Xəbərlər
23 yanvar 2018
942

Bu ixtisaslar üzrə plan yerlərinin hamısı boş qaldı -Məleykə Abbaszadə

Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi bəyən və paylaş

"Rezidentura” xüsusi buraxılışının 1-ci sayı Azərbaycan və rus dillərində nəşr olunacaq.

Dövlət İmtahan Mərkəzindən verilən məlumata görə, jurnalda baza ali tibb təhsili əsasında rezidenturaya qəbul qaydaları və baza fənləri üzrə qəbul proqramları, qəbul imtahanında istifadə olunmuş bəzi test tapşırıqlarının izahı və tövsiyələr, test tapşırığı nümunələri təqdim olunacaq.

Jurnalı aşağıdakı keçiddə qeyd olunan ünvanlardan əldə edə biləcəksiniz: http://www.abiturient.az/index.php?status=elaqe&lang=az

Nəşr olunacaq jurnalda olan DİM Direktorlar Şurasının sədri Məleykə Abbaszadənin "Ön söz”ünü təqdim edirik:

2017/2018-ci tədris ili üçün rezidenturaya ayrılmış 505 plan yerinə qəbul aparılmışdır. Plan yerləri 93,07% dolmuşdur: müalicə işi, pediatriya istiqaməti üzrə plan yerlərinin 4,76%-i və tibbi profilaktika istiqaməti üzrə 24,59%-i boş qalmışdır. Tibbi profilaktika istiqaməti üzrə imtahan verən namizədlər ixtisas seçimi zamanı "Yoluxucu xəstəliklər” ixtisasına üstünlük vermişlər, "Gigiyena” və "Epidemiologiya” ixtisasları üzrə ayrılan plan yerlərinin isə hamısı boş qalmışdır.

2017-ci ildə imtahanın birinci mərhələsinin – baza fənləri üzrə biliklərin qiymətləndirilməsi imtahanının nəticələrinə əsasən imtahanda iştirak etmiş 1077 namizəddən müsabiqə şərtini ödəmiş (40 və daha çox bal toplamış) 665 nəfəri (61.74%) ikinci mərhələyə buraxılmış, onlardan 655 nəfəri imtahanda iştirak etmək üçün qeydiyyatdan keçmişdir. 2016-cı illə müqayisədə 2017-ci ildə baza fənləri üzrə biliklərin qiymətləndirilməsi imtahanının nəticələrində müsbət dinamika müşahidə olunmuşdur. Belə ki, müsabiqə şərtini ödəmiş namizədlərin sayı 195 nəfər artmışdır ki, bunların da 162 nəfəri müalicə işi, pediatriya istiqaməti üzrə imtahan vermiş namizədlərdir. Baza fənləri üzrə biliklərin qiymətləndirilməsi imtahanında ən yüksək nəticə müalicə işi, pediatriya istiqaməti üzrə 83, stomatologiya istiqaməti üzrə 66, tibbi profilaktika istiqaməti üzrə 80 bal olmuşdur.

2018/2019-cu tədris ili üçün rezidenturaya qəbul imtahanlarına hazırlıqla bağlı DİM-də sistemli şəkildə elmi-metodik və təşkilati işlər aparılır. Artıq qəbul imtahanlarının məzmununa dair zəruri elmi-metodik materiallar – baza və ixtisas fənləri üzrə qəbul proqramları, ixtisas seçimi cədvəli, tövsiyələr və s. yenidən işlənib hazırlanmış, eləcə də test bankına yeni test tapşırıqları daxil edilmişdir. DİM rezidenturaya qəbul imtahanlarının məzmunu ilə yanaşı, qiymətləndirmə mexanizminin də təkmilləşdirilməsinə xüsusi diqqət yetirir. Qabaqcıl ölkələrin bu sahədəki təcrübəsi öyrənilir, nüfuzlu beynəlxalq təşkilatlarla əməkdaşlıq edilir, qəbul imtahanlarının nəticələrinin elmi-statistik təhlili aparılır, qarşıya çıxan problemlərin həlli üçün tədbirlər görülür. Namizədlərin imtahanlara müstəqil və daha səmərəli hazırlaşmalarına kömək üçün müxtəlif fənlər üzrə vəsaitlərin və test toplularının tərtibi və nəşri istiqamətində işlər davam etdirilir.

Xatırladırıq ki, 2013-cü ildən etibarən rezidenturaya qəbul imtahanlarında bütün istiqamətlər üzrə açıq formalı test tapşırıqlarından istifadə olunur. Açıq formalı test tapşırıqlarının həlli üçün daha dərin nəzəri bilik və həmin bilikləri tətbiq etmək bacarığı tələb olunur. Qeyd etmək lazımdır ki, açıq formalı test tapşırıqları namizədlərin bilik və bacarıqlarının hərtərəfli üzə çıxarılmasına, onların əldə etdikləri bilikləri praktikada tətbiq etməsinə və qiymətləndirmədə yüksək hazırlıqlı namizədlərin fərqləndirilməsinə imkan verir. Ayrı-ayrı illərdə imtahanların nəticələrinin statistik təhlilləri göstərmişdir ki, son illərdə açıq formalı test tapşırıqlarına doğru cavab verən namizədlərin sayında artım müşahidə olunur.

"Rezidentura” jurnalının bu sayında rezidenturaya qəbul qaydaları, ixtisas seçimi cədvəli, baza fənləri üzrə qəbul proqramları, 2017-ci ildə keçirilmiş qəbul imtahanında baza fənləri üzrə istifadə olunmuş bəzi test tapşırıqlarının izahı və tövsiyələr, eləcə də test tapşırığı nümunələri dərc edilmişdir.

Rezidenturaya qəbul elanı, ərizə verən namizəd üçün təlimat, elektron ərizənin doldurulma qaydası, ixtisas fənləri üzrə qəbul proqramları, 2017-ci ildə keçirilmiş qəbul imtahanında ixtisas fənləri üzrə istifadə olunmuş bəzi test tapşırıqlarının izahı və tövsiyələr, eləcə də test tapşırığı nümunələri jurnalın növbəti sayında dərc olunacaq.

İnanırıq ki, jurnalımızın bu sayında təqdim edilən materiallar namizədlərin rezidenturaya qəbul imtahanlarına daha səmərəli hazırlaşmasına kömək edəcəkdir.

Whatsapp'ta Paylaş

loading...

Həmçinin oxuyun:
Rezidenturaya qəbul olmaq istəyənlər üçün sınaq imtahanı (təkrar) keçiriləcək

Rezidenturaya qəbul olmaq istəyənlər üçün sınaq imtahanı (təkrar) keçiriləcək

“Dövlət qulluğu” jurnalının 3-cü nömrəsi nəşr olunub

“Dövlət qulluğu” jurnalının 3-cü nömrəsi nəşr olunub

“Magistr” jurnalının 1-ci nömrəsi nəşr olunub

“Magistr” jurnalının 1-ci nömrəsi nəşr olunub

Magistr imtahanlarında hansı yeniliklər olacaq? - Məleykə Abbaszadə AÇIQLADI

Magistr imtahanlarında hansı yeniliklər olacaq? - Məleykə Abbaszadə AÇIQLADI

DİM buraxılış, qəbul və sınaq imtahanlarının tarixlərini ELAN ETDİ

DİM buraxılış, qəbul və sınaq imtahanlarının tarixlərini ELAN ETDİ

Rezidenturaya qəbul olmaq istəyənlər üçün sınaq imtahanı keçiriləcək

Buraxılış və qəbul imtahanlarının proqramları “Abituriyent” jurnalının birinci nömrəsində yer alacaq

Buraxılış və qəbul imtahanlarının proqramları “Abituriyent” jurnalının birinci nömrəsində yer alacaq

İmtahanlara hazırlaşanlara yeni XƏBƏR: qəbul proqramları təsdiqləndi

İmtahanlara hazırlaşanlara yeni XƏBƏR: qəbul proqramları təsdiqləndi

Qəbul imtahanında yeniliklər- AÇIQLANDI

Qəbul imtahanında yeniliklər- AÇIQLANDI

Qəbul və buraxılış imtahanları belə olacaq - Şərtlər açıqlandı

Qəbul və buraxılış imtahanları belə olacaq - Şərtlər açıqlandı

Rezidenturaya qəbul imtahanlarında iştirak edən, müsabiqə  şərtini ödəyən namizədlərin nəzərinə!

Rezidenturaya qəbul imtahanlarında iştirak edən, müsabiqə şərtini ödəyən namizədlərin nəzərinə!

Rezidenturaya ixtisas seçimi edənlərin nəzərinə!

Rezidenturaya ixtisas seçimi edənlərin nəzərinə!

Rezidenturanın ümumi imtahanlarında ən yüksək bal 171 bal oldu/II mərhələnin cavabları açıqlandı

Rezidenturanın ümumi imtahanlarında ən yüksək bal 171 bal oldu/II mərhələnin cavabları açıqlandı

Bu gün rezidenturaya qəbul imtahanının II mərhələsi keçirilir

Bu gün rezidenturaya qəbul imtahanının II mərhələsi keçirilir

İyulun 5-i rezidenturaya qəbul imtahanının II mərhələsi keçirilir

İyulun 5-i rezidenturaya qəbul imtahanının II mərhələsi keçirilir

Magistratura və rezidenturaya qəbul imtahanının II mərhələsində iştirak edəcək namizədlərin sayı açıqlanıb

Magistratura və rezidenturaya qəbul imtahanının II mərhələsində iştirak edəcək namizədlərin sayı açıqlanıb

Magistraturaya qəbul olmaq istəyənlərə qəbul proqramları təqdim olunub

Magistraturaya qəbul olmaq istəyənlərə qəbul proqramları təqdim olunub

Rezidenturaya qəbul imtahanında 664 namizəd 2-ci mərhələyə keçib

Rezidenturaya qəbul imtahanında 664 namizəd 2-ci mərhələyə keçib

Rezidenturaya qəbul imtahanında iştirak edəcək namizədlərə

Rezidenturaya qəbul imtahanında iştirak edəcək namizədlərə "Buraxılış vərəqəsi"nin verilməsinə başlanıb

Bu il magistraturaya sənəd verənlərin sayı ötən ilə nisbətən xeyli azalıb

Bu il magistraturaya sənəd verənlərin sayı ötən ilə nisbətən xeyli azalıb

Magistratura və rezidenturaya sənəd verənlərin sayı açıqlandı

Magistratura və rezidenturaya sənəd verənlərin sayı açıqlandı

DİM rezidenturaya sənəd verənlərə müraciət edib

DİM rezidenturaya sənəd verənlərə müraciət edib

"Abituriyent" jurnalının 1-ci sayı nəşr olunub