Xəbərlər
04 avqust 2018
522

Nadir İsrafilov: “İxtisas seçimini abituriyentin topladığı “balın kəramətinə” tabe etdirmişik”


Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi bəyən və paylaş

 

"İxtisas seçimini bu qədər qəlizləşdirmək hansı məqsədə xidmət edir? Yaşlı və orta nəslin nümayəndələri xatırlamamış deyillər ki, adını çəkməyə belə ehtiyatlandığımız bir dönəmdə orta  məktəblərdə təlim-tərbiyə  işləri ilə yanaşı geniş peşə yönümü işi aparılardı. Həmçinin şagirdləri ayrı-ayrı peşələrə istiqamətləndirmək üçün nəzəri və praktiki tədbirlər həyata keçirilərdi”.

Aztehsil.com xəbər verir ki, bu sözləri təhsil üzrə ekspert Nadir İsrafilov AzEdu.az-a açıqlaması zamanı bildirib. Onun  sözlərinə görə,  o zamanlar müəllim  olmaq istəyənlər sənədlərini Pedaqoji İnstitut adlanan ali təhsil müəssisəsinə, həkimliyi arzulayanlar Tibb  İnstitutu, mühəndisliyi seçənlər  "Politexnik”ə , aqronom, zootexnik  olmaq  fikrinə düşənlər də  Kənd  Təsərrüfatı İnstitutuna verərdilər:

"İndi beynəlxalq təhsil sisteminə inteqrasiya etməklə, əlavə təhsil proqramları həyata keçirmək, fundamental və tətbiqi elmi tədqiqatlar aparmaq və çox spektrli sahələrlə məşğul olmaq kimi səlahiyyətlər verməklə universitetləri birbaşa funksiyalarından – konkret ixtisaslar üzrə ali təhsilli mütəxəssis hazırlamaq vəzifəsindən yayındırmışıq. Abituriyentlərə bir neçə ixtisas və  ali məktəb seçmək hüququ verməklə, həkim olmaq istəyəni bioloqa , hüquqşünas olmaq istəyəni tarixçiyə, tarixçi olmaq istəyəni kitabxanaçıya çevirmişik. Nəticədə çarəsiz ”zorən” diplomçular ordusu yaranıb. Bioloqu tibb fakültəsinə, kitabxanaçılığı hüquqa köçürməklə, təhsilimizin qara ləkəsi olan qanunsuz tələbə köçürmələrinin kütləvi hal almasına şərait yaratmışıq.  Həmçinin ali məktəblərə daxil olanlarla bitirənlər arasında kəskin fərq yaranmasna seyirçi münasibət bəsləmişik”.

Ekspert deyib ki, hüquqşünas, diplomat, polis, həkim, müəllim, mühəndis, aqronom və.s bu kimi ixtisaslara tam fərqli keçid balı tətbiq etməklə, gələcək mütəxəssislərimizə qabaqcadan hansı peşənin gəlirli və ya gəlirsiz olması hisslərini aşılamış, bəzi peşələri və peşə sahiblərini yüksəldərək, digərlərini aşağılamışıq:

"Bir sıra ixtisaslara keçid balını 150-yə və hətta 100-ə endirməklə, klassik qiymətləndirmədə "2”qiymətə  bərabər tutulanları ali məktəb tələbəsi etmişik. Onu da deyim ki, səviyyəsiz universitetlərin qəbul planını doldurmaqla yanaşı, həmin ixtisaslara və bu ixtisası seçənlərə bəri başdan "perspektivsiz” damğasını vurmuşuq. Kəskin sıçrayışlar edərək mövcud reallıqları nəzərə almadan ixtisas qrupları üzrə qəbul planı və daxil olan ərizələrin sayı arasında qeyri tarazlıq yaratmışıq. Bununla da yüzlərlə plan yerləri vakant qalmış, çıxış yolunu bəzi ixtisaslara minimum balla qəbul aparmaqda görürük”.

N.İsrafilov vurğulayıb ki, stimullaşdırma anlayışını çoxdan unutmuşuq:

"Həmçinin  bu vacib prinsipə etinasızlıq və biganəlik nümayiş etdirərək peşə və ixtisasları "prestijli” və "prestijsiz” kateqoriyalarına bölərək, bir sıra peşə və ixtisasların yaxın gələcəkdə tarixə qovuşacağına bu başdan etibarlı zəmanət veririk. İxtisas seçimini abituriyentin istək və arzusuna deyil, onun topladığı "balın kəramətinə” tabe etdirmişik. Bu halda hansı ixtisas seçimindən söhbət gedə bilər…?”

Qeyd edək ki, ali təhsil müəssisələrinə ixtisas seçimi 13 avqust tarixinə qədər davam edəcək.






Whatsapp'ta Paylaş

Загрузка...
loading...

Həmçinin oxuyun:

"Bal sistemi təhsilimizə zərbədir....Məqsəd nədir və bu qədər baş verənlər nəyə lazımdır bilinmir"

DİM

DİM "Abituriyent" jurnalının 5-ci buraxılışında orta ixtisas müəssisələrinin əvvəlki ildə keçid ballarını qeyd edib

"Bu işi yalnız kommersiya məqsədilə görən müəyyən qrup insanların vədlərinə inanmayın!"

9-cu siniflərin orta ixtisas məktəblərinə ixtisas seçimi başlayıb

9-cu siniflərin orta ixtisas məktəblərinə ixtisas seçimi başlayıb

Rezidenturaya ixtisas seçiminin başa çatmasına 2 gün qaldı

Rezidenturaya ixtisas seçiminin başa çatmasına 2 gün qaldı

Azərbaycanda bu peşələr aktuallığını itirə bilər – SİYAHI

Azərbaycanda bu peşələr aktuallığını itirə bilər – SİYAHI

HƏM ÖDƏNİŞSİZ, HƏM DƏ AZ BAL...

HƏM ÖDƏNİŞSİZ, HƏM DƏ AZ BAL...

"ASAN peşə” layihəsi üzrə əlavə ixtisas seçiminin vaxtı uzadılıb

Ali məktəbə qəbul ola bilməyənlərin NƏZƏRİNƏ

Ali məktəbə qəbul ola bilməyənlərin NƏZƏRİNƏ

“Asan peşə” layihəsi üzrə boş qalan yerlərə əlavə ixtisas seçimi başlayıb

“Asan peşə” layihəsi üzrə boş qalan yerlərə əlavə ixtisas seçimi başlayıb

Əlaçılar peşə məktəblərinə niyə üz tutur? – Ekspert

Əlaçılar peşə məktəblərinə niyə üz tutur? – Ekspert

Təhsil Nazirliyi: 8651 nəfər ilk peşə-ixtisas təhsili müəssisələrinə qəbul olub

Təhsil Nazirliyi: 8651 nəfər ilk peşə-ixtisas təhsili müəssisələrinə qəbul olub

Tam orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə tələbə qəbulu 97.51% yerinə yetirilib

Tam orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə tələbə qəbulu 97.51% yerinə yetirilib

Ali məktəblərə qəbul olmaq istəyən abituriyentlərin ixtisas seçimi başa çatıb

Ali məktəblərə qəbul olmaq istəyən abituriyentlərin ixtisas seçimi başa çatıb

DİM: İxtisas seçimi üçün ayrılan müddət uzadılmayacaq

DİM: İxtisas seçimi üçün ayrılan müddət uzadılmayacaq

Peşə məktəblərində təhsil almaq üçün 2000-dən çox şagird qeydiyyatdan keçib

Peşə məktəblərində təhsil almaq üçün 2000-dən çox şagird qeydiyyatdan keçib

Peşə məktəblərində təhsil haqqı aşağı salınıb

Peşə məktəblərində təhsil haqqı aşağı salınıb

İlk peşə-ixtisas təhsili müəssisələrinə sənəd qəbulu başlayıb

İlk peşə-ixtisas təhsili müəssisələrinə sənəd qəbulu başlayıb

DİM ali təhsil müəssisələrinə ixtisas seçimi edən abituriyentlərə müraciət etdi

DİM ali təhsil müəssisələrinə ixtisas seçimi edən abituriyentlərə müraciət etdi

İxtisas seçimində diqqətli olun!

İxtisas seçimində diqqətli olun!

Ali məktəblərə ixtisas seçiminin vaxtı bilindi – Builki ixtisas balları artıb, azalıb?..

Ali məktəblərə ixtisas seçiminin vaxtı bilindi – Builki ixtisas balları artıb, azalıb?..

Rezidenturaya ixtisas seçimi edənlərin nəzərinə!

Rezidenturaya ixtisas seçimi edənlərin nəzərinə!

Abituriyentlərin iki dəfə imtahan verməsi korrupsiyaya yol aça bilərmi?

Abituriyentlərin iki dəfə imtahan verməsi korrupsiyaya yol aça bilərmi?

"Ali məktəbələrə keçid balı ən azı 350 olmalıdır"