan sonra sürətlə yayılması və hər ötən gün yolxunların sayının artması ölkə əhalisi arasında narahatlıqla qarşılanır. Xüsusilə müəllimlər və valideynlər sosial şəbəkələrdə çağırış edərək məktəblərin müvəqqəti distant təhsilə keçməsini istəyirlər.


Məsələ ilə bağlı Redaktor.az-a danışan Milli Məclisin deputatı Aydın Hüseynov bildirdi ki, tədris müəssisələrində təcili olaraq əyani tədris dayandırılmalıdır:


“Bu, indiyə qədər qeydə alınmış ən yüksək yoluxma həddidir. Hesab edirəm ki, bununla bağlı Nazirlər Kabineti yanında Operativ Qərargah operativ şəkildə reaksiya verməlidir. Xüsusilə tədris müəssisələrində qapanmaların olması çox vacibdir. Əgər əvvəllər gənc nəsil arasında yoluxmanın sayı az idisə, indi bu göstərici xeyli artıb. Artıq yoluxma faktı universitet, eləcə də orta məktəb kontingentinə təsir edəcək səviyyədədir. Ona görə də məktəb və universitetlərin operativ şəkildə qapanmaya keçməsini zəruri hesab edirəm. Bu məsələ hökumət tərəfindən daim diqqətdə saxlanılır. İnanıram ki, bu sahə ilə bağlı lazımi qərarlar veriləcək”.




Загрузка...