Xəbərlər
14 iyul 2021
896


Bu gün keçirilən imtahandan 5 nəfər xaric olunub

Bu gün keçirilən imtahandan 5 nəfər xaric olunub

 

Dövlət İmtahan Mərkəzi tərəfindən III ixtisas qrupu üzrə ali təhsil müəssisələrinə qəbul imtahanı keçirilib

İmtahan 22 şəhər və rayonda təşkil olunub

İmtahan keçirilən şəhər və rayonlarda ümumilikdə 93 imtahan binası, 1607 imtahan zalı ayrılıb. İmtahanların idarə olunmasına 93 ümumi imtahan rəhbəri, 264 imtahan rəhbəri, 2101 nəzarətçi–müəllim, 223 buraxılış rejimi əməkdaşı, 93 bina nümayəndəsi cəlb olunub.

İmtahan prosesinin idarə olunması üçün DİM-də operativ qərargah fəaliyyət göstərib, müntəzəm olaraq imtahanın keçirildiyi binalarla əlaqə saxlanılıb və imtahanın gedişi nəzarətdə olub. Bütün binalarda imtahan təlimata uyğun şəkildə keçirilib, iştirakçılara öz bilik səviyyələrini nümayiş etdirmələri üçün zəruri şərait yaradılıb.

Mərkəz tərəfindən pandemiya şəraitinin tələblərinə əsasən iştirakçıların yalnız tibbi maska ilə imtahan binasına daxil olmasına icazə verilib. İmtahan heyəti müvafiq qoruyucu vasitələrlə (əlcək, üz sipəri, tibbi maska) təmin olunub.

İmtahan binasına daxil olan iştirakçıların məsafədən ölçə bilən elektron termometrlə bədən hərarətləri yoxlanılıb, zəruri dezinfeksiyaedici vasitələrdən istifadə olunub. İştirakçıların bədən hərarəti normaya uyğun olub. 5 nəfərdə mobil telefon aşkarlandığı üçün imtahandan xaric olunub.

İmtahanda istifadə olunmuş qapalı və kodlaşdırıla bilən açıq tipli test tapşırıqlarının doğru cavab etalonları yaxın saatlarda Mərkəzin saytına və sosial şəbəkə hesablarına yerləşdiriləcək. 15 iyul saat 16:00-da DİM-in "Youtube” kanalı və "Facebook” səhifəsi vasitəsilə canlı yayım ediləcək və Mərkəzin məsul əməkdaşları, ekspertlər tərəfindən həm III, həm də II ixtisas qrupu üzrə imtahanlarda istifadə olunmuş test tapşırıqları ilə bağlı geniş izahat veriləcək. Abituriyentlər suallarını "Facebook”da yerləşdirilən müvafiq postun altına yaza və ya [email protected] elektron poçtuna göndərə bilərlər.

İyulun 15-dən etibarən DİM-də imtahan protokolları və materialların emalına başlanılacaq.

İmtahanlarda istifadə olunan açıq tipli tapşırıqların yoxlanılması uzun müddət tələb etdiyindən nəticələrin yaxın 2 həftə ərzində elan olunması nəzərdə tutulur.

Növbəti qəbul imtahanlarında iştirak edəcək abituriyentlərin bir daha nəzərinə çatdırırıq ki, sənədlərlə (şəxsiyyət vəsiqəsinin əsli, buraxılış vərəqi və sağlamlıq haqqında bəyannamə) bağlı diqqətli olsunlar. Bundan əlavə, imtahan saat 10:00-da başlanır. İmtahanın başlanmasına 15 dəqiqə qalmış – saat 09:45-də buraxılış rejimi başa çatır və bundan sonra gələn iştirakçılar imtahan binasına buraxılmırlar.

Kütləviliyin və təmas hallarının qarşısının alınması məqsədilə imtahan iştirakçıları üçün imtahan binasına müxtəlif daxilolma vaxtları müəyyən edilib və imtahan iştirakçısının buraxılış vərəqəsində həmin vaxt göstərilib. Ona görə də imtahan binasına buraxılış vərəqəsində qeyd olunan vaxtda gəlmək lazımdır.
Məqalə Göndər








Загрузка...
Həmçinin oxuyun:
Bu gün keçirilən imtahanlarda 3 nəfər imtahandan xaric olunub

Bu gün keçirilən imtahanlarda 3 nəfər imtahandan xaric olunub

DİM-də imtahan protokolları və cavab vərəqlərinin emalına başlanılıb

DİM-də imtahan protokolları və cavab vərəqlərinin emalına başlanılıb

İlk qəbul imtahanı başa çatdı - 3 nəfər imtahandan qovuldu

İlk qəbul imtahanı başa çatdı - 3 nəfər imtahandan qovuldu

2 iyulda keçirilən imtahanlar haqqında

2 iyulda keçirilən imtahanlar haqqında

Abituriyentə kömək etmək istəyən nəzarətçi zaldan qovuldu – YENİLƏNİB

Abituriyentə kömək etmək istəyən nəzarətçi zaldan qovuldu – YENİLƏNİB

2 nəfər imtahana buraxılmayıb,1 nəfər xaric edilib

2 nəfər imtahana buraxılmayıb,1 nəfər xaric edilib

Bu gün 9-cu sinif buraxılış imtahanları keçirilib

Bu gün 9-cu sinif buraxılış imtahanları keçirilib

4 şagird imtahana buraxılmadı, 3-ü zaldan çıxarıldı

4 şagird imtahana buraxılmadı, 3-ü zaldan çıxarıldı

5 nəfər bugünkü qəbul imtahanlarına BURAXILMADI

5 nəfər bugünkü qəbul imtahanlarına BURAXILMADI

Bugünkü imtahanların nəticələri nə vaxt açıqlanacaq?

Bugünkü imtahanların nəticələri nə vaxt açıqlanacaq?

DİM 1 nəfəri bugünkü buraxılış (qəbul) imtahanlarına buraxmadı

DİM 1 nəfəri bugünkü buraxılış (qəbul) imtahanlarına buraxmadı

Hərarəti yüksək olan 2 şagird imtahana buraxılmadı

Hərarəti yüksək olan 2 şagird imtahana buraxılmadı

Şagirdə kömək edən nəzarətçi imtahandan xaric olunub

Şagirdə kömək edən nəzarətçi imtahandan xaric olunub

20-yə yaxın abituriyent imtahana buraxılmadı

20-yə yaxın abituriyent imtahana buraxılmadı

DİM tərəfindən keçirilən buraxılış imtahanları başa çatıb

DİM tərəfindən keçirilən buraxılış imtahanları başa çatıb

DİM SABAH qruplarına seçim müsabiqəsinə test imtahanı keçirəcək

DİM SABAH qruplarına seçim müsabiqəsinə test imtahanı keçirəcək

Bugünkü buraxılış imtahanlarının nəticələri 5 günə açıqlanacaq - RƏSMİ

Bugünkü buraxılış imtahanlarının nəticələri 5 günə açıqlanacaq - RƏSMİ

DİM imtahan keçirdi: Hərarəti olan iki şagird imtahana buraxılmadı

DİM imtahan keçirdi: Hərarəti olan iki şagird imtahana buraxılmadı

Bu gün ümumi (9 illik) orta təhsil səviyyəsi üzrə növbəti buraxılış imtahanları keçirilib

Bu gün ümumi (9 illik) orta təhsil səviyyəsi üzrə növbəti buraxılış imtahanları keçirilib

Dörd şagird buraxılış imtahanından qovuldu - SƏBƏB

Dörd şagird buraxılış imtahanından qovuldu - SƏBƏB

Bu gün III ixtisas qrupu üzrə qəbul imtahanı keçiriləcək

Bu gün III ixtisas qrupu üzrə qəbul imtahanı keçiriləcək

Bu gün növbəti buraxılış imtahanları keçiriləcək

Bu gün növbəti buraxılış imtahanları keçiriləcək

Bu günkü imtahanlarda 5 şagirdin bədən hərarəti yüksək olduğu üçün imtahana buraxılmayıb

Bu günkü imtahanlarda 5 şagirdin bədən hərarəti yüksək olduğu üçün imtahana buraxılmayıb

Növbəti buraxılış imtahanı keçirildi: Üç şagird buraxılmadı

Növbəti buraxılış imtahanı keçirildi: Üç şagird buraxılmadı