Təhsil Naziri vətəndaşları videobağlantı vasitəsilə qəbul edəcək
Yevlax, Bərdə, Tərtər, Ağdam, Füzuli, Xocavənd, Samux rayonları və Naftalan, Mingəçevir sakinlərini və bu rayonlarda müvəqqəti məskunlaşmış məcburi köçkün vətəndaşlarımızı videobağlantı vasitəsilə qəbul edəcəyəm.
Bu fikiri Təhsil Naziri Emin Əmrullayev sosial şəbəkədəki hesabında bildirib:
26 noyabr 2021-ci il tarixində saat 16:00-da Yevlax, Bərdə, Tərtər, Ağdam, Füzuli, Xocavənd, Samux rayonları və Naftalan, Mingəçevir sakinlərini və bu rayonlarda müvəqqəti məskunlaşmış məcburi köçkün vətəndaşlarımızı videobağlantı vasitəsilə qəbul edəcəyəm.
Qəbulda iştirak etmək istəyən qeyd olunan rayon (şəhər) sakinləri 24 noyabr saat 18:00-dək Təhsil Nazirliyinin Çağrı Mərkəzinin “146-1” nömrəli telefonuna zəng edə və ya nazirliyin rəsmi saytının https://edu.gov.az/az/contact) əlaqə bölməsi vasitəsilə videoqəbula yazıla bilərlər.