Xəbərlər, Abituriyent
13 avqust 2020

İlk qəbul imtahanı başa çatdı - 3 nəfər imtahandan qovuldu

İlk qəbul imtahanı başa çatdı - 3 nəfər imtahandan qovuldu

 

Bu gün Dövlət İmtahan Mərkəzi tərəfindən şəhər və rayonların imtahan qrafikinə uyğun olaraq II və III ixtisas qrupları ali təhsil müəssisələrinə qəbul imtahanları keçirilib.

 DİM-dən  verilən məlumata görə,Mərkəz tərəfindən pandemiya şəraitinin tələblərinə əsasən iştirakçıların yalnız tibbi maska ilə imtahan binasına daxil olmasına icazə verilib. Buraxılış rejimi yeni qaydalara uyğun şəkildə tənzimlənib, imtahan heyəti müvafiq qoruyucu vasitələrlə (xüsusi geyim, əlcək, üz sipəri, tibbi maska) təmin olunub.

İmtahanlar 16 şəhər və rayonda təşkil olunub.

 İmtahanların təşkil edilməsi üçün ümumilikdə 84 imtahan binası, 1450 imtahan zalı ayrılıb. İmtahanların idarə olunmasına 84 ümumi imtahan rəhbəri, 247 imtahan rəhbəri, 1882 nəzarətçi–müəllim, 168 buraxılış rejimi əməkdaşı, 84 bina nümayəndəsi ayrılıb.

 Kütləviliyin və təmas hallarının qarşısının alınması məqsədilə imtahan iştirakçıları üçün imtahan binasına müxtəlif daxilolma vaxtları müəyyən edilib. İmtahan keçirilən binaların qarşısında sırada gözləmək üçün nişanlayıcı xətlər çəkilib. İmtahan binasına buraxılış rejiminin növbə ilə – lazımi sosial məsafəni gözləməklə təşkil edilməsinə nail olunub.

 İmtahan binasına daxil olan iştirakçıların məsafədən ölçə bilən elektron termometrlə bədən hərarətləri yoxlanılıb, zəruri dezinfeksiyaedici vasitələrdən istifadə olunub. İmtahana gələn iştirakçıların bədən hərarətləri normaya uyğun olub.

 3 nəfərdə isə mobil telefon aşkarlandığı üçün imtahandan xaric olunub.

İmtahan prosesinin idarə olunması üçün DİM-də operativ qərargah fəaliyyət göstərib, müntəzəm olaraq imtahanın keçirildiyi binalarla əlaqə saxlanılıb və imtahanın gedişi nəzarətdə olub. Bütün binalarda imtahan təlimata uyğun şəkildə keçirilib, iştirakçılara öz bilik səviyyələrini nümayiş etdirmələri üçün zəruri şərait yaradılıb.

Avqustun 14-dən etibarən DİM-də imtahan protokollarının, cavab vərəqləri və kartlarının emalı aparılacaq.

İmtahanlarda istifadə olunan açıq tipli tapşırıqların yoxlanılması uzun müddət tələb etdiyindən nəticələrin yaxın 2 həftə ərzində elan olunması nəzərdə tutulur.

İmtahanlarda istifadə olunan qapalı və cavabları kodlaşdırıla bilən açıq tipli tapşırıqların düzgün cavabları isə (Azərbaycan və rus bölmələri) yaxın saatlarda DİM-in saytında yerləşdiriləcək.
Qeyd edək ki, avqustun 14-də DİM-in "Facebook” səhifəsi və "Youtube” kanalı vasitəsi ilə canlı yayım ediləcək və Mərkəzin məsul əməkdaşları, ekspertlər tərəfindən bu gün və sabah keçirilən imtahanlarda istifadə olunmuş test tapşırıqları və sualların düzgün cavabları ilə bağlı geniş izahat veriləcək.




Загрузка...
loading...

Həmçinin oxuyun:
13-14 avqust tarixlərində 35 şəhər və rayonda imtahan keçiriləcək - VİDEO

13-14 avqust tarixlərində 35 şəhər və rayonda imtahan keçiriləcək - VİDEO

DİM: Rezidentura umtahanının nəticələri yaxın 2-3 gündə elan ediləcək

DİM: Rezidentura umtahanının nəticələri yaxın 2-3 gündə elan ediləcək

DİM 1 nəfəri bugünkü buraxılış (qəbul) imtahanlarına buraxmadı

DİM 1 nəfəri bugünkü buraxılış (qəbul) imtahanlarına buraxmadı

Bu gün keçirilən imtahanlarda 3 nəfər imtahandan xaric olunub

Bu gün keçirilən imtahanlarda 3 nəfər imtahandan xaric olunub

5 nəfər bugünkü qəbul imtahanlarına BURAXILMADI

5 nəfər bugünkü qəbul imtahanlarına BURAXILMADI

Qəbul imtahanlarından 2 nəfər xaric olunub

Qəbul imtahanlarından 2 nəfər xaric olunub

İyulun 10-da qəbul imtahanları keçiriləcək

İyulun 10-da qəbul imtahanları keçiriləcək

Bugünkü buraxılış imtahanlarının nəticələri 5 günə açıqlanacaq - RƏSMİ

Bugünkü buraxılış imtahanlarının nəticələri 5 günə açıqlanacaq - RƏSMİ

Bugünkü imtahanların nəticələri nə vaxt açıqlanacaq?

Bugünkü imtahanların nəticələri nə vaxt açıqlanacaq?

İyulun 2-də və 3-də növbəti buraxılış imtahanları keçiriləcək

İyulun 2-də və 3-də növbəti buraxılış imtahanları keçiriləcək

Hərarəti yüksək olan 2 şagird imtahana buraxılmadı

Hərarəti yüksək olan 2 şagird imtahana buraxılmadı

Növbəti buraxılış imtahanı keçirildi: Üç şagird buraxılmadı

Növbəti buraxılış imtahanı keçirildi: Üç şagird buraxılmadı

4 şagird imtahana buraxılmadı, 3-ü zaldan çıxarıldı

4 şagird imtahana buraxılmadı, 3-ü zaldan çıxarıldı

Bu gün növbəti buraxılış imtahanları keçiriləcək

Bu gün növbəti buraxılış imtahanları keçiriləcək

Bu günkü imtahanlarda 5 şagirdin bədən hərarəti yüksək olduğu üçün imtahana buraxılmayıb

Bu günkü imtahanlarda 5 şagirdin bədən hərarəti yüksək olduğu üçün imtahana buraxılmayıb

20-yə yaxın abituriyent imtahana buraxılmadı

20-yə yaxın abituriyent imtahana buraxılmadı

İçəri telefon və “ağıllı” saatla girən iki nəfər magistratura imtahanından xaric olundu

İçəri telefon və “ağıllı” saatla girən iki nəfər magistratura imtahanından xaric olundu

Qəbul imtahanlarının nəticələri bu tarixdə açıqlanacaq -RƏSMİ

Qəbul imtahanlarının nəticələri bu tarixdə açıqlanacaq -RƏSMİ

İyulun 18-i keçirilən imtahanda bəzi abituriyentlər imtahana buraxılmayıb

İyulun 18-i keçirilən imtahanda bəzi abituriyentlər imtahana buraxılmayıb

I və IV ixtisas qruplarının abituriyentləri üçün keçirilən qəbul imtahanı başa çatıb

I və IV ixtisas qruplarının abituriyentləri üçün keçirilən qəbul imtahanı başa çatıb

Bu abituriyentlər imtahandan QOVULDU

Bu abituriyentlər imtahandan QOVULDU

Bugünkü imtahanda qayda pozan abituriyentlərin nəticələri ləğv olundu

Bugünkü imtahanda qayda pozan abituriyentlərin nəticələri ləğv olundu

Hansı abituriyentlərin imtahan nəticələri ləğv olunub?

Hansı abituriyentlərin imtahan nəticələri ləğv olunub?

DİM:

DİM:"II və III ixtisas qruplarının imtahanın nəticələri yaxın 4 gün ərzində elan ediləcək"