Vətən müharibəsi şəhidi Cəbrayıl Dövlətzadənin anası Milli Məclisdə işlə təmin olunub - FOTO
Məlum olduğu kimi, ölkə rəhbərliyi tərəfindən şəhid ailələri, qazilər və müharibə iştirakçıları daim diqqətdə saxlanılır, dövlətin qayğısı ilə əhatə olunurlar. Milli Məclis tərəfindən də şəhid ailələri və qazilərlə müntəzəm görüşlər keçirilir, mövcud problemlərinin həllində köməklik göstərilməsi məqsədilə tədbirlər görülür, şəhidlərin ailə üzvlərinin və qazilərin Milli Məclisdə işlə təmin olunmasına xüsusi önəm verilir.
Vətən müharibəsinin birinci ildönümü ərəfəsində Milli Məclisin sədri Sahibə Qafarovanın müvafiq əmrinə əsasən, general-mayor Polad Həşimovun qisasını alan əsgər kimi Vətən müharibəsi tarixinə imzasını atmış Cəbrayıl Dövlətzadənin anası Məleykə Məmmədzadə Milli Məclisdə dövlət qulluğuna qəbul edilərək işlə təmin olunub.
Qeyd edək ki, Cəbrayıl Dövlətzadə Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən ölümündən sonra “Azərbaycan Bayrağı” ordeni, “Vətən uğrunda”, “Kəlbəcərin azad olunmasına görə” medalları ilə təltif edilib. Cəbrayıl Dövlətzadə 2020-ci ilin 28 sentyabr tarixində Cəbrayıl-Füzuli istiqamətində gedən döyüşlərdə xüsusi təyinatlıların tərkibində döyüşərək böyük şücaət göstərib, erməni generalını və polkovnikini öldürərkən 19 yaşında şəhid olub. oxu.az
Şəhid polkovnikin oğlu Prezidentin ona zəngindən danışdı - VİDEO
Bu gün Vətən müharibəsi şəhidinin doğum günüdür
Vətən müharibəsi iştirakçılarının ailə üzvləri işə qəbul olundular
Ən çox medal alan generallar... - FOTO
ADNSU-da şəhid valideyni ilə görüş keçirilib
Şəhidlərin övladları ilə görüş keçirilib
Polad Həşimovun qızı tələbə oldu
Bu gün Polad Həşimov və dörd hərbi qulluqçumuzun şəhid olduğu gündür
Cibindən uşaqların dərs cədvəli çıxdı...: Yeganə qadın şəhidimizin ÜRƏKDAĞLAYAN HEKAYƏSİ
Vətən müharibəsində qəhrəmanlığı ilə dastana dönən Xudayarın doğum günüdür
Cəbrayıl Dövlətzadənin ilk məşqçisi: “Uduzanda ağlayırdı, deyirdi ki, hamıdan güclü olmalıyam” - MÜSAHİBƏ
Şəhid anası: “Oğlumun bir sözü var idi: Ya tarix yazacağam, ya da tarixdə qalacağam”
Sevda Abdullayeva: Dövlətimiz şəhid ailələrinə, Qarabağ müharibəsi əlillərinə və veteranlarına yüksək qayğı göstərir
Polad Həşimov, İlqar Mirzəyev, Şükür Həmidov və daha 34 şəhidin adı əbədiləşdirildi - SİYAHI
İsti sinif divarlarını soyuq səngərə dəyişən şəhid müəllim - VİDEO
“Vətən uğrunda” medalı ilə təltif edilən şəhid Hüseyn Həmidzadə
Azərbaycanda Vətən Müharibəsi ilə bağlı Anım Günü təsis edildi – SƏRƏNCAM
ADNSU-da Milli Qəhrəman Mübariz İbrahimovun xatirəsi anılıb
Şəhidlərin xatirəsinə həsr olunmuş “Zəfər yürüşü” tədbiri
Şəhid qızı: “Universitetə qəbul olduqdan 5 dəqiqə sonra atamın xəbəri gəldi” - VİDEO
Şəhid ailələri, müharibə əlilləri və iştirakçıları üçün təlimlərə start verilib
Prezidentdən Vətən Müharibəsi memorial kompleksi və Zəfər muzeyinin yaradılması barədə SƏRƏNCAM
Rektor Vətən müharibəsi qazisi olan məzunla görüşüb
Azərbaycanda “Vətən Müharibəsi Qəhrəmanı” adı təsis edildi - FƏRMAN