Təmayülləşmə 720 məktəbi əhatə edib
"Bu il təmayülləşmənin əhatə dairəsi genişlənərək 720 məktəbi və 10-cu sinifdə təhsil alan şagirdlərin 35 faizini əhatə edib”.
Məlumata görə, bunu prezident İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2017-ci ilin doqquz ayının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasında təhsil naziri Mikayıl Cabbarov məruzəsində bildirib.
Nazir qeyd edib ki, şagirdlərə seçdikləri ixtisas istiqamətləri üzrə daha yüksək kompetensiyalara yiyələnmək imkanı yaratmaq məqsədi ilə bir neçə il bundan əvvəl tam orta təhsil səviyyəsində başlanmış təmayülləşmənin əhatə dairəsi əhəmiyyətli şəkildə genişlənərək 720 məktəbi və 10-cu sinifdə təhsil alan şagirdlərin 35 faizini əhatə edib.
Son illərdə ümumi təhsil müəssisələrində buraxılış imtahanlarının keyfiyyət göstəricilərində sabit müsbət dinamikanın davam etdiyini bildirən nazir qeyd edib ki, cari ildə yeni təhsil proqramlarının tətbiq edildiyi IX siniflərdə buraxılış imtahanı yeni qaydada təşkil edilib:
"2 ildən sonra həmin şagirdlərin ilk buraxılışı olacaq və bununla əlaqədar Dövlət İmtahan Mərkəzi ilə birlikdə imtahanların təşkili üzrə yeni mexanizmlər müəyyənləşdirilib. Əgər əvvəllər təhsilalanların nəzəri bilikləri qiymətləndirilirdisə, yeni sistemə əsasən biliklərin tətbiqi üzrə bacarıqlar qiymətləndiriləcək”.
Mikayıl Cabbarov əlavə edib ki, yeni mexanizmə əsasən, məzunun ali məktəbə qəbul üçün topladığı ümumi bal buraxılış və qəbul imtahanlarındakı nəticələrə əsasən müəyyənləşəcək, məktəb təhsilinin rolu əhəmiyyətli şəkildə artacaq, buraxılış imtahanının nəticəsi ali məktəbə qəbula birbaşa təsir göstərəcək.
İlin sonunadək istifadəyə veriləcək modul tipli məktəblərin sayı 100-ü ötəcək
Təhsil naziri Mikayıl Cabbarov Prezident İlham Əliyevin keçirdiyi iclasda vacib məqamlara toxunaraq məruzə edib
500-dən çox bal toplamış 1359 nəfər müəllimlik ixtisasını seçib
"2020-ci ilədək məktəbəqədər təhsilin əhatə dairəsini 90%-ə çatdırmaq niyyətindəyik"
Daha iki şəhərdə “ASAN peşə” təhsil mərkəzləri yaradılır
“Qəbul imtahanlarında 700 ballıq sistem saxlanılacaq” - YENİLİKLƏR
"IX və XI sinif buraxılış imtahanlarından "əla" alan şagirdlərin sayında son illərə nisbətən artım var"
Qəbul imtahanlarında hansı ixtisaslara dəyişiklik olacaq? - Məleykə Abbaszadədən AÇIQLAMA
Bakıda tələbələr üçün yataqxana kompleksi tikilir
Buraxılış və qəbul imtahanları ilə bağlı yeniliklər açıqlandı
“5” alan şagirdlərin sayı artıb
Qəbul imtahanlarında köklü dəyişiklik ediləcək - 3 fəndən imtahan veriləcək - VİDEO
Mikayıl Cabbarov buraxılış və qəbul imtahanlarında edilən dəyişikliklərə münasibət bildirdi
Təhsil naziri Mikayıl Cabbarov yeni əmr imzaladı!!
Müəllimlərin 95 faizinin diaqnostikası həyata keçirilib - Mikayıl Cabbarov
Buraxılış və qəbul imtahanları ilə bağlı yeni model açıqlanıb
Nazir müavini: “İki ildən sonra buraxılış imtahanı sistemində dəyişikliklər olacaq”
Qəbul və buraxılış imtahanları belə olacaq - Şərtlər açıqlandı
Universitetlərə qəbulda MÜHÜM YENİLİK - fənlərin sayı 3-ə endirildi, buraxılış imtahanı isə...
Məzunların attestatına qiymətlər hansı qaydada yazılacaq? - DİM-dən AÇIQLAMA
Qəbul imtahanları hansı fənlərdən olacaq? - BÜTÜN YENİLİKLƏR AÇIQLANDI
Nazirdən yeni ƏMR - 5 şəhər və 41 rayonunun 124 məktəbində təhsil təmayüllər üzrə təşkil olunacaq.
Nazir: Ali məktəblər vəsaitlərinin 80 faizini əmək haqlarının ödənilməsinə sərf edirlər
Yeni qəbul imtahanı MODELİ: İlkin mərhələdə bir çoxları ciddi yanaşmayacaq