AzTehsil.com


Xəbərlər / Səhiyyə
14 iyun 2020
1 363


Azərbaycanda daha 387 nəfərdə koronavirus tapıldı - 4 nəfər vəfat etdi



 

Azərbaycanda 387 yeni koronavirus infeksiyasına yoluxma faktı qeydə alınıb, 274 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan Modern.az-a bildirilib ki, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 4 nəfər vəfat edib.

Qeyd edək ki, son sutkada koronavirusla bağlı 5 600 test test aparılıb, ümumilikdə yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar aparılan testlərin sayı 368 254 olub



Загрузка...