Xəbərlər
23 fevral 2019
284

Tələbə itkin düşüb


Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi bəyən və paylaş

 Tələbə itkin düşüb

 

Goranboy rayon sakini itkin düşüb. AzTehsil.com "Report"a istinadən xəbər verir ki, Qaraçinar kəndində yaşayan Mais Qurbanov fevralın 17-də paytaxta qayıtmaq adı ilə evdən çıxıb.
 
Gənc atasına əvvəlcə Gəncəyə, sonra Bakıya gedəcəyini bildirib. Lakin yaxınları günorta saatlarında Maisin mobil telefonuna zəng vursalar da, onun telefonuna zəng çatmayıb. Həmin gündən M.Qurbanovdan xəbər yoxdur.

 

Yaxınlarının bildirdiyinə görə, BDU-nun hüquq fakultəsinin 1-ci kurs tələbəsi olan M.Qurbanov oxuduğu müddət ərzində Goranboya gəlib qayıtsa da, sonuncu dəfə paytaxta getməyib. Yaxınları ondan xəbər tuta bilmədiklərindən narahatdırlar.

 

Tələbənin itkin düşməsi ilə bağlı Goranboy rayon Polis Şöbəsinə müraciət edilib. Onu görənlərdən yaxud M.Qurbanov haqqında məlumatı olanlardan 051-327 -22-32 və 051-572-01-54 telefon nömrələrinə zəng etmələri xahiş olunur.




Whatsapp'ta Paylaş



Загрузка...
loading...