Dərs ilinin ilk günü ağlayan birincilər - Məktəbdə onlarla necə davranmaq lazımdır?


Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi bəyən və paylaş

 

Yeni dərs ilinin başlamasına artıq bir neçə gün qalıb. Hər il olduğu kimi bu ildə də məktəbə ilk dəfə qədəm qoyan 1-cilər var.

15 sentyabrın bəzi fidanlar üçün maraqlı olmasına rəğmən, ilk dəfə parta arxasında əyləşənlər arasında qorxu yaşayan, ətrafında nə baş verdiyini anlamayan, hətta göz yaşları tökən 1-cilər var.

Bu hal hər birimizə tanış olsa da, dərs ilinin ilk günlərində uşaqlarla davranmaq qaydası və onların psixoloji durumuna nəzarət etmək vacib şərtlərdən biridir. Çünki valideyninə bağlı olan və hələ də körpəlik dövrünü başa vurmayan şagirdlər var. Buna görə ilk dərs günündə övladı ilə eyni parta arxasında əyləşən valideynlərin olduğunu görürük.

Maraqlıdır, təhsil sahəsində tanınan mütəxəssislər bu durumu necə dəyərləndirirlər? Onlar valideynlərin dərsdə iştirakını məqbul hesab edirlərmi?

Əməkdar müəllim Almaz Həsrətin sözlərinə görə, artıq 2 ilə yaxındır ki, Azərbaycan Respublikasında Təhsil Nazirliyi tərəfindən məktəbəqədər hazırlıq qrupları təşkil olunub.

Bu hazırlıqlarla 1-ci sinfə qədəm qoyan uşaqlar məktəb həyatının ilkin günlərini yaşamış olurlar: "Ona görə də balaca fidanlarımız artıq qorxu içində olmayacaqlar. Yəni onlarda artıq nədənsə çəkinmək, kollektivdən uzaq durmaq kimi hallar baş verməyəcək. Çünki onlar məktəbəqədər hazırlıq qruplarında qorxu hisslərini itiriblər. Mən əminliklə deyə bilərəm ki, bu il 1-ci siniflər böyük məmnuniyyət və sevinclə məktəbə gələcəklər. Hansı uşaq ki, məktəbəqədər hazırlıq görməyib, müəyyən sosial və ailə problemlərilə əlaqədar hazırlıqda iştirak etməyib, məhz o uşaqlarda kiçik sarsıntılar ola bilər. Amma ümumiyyətlə bu sarsıntılar ildən-ilə azalır. Çünki uşaqlarımız bağça təhsili alırlar. Belə fidanlarımız birinci sinfə tam hazırlıqlı gəlirlər. Bu zaman hansısa qorxu hissinin olub-olmayacağı haqqında düşünməyə dəyməz.

İlk dəfə məktəbə gələn şagirdlərimizi və onların valideynlərini, həmçinin ibtidai sinif müəllimlərini təbrik edir, onlara yeni-yeni uğurlar azrulayıram”.

Tədris prosesi zamanı şagirdləri düzgün istiqamətləndirmək üçün onların psixoloji durumlarının vacib olduğunu bildirən təhsil üzrə ekspert Kamran Əsədov isə deyib ki, ilk günlərdən etibarən 1-cilərə nələrisə öyrətmək, onları ciddi rejimə salmaq olduqca yanlış addımdır. İmkan daxilində çalışmaq lazımdır ki, azyaşlı şagirdlər orta məktəbə öyrəşsinlər və özlərini sərbəst apara bilsinlər:

"Əvvəla, yeni tədris ili münasibəti ilə bütün müəllimləri, şagirdləri və valideynləri təbrik edirəm və onlara uğurlar arzu edirəm. Təhsil elə bir sahədir ki, bura qədəm qoyduqdan sonra insanın bütün həyatı istər-istəməz dəyişir. Bu il 164 mindən çox 6-7 yaşlı övladlarımız 1-ci sinfə qədəm qoyacaqlar. Təəssüf ki, onları qarşılayan 4500-dən çox orta ümumtəhsil məktəbində çalışan 151 minə yaxın müəllimimiz tam şəkildə pedaqoji fəaliyyətə hazır deyil. Müəllimlərin sayının bu qədər çox olmasına baxmayaraq şagirdləri yüksək səviyyədə qarşılamaq imkanına malik deyillər. Burda hansı qarşılamadan söhbət gedir? Fizioloji və ideoloji, mənəvi və fiziki baxımdan şagirdlərlə ünsiyyətimiz aşağı səviyyədədir. Məhz bunun nəticəsidir ki, 1-ci sinfə qədəm qoyan məktəblilərimiz elə ilk gündən etibarən ciddi problemlər yaşayırlar. Bu problemin aradan qaldırılması üçün ilk növbədə valideynlərin üzərinə ciddi yük düşür. Məsələn, gələn il övladları 1-ci sinfə gedəcək müəllimlər 1-2 il əvvəldən hazırlaşmalıdırlar ki, tədris prosesi başlayanda sıxıntılar yaşamasınlar. Yaxşı olardı ki, valideynlər övladlarını məktəblərin nəzdində fəaliyyət göstərən məktəbəqədər qruplara yazdırsınlar. Bu zaman uşaqlar 1-ci sinfə başlayanda məktəbə öyrəşəcək və parta arxasında problemlər yaşamayacaqlar.

Mənim təcrübəmdə dəfələrlə olub ki, müəllimlərimiz valideynlərin dərsdə oturması ilə bağlı müraciət ediblər. Burda problemlər var. Əvvəlcə onu deyim ki, bir çox hallarda mən valideynlərin partada oturmağına icazə vermirəm. Ümumiyyətlə, onların sinfə daxil olmağına müsbət baxmıram. Çünki bəzi şagirdlərimiz var ki, onlar valideynlərdən və valideyn himayəsindən məhrumdurlar. Və bir çox valideynlər övladlarına qarşı xoş rəftar edəndə və onlara sevgisini göstərəndə digər şagirdlərə psixoloji təsir göstərir. Biz bir uşağı məktəbə öyrəşdirmək üçün mübarizə apardığımız halda, valideyndən məhrum olan şagirdləri təhsildən uzaqlaşdırmış oluruq. Bütün hallarda bu prosesin aradan qaldırılması, şagirdlərin məktəbə öyrəşməsi ilə bağlı dünya təcrübəsi var. Bu təcrübələri tətbiq etmək lazımdır”.

K.Əsədovun sözlərinə görə, tədris ilinin ilk 10-15 günü şagirdləri ümumi hala öyrəşdirmək, məsələn, oyunlar, ciddi olmayan dərs rejimi tətbiq etmək lazımdır: "Xoşagəlməz hal ondan ibarətdir ki, şagirdlərimiz 1-ci sinfə başlayanda müəllimlər birbaşa dərs keçməyə və onlara nəsə öyrətməyə çalışırlar. İlk günlərdən etibarən onlara əlifbanı, saymağı, şeiri öyrətmək lazım deyil. İcazə vermək lazımdır ki, uşaqlar məktəbə isnişsinlər. Yalnız bundan sonra tədris prosesinə başlamaq lazımdır. Amma təəssüf ki, bizdə ilk gündən etibarən məcburi şəkildə uşaqlara bilik və bacarıqlar öyrədilir. Bu zaman şagirdlər artıq ciddi rejimə öyrəşmədikləri üçün məktəbdə qalmaq istəmirlər. Bu isə həm valideynlər, həm də müəllimlər üçün problemlər yaradır. Düşünürəm ki, bu problemi aradan qaldırmaq üçün ən azından sentyabr ayının sonuna qədər şagirdlərə qaçmağa, oynamağa, dəcəllik etməyə və özlərini sərbəst aparmağa şərait yaratmaq lazımdır. Çünki onlar hələ uşaqlıq dövrlərindən ayrılmayıblar”.

Fərqanə Mehmanqızı psixoloq:

– Adətən bağçaya getməyən uşaqlarda bu kimi problemlər cox olur. Valideyinlərindən həddindən artıq aslı olan uşaq məktəbin ilk əsas qanunları ilə rastlaşır və panikaya duşür. Bu onun məktəbdən ilk gündən nifrət etməsinə səbəb ola bilir. Özgüvənsiz uşaqların problemləri daha da ağırlaşıb zədə almaması uçün onlarla adətən səbr və ehtiyatla davranmaq lazımdır. Belə uşaqların üstünə hirislənmək, qeyri-etik heç nə demək olmaz.

Hər bir valideyin əvvəlcədən uşağının reaksiyasını bilir. Yaxşı olardı ki, övladının məktəbdə hansı reaksiya verəcəyini qabaqcadan gözləyən ana, ata övladını mütəxəssis yanına aparıb, psixoloqun köməyi ilə bu problemi kökündən rahat, gərginlik yaratmadan həll edə. Bu gün belə uşaqlarla işləyirik və görürük uşaqlar necə həssasdırlar. Bəzi tədbirləri qabaqcadan önləmək gərəkir.



Aztest.info







Reklam yeri:

loading...

xtehsil





Həmçinin oxuyun:

Uşağınızı məktəbə belə hazırlayın – PSİXOLOQ YOLLARI GÖSTƏRİR

Uşağınızı məktəbə belə hazırlayın – PSİXOLOQ YOLLARI GÖSTƏRİR

Belə yanaşma abituriyentlərin stress altına girməsinə səbəb olur..Abituriyentlərə qəbul imtahanı ilə məsləhətlər

Belə yanaşma abituriyentlərin stress altına girməsinə səbəb olur..Abituriyentlərə qəbul imtahanı ilə məsləhətlər

"2 növbəli məktəblərdə nəinki bu gün, gələcəkdə də məktəbə hazırlıq təlimlərini təşkil etmək mümkün olmayacaq"

"Düşünürəm ki, istədiyi məktəbə qəbul olma imkanı olmayan uşaqlar da ərazidəki digər məktəblərə yerləşdiriləcək”

Növbəti tədris ilində məktəbə hazırlığa cəlb ediləcək 5 yaşlı uşaqların sayı 65 faizə çatdırılacaq

Növbəti tədris ilində məktəbə hazırlığa cəlb ediləcək 5 yaşlı uşaqların sayı 65 faizə çatdırılacaq

"Guya, dərslər sentyabrın 1-də başlayıb, mayın 31-də bitsə nə olacaq ki?"-ekspertlərin rəyi

"Bəzən, olur ki, işıq söndüyü üçün məktəbdə zəngi özümüz əllə vurmalı olmuşuq"

Hazırlıq kurslarına İTTİHAM: “Müəllimləri qeyri-peşəkardırlar”

Hazırlıq kurslarına İTTİHAM: “Müəllimləri qeyri-peşəkardırlar”

Valideynləri maraqlandıran əksər suallara cavab-MÜSAHİBƏ

Valideynləri maraqlandıran əksər suallara cavab-MÜSAHİBƏ

"Hər bir məktəblinin şəxsi gigiyenası ailəsindən və özündən asılıdır”

"Bəzi lisey və gimnaziyaların birinci sinfə qəbul zamanı imtahan keçirmələri düzgün deyil"

Azyaşlı uşaqların təhsildən yayınmasına səbəb nədir?

Azyaşlı uşaqların təhsildən yayınmasına səbəb nədir?

"Müstəqllikdən sonra təəssüf ki, ölkədə məktəbəqədər təhsil müəssisələrinin sayı azalıb"

Təhsil Nazirliyi: İbtidai siniflərdə ev tapşırığı verilməməlidir, 1-ci sinfə isə...

Təhsil Nazirliyi: İbtidai siniflərdə ev tapşırığı verilməməlidir, 1-ci sinfə isə...

MÜƏLLİMLƏR ÜÇÜN ÖDƏNİŞSİZ TƏLİM :Nitq qüsürü olun uşaqlarla bağlı..

MÜƏLLİMLƏR ÜÇÜN ÖDƏNİŞSİZ TƏLİM :Nitq qüsürü olun uşaqlarla bağlı..

Şagirdin məktəbə hazırlığı qarşısında irəli sürülən tələblər

Şagirdin məktəbə hazırlığı qarşısında irəli sürülən tələblər

Tərbiyədə ailə  yoxsa məktəb? - Mehriban  Məmmədova

Tərbiyədə ailə yoxsa məktəb? - Mehriban Məmmədova

Hər bir valideyn övladını yaxşı tanımalı və fərdi xüsusiyyətlərini əsas götürməlidir..-Elşən Ramizoğlu

Hər bir valideyn övladını yaxşı tanımalı və fərdi xüsusiyyətlərini əsas götürməlidir..-Elşən Ramizoğlu

Məhəbbət Vəliyeva:

Məhəbbət Vəliyeva: "Təhsildə yüksək keyfiyyətə mane olan amilləri aşağı siniflərdə axtarmaq lazımdır"

Müəllim-valideyn münasibətləri necə tənzimlənməlidir?

Müəllim-valideyn münasibətləri necə tənzimlənməlidir?

Bütün uşaqlar əlaçı olmalıdır? - XEYR– Araşdırma

Bütün uşaqlar əlaçı olmalıdır? - XEYR– Araşdırma

Müəllim və psixoloqların  şagirdlərin həyata baxışlarının formalaşmasında rolu

Müəllim və psixoloqların şagirdlərin həyata baxışlarının formalaşmasında rolu

Şagirdlərimiz nə fikirləşir?! - Pedaqoji təcrübə

Şagirdlərimiz nə fikirləşir?! - Pedaqoji təcrübə

Kiçik məktəblilərin psixoloji xüsusiyyətləri

Kiçik məktəblilərin psixoloji xüsusiyyətləri