Xəbərlər, MÜƏLLİM
15 sentyabr 2018
343

1 sentyabr nostalgiyası – “O günün başqa ab-havası vardı, heç görmədim ki, 15 sentyabrda...”


Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi bəyən və paylaş


 

 
 
"Hamı uzun illər "Bilik günü”nün sentyabrın 1-də qeyd edilməsinə alışmışdı. Belə qəfil dəyişikliyin məqsədini başa düşmədik. Axı, bu nəyə lazım idi?! İndi də hamı bu günün ayın 1-i qeyd olunmasını istəyir. Mən heç 15 sentyabrda dərs ilinin başlamasına  sevinən görməmişəm”.

Bu sözləri AzEdu.az-a açıqlamasında müəllim Kəmalə Abıyeva deyib. O, "Bilik günü” tarixinin illər əvvəl dəyişdiyi haqda danışarkən, bunun hətta  şagirdlərin məktəbə həvəsinin azalmasına səbəb olduğunu deyib:

"Dərslər sentyabrın 1-i başlayanda ilk dərs gününü həvəslə gözləyirdik. İndi isə vəziyyət dəyişib. Uşaqlarda məktəbə sevgi azalıb. Mən 40 ildir, məktəbdə çalışıram və bunu hər gün hiss edirəm. İndi uşaqlar dərsin başlanmasında o qədər də maraqlı deyillər.

Dərsdən qaçıb repetitorun yanına getmək məktəbə güvənməmək hissini formalaşdırıb. Düşünmürəm ki, bunun günahkarı yalnız müəllimlərdir. Burada valideynin də günahı az deyil. Valideynə deyirik ki, şagirdi məktəbə gətir.  O isə övladına deyir ki, müəllim tutacam, oxuyacaqsan. Ö özü uşağında bu fikri formalaşdırır. Başa düşmür ki, uşaq məktəb ab-havası ilə yaşamalıdır. Məktəb bilik verir. Bilik isə gözəllik, mənəvi zənginlik, düşüncədir. Nəticədə bilik almaq şəxsiyyət olmağın təməlidir. Belə edib uşaqları bundan uzaqlaşdırırıq”.

O qeyd edib ki, "Bilik günü” şagirdlərdə məktəb haqda ilkin təəssürat formalaşdırır:

"Məncə  dərslərin sentyabrın 1-də başlanması daha yaxşı idi. Onun ayın ortasında keçirilməsi mənə də qəribə gəlir. Əvvəlki nəsillər məktəbə 1 sentyabrda getdiyinə görə, indi də həmin tarixdə o hissləri bölüşürlər. Hətta ayın 15-nə keçirilməsinə baxmayaraq bir-birilərini o tarixdə təbrik edənlər də olur. Dərs ili çox ölkələrdə yenə sentyabrın 1-də başlanır. Yalnız biz bunu sentyabrın 15-ə keçirmişik.

Bilik gününün qeyd olunması çox yaxşı haldır. "Bilik günü” deyəndə uşaq məktəbi bilik  verən müəssisə kimi təsəvvür edir. Şagird I sinfə gələndə ona  bu günün mahiyyətini, ab-havasını təlqin edirik, artıq onda bu təəssürat formalaşır. Məncə, bu günü böyük təntənə ilə qeyd etməliyik”.

Onun sözlərinə görə, məktəblərdə Bilik günü eyni, şablon ssenarilərlə keçirilir:

"Bizim məktəbdə isə əvvəlki məzunlar da tədbirə dəvət olunur. Bu, fərqli yanaşmadır. Karyerasında uğur  əldə edən məzunlar  şagirdlərə  nailiyyətlərindən danışırlar. Heç bir fəaliyyəti olmayanlar belə tədbirə gəlirlər. Çox vaxt hətta çıxışlar da şablon olur. Onu daha fərqli etmək olar. Təklif edirəm ki, alimlərin məktəb həyatından maraqlı nəsə danışsınlar”.

Hər il deyirlər ki, ilk dərsdə filan mövzunu keçin. Razıyam, ilk dərsdə Vətən, Cümhuriyyətlə bağlı məlumat lazımdır. Amma ilk günü təhsilin verdiyi biliklə uğur qazananlar, biliyin apardığı zirvələr haqda motivasiyaedici nələrsə danışmaq olar”.

Kəmalə Abıyeva vurğulayıb ki, dərslərin 15 sentyabrda başlanması sanki insanları ruhdan salıb:

"Ümumilikdə, hamı "Bilik günü”nün sentyabrın 1-i qeyd edilməsinə uyğunlaşmışdı. Belə qəfil dəyişikliyin məqsədini başa düşmədik. Bilmədik ki, bu nə məqsəd güdürdü? Belə dəyişikliyə səbəb nə idi?  Axı, bu nəyə lazım idi? Dərsə ayın əvvəli başlayıb sonu bitirirdik. Sanki bu, bizə mənəvi təsir etdi və  ruhdan düşdük. İndi də hamı ayın 1-i qeyd olunmasını istəyir. Mən heç buna sevinən görməmişəm. Məktəbə kim gəlir, deyir ki, niyə Bilik gününün tarixini dəyişdilər”.
 
 

1 sentyabr nostalgiyası – “O günün başqa ab-havası vardı, heç görmədim ki, 15 sentyabrda...”

 








Whatsapp'ta Paylaş

Загрузка...
loading...

Həmçinin oxuyun:
“Bilik günü” bizdə niyə şablon keçirilir? – Deputatların təklifləri

“Bilik günü” bizdə niyə şablon keçirilir? – Deputatların təklifləri

Nazirdən

Nazirdən "Bilik günü" MÜRACİƏTİ

Valideynlərə   xəbərdarlıq

Valideynlərə xəbərdarlıq

İlk dərs günlərinin psixoloji səhvi

İlk dərs günlərinin psixoloji səhvi

"Bu nə deməkdir? Necə yəni, formanı alın, çekini bizə gətirin?!"..Əməkdar müəllimdən sərt reaksiya

“Bilik günü”nün qeyd olunması ilə bağlı əmr imzaladı

“Bilik günü”nün qeyd olunması ilə bağlı əmr imzaladı

Bu il Azərbaycanda dərslər sentyabrın 15-də başlamayacaq

Bu il Azərbaycanda dərslər sentyabrın 15-də başlamayacaq

Dünya ölkələrində Bilik günü bu tarixlərdə qeyd edilir - MARAQLI

Dünya ölkələrində Bilik günü bu tarixlərdə qeyd edilir - MARAQLI

Əvvəlki illərin məzunları ali məktəblərə necə imtahan verəcəklər?- Hamı niyə narahatdır?

Əvvəlki illərin məzunları ali məktəblərə necə imtahan verəcəklər?- Hamı niyə narahatdır?

Son zəng əvvəlki kimi mayın 25-də keçirilə bilər

Son zəng əvvəlki kimi mayın 25-də keçirilə bilər

Repetitorlar Azərbaycanda təhsilinin bəlasına çevrilib - Günün problemi

Repetitorlar Azərbaycanda təhsilinin bəlasına çevrilib - Günün problemi

Uşaqlarımızın məktəbdən soyumağının səbəbi - Məktəb nəyə lazımdır?

Uşaqlarımızın məktəbdən soyumağının səbəbi - Məktəb nəyə lazımdır?

Dərs ilinin ilk günü ağlayan birincilər - Məktəbdə onlarla necə davranmaq lazımdır?

Dərs ilinin ilk günü ağlayan birincilər - Məktəbdə onlarla necə davranmaq lazımdır?

Dərslər bu tarixdə başlayacaq

Dərslər bu tarixdə başlayacaq

Həştərxandakı Heydər Əliyev adına məktəbdə Bilik günü qeyd olunub

Həştərxandakı Heydər Əliyev adına məktəbdə Bilik günü qeyd olunub

"Bu, məktəblərimizdən biliyi yoxa çıxarmaq üçün sanki unutdurulan bir tarixdir"

Uşağınızı məktəbə belə hazırlayın – PSİXOLOQ YOLLARI GÖSTƏRİR

Uşağınızı məktəbə belə hazırlayın – PSİXOLOQ YOLLARI GÖSTƏRİR

Təhsil Nazirliyindən yeni dərs ilinin müddəti ilə bağlı – AÇIQLAMA

Təhsil Nazirliyindən yeni dərs ilinin müddəti ilə bağlı – AÇIQLAMA

Növbəti dərs ili nə vaxt başlayıb nə vaxt bitəcək?/SON QƏRAR

Növbəti dərs ili nə vaxt başlayıb nə vaxt bitəcək?/SON QƏRAR

"Guya, dərslər sentyabrın 1-də başlayıb, mayın 31-də bitsə nə olacaq ki?"-ekspertlərin rəyi

"Təhsilin məqsədi bilik olmadığına görə dərslərə bilikdən 15 gün adlayaraq başlayırıq"

"Təhsilə marağın azalmasının əsas “baiskarlarından” biri də məhz dərs ilinin başlanğıcının 1 sentyabrdan 15 sentyabra çəkilməsidir"

"“Azərbaycanda dərslərin sentyabrın 1-də başlaması və mayın 25-də tamamlanması vacibdir, zəruridir, qaçınılmazdır! "

" BİLİK GÜNÜ "nün təsis edilməsi haqqında Prezdentin 114 №-li ƏMR