Xəbərlər, Digər Xəbərlər
23 sentyabr 2017
1757

Bakıda şagird sıxlığından əziyyət çəkən məktəblər var - SİYAHI


Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi bəyən və paylaş


 

"2017-2018-ci tədris ilində Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyindəki ümumi təhsil müəssisələrinə 46000-dən çox uşağın qəbulu proqnozlaşdırılırdı. Hazırda idarənin tabeliyindəki ümumi təhsil müəssisələrinin I sinfində 46552 şagird təhsil alır”.

Bu barədə Modern.az-ın məktəblərdəki şagird sayı ilə bağlı sorğusuna cavab olaraq Bakı Şəhəri Təhsil İdarəsindən (BŞTİ) məlumat verilib. İdarədən bildirilib ki, Bakı şəhərinin bəzi orta məktəblərində siniflərdə uşaqların sıxlığı müvafiq normadan artıqdır.

"Bu da paytaxtın bir sıra ərazilərində müşahidə olunan əhali artımı ilə bağlıdır. Ümumilikdə, Bakı şəhərində bütün siniflər üzrə ən çox sıxlıq 182, 179, 274, 149, 218, 255, 313, 322 nömrəli tam orta məktəblərdədir. Məktəblərlə bağlı şagird sıxlığı Bakının mərkəzindən çox, Bakıətrafı qəsəbələrdə daha artıq özünü göstərir. Qeyd edək ki, şagird sıxlığı əsasən Binəqədi, Sabunçu və Xəzər rayonlarında yeni salınmış yaşayış ərazilərində yerləşən məktəblərdə müşahidə olunur”. 

Bakı Şəhəri Təhsil İdarəsindən bildirilib ki, son illərdə paytaxtda yeni məktəblər və əlavə tədris korpusları da inşa olunub.

"Bütün bunlar əhalinin demoqrafik vəziyyətindəki müsbət dinamika səbəbindən yaranan şagird sıxlığının aradan qaldırılmasına zəmin yaradır. Eləcə də birinci sinfə şagird qəbulunun elektron qaydada aparılması süni şagird sıxlığının tənzimlənməsinə imkan verir”.
 
BŞTİ görülən tədbirlər sayəsində qarşıdakı illərdə bu məsələlərin yaxşılığa doğru dəyişəcəyinə ümid edir.


"2017-2018-ci dərs ilinə hazırlıq çərçivəsində Bakı şəhəri üzrə bir sıra ümumi təhsil müəssisələrinin tikintisi və təmiri aparılıb. Paytaxtdakı 20 nömrəli məktəb-liseyin yeni binası inşa olub, 306 nömrəli tam orta məktəb üçün isə yeni binanın tikintisi davam etdirilir. 10, 74, 162, 201, 212 nömrəli tam orta məktəblər, 62 nömrəli məktəb-lisey və 268 nömrəli xüsusi təhsil müəssisəsi əsaslı təmir edilib. 171 nömrəli tam orta məktəbin qəzalı vəziyyətdə olan korpuslarında yenidənqurma işləri davam edir. 257, 67, 75 nömrəli tam orta məktəblər üçün yeni korpus tikintisi başa çatdırılıb. Daha 84 məktəbdə cari təmir və mühəndis kommunikasiya işləri görülüb. Hazırda 10 məktəbdə təmir işləri davam etməkdədir.
Paytaxtdakı 10, 20, 62, 74, 162, 201, 212, 239, 257 nömrəli tam orta məktəblərin və 268 nömrəli xüsusi təhsil müəssisəsinin təntənəli açılış mərasimləri keçirilib”.


Paytaxtda ən çox şagird sayı 149, 218 nömrəli tam orta məktəblərdə və Məktəb-Lisey kompleksindədir.






Whatsapp'ta Paylaş

Загрузка...
loading...

Həmçinin oxuyun:
Qəbələ və Oğuzda yeni tikilən modul tipli məktəblər istifadəyə verilib

Qəbələ və Oğuzda yeni tikilən modul tipli məktəblər istifadəyə verilib

Bakıda birinci sinfə şagird qəbulunun vaxtı uzadılıb

Bakıda birinci sinfə şagird qəbulunun vaxtı uzadılıb

Bakıdakı məktəblərdə təhsil alacaq şagirdlərin sayı açıqlandı

Bakıdakı məktəblərdə təhsil alacaq şagirdlərin sayı açıqlandı

Bakı məktəblərinin 15 faizində şagird sıxlığı müşahidə edilir

Bakı məktəblərinin 15 faizində şagird sıxlığı müşahidə edilir

"Bakı məktəbləri dərsliklə tam təmin edilib" - Təhsil İdarəsi

Bu il Azərbaycanda 71 yeni məktəb inşa edilib

Bu il Azərbaycanda 71 yeni məktəb inşa edilib

Təhsil naziri Mikayıl Cabbarovdan yeni əmr!

Təhsil naziri Mikayıl Cabbarovdan yeni əmr!

Prezident Bakıda 257 nömrəli məktəbin yeni korpusunun açılışında iştirak edib - YENİLƏNİB

Prezident Bakıda 257 nömrəli məktəbin yeni korpusunun açılışında iştirak edib - YENİLƏNİB

Bakıda birinci sinfə gedəcək uşaqlarla bağlı yeni statistika açıqlanıb

Bakıda birinci sinfə gedəcək uşaqlarla bağlı yeni statistika açıqlanıb

Səbail rayonunun məktəblərində təmir işləri aparılır

Səbail rayonunun məktəblərində təmir işləri aparılır

Təhsil İdarəsi: Paytaxt məktəblərinin 5 məzunu qəbul imtahanında 700 bal toplayıb

Təhsil İdarəsi: Paytaxt məktəblərinin 5 məzunu qəbul imtahanında 700 bal toplayıb

Bakıda fəaliyyət göstərəcək məktəbəhazırlıq qruplarının sayı açıqlanıb

Bakıda fəaliyyət göstərəcək məktəbəhazırlıq qruplarının sayı açıqlanıb

Xüsusi istedada malik uşaqların I sinfə qəbulu üzrə müsabiqə başa çatıb

Xüsusi istedada malik uşaqların I sinfə qəbulu üzrə müsabiqə başa çatıb

Bu il Bakıda I sinfə 46 000-ə yaxın uşağın qəbul olunacağı proqnozlaşdırılır

Bu il Bakıda I sinfə 46 000-ə yaxın uşağın qəbul olunacağı proqnozlaşdırılır

Bakıda I sinfə şagird qəbulunun II mərhələsi başlayıb

Bakıda I sinfə şagird qəbulunun II mərhələsi başlayıb

Bugün orta ümumtəhsil məktəblərində son zəng qeyd olunur

Bugün orta ümumtəhsil məktəblərində son zəng qeyd olunur

Təhsil İdarəsi

Təhsil İdarəsi "Son zəng" haqqında məlumat yaydı

Bakıda əsaslı təmir olunan məktəblərin siyahısı açıqlanıb

Bakıda əsaslı təmir olunan məktəblərin siyahısı açıqlanıb

Məhəbbət Vəliyeva:

Məhəbbət Vəliyeva: "Sentyabrdan 20 nömrəli məktəbin köçürülməsinə başlanacaq"

Lisey və gimnaziyalara 3359 sorğu yerləşdirilib

Lisey və gimnaziyalara 3359 sorğu yerləşdirilib

Bakıda 17 121 şagird üçün “Son zəng” çalınacaq

Bakıda 17 121 şagird üçün “Son zəng” çalınacaq

Birinci sinfə qəbul üzrə 37 minə yaxın sorğu yerləşdirilib

Birinci sinfə qəbul üzrə 37 minə yaxın sorğu yerləşdirilib

Sabahdan Bakı məktəblərində I sinfə şagird qəbulu başlanır

Sabahdan Bakı məktəblərində I sinfə şagird qəbulu başlanır

Tədrisin təmayüllər üzrə  təşkil olunacağı Məktəblər məlum oldu - Sİyahı

Tədrisin təmayüllər üzrə təşkil olunacağı Məktəblər məlum oldu - Sİyahı