Bakı Humanitar Kolleci müəllimləri diaqnostik qiymətləndirmədən keçirmək üçün nazirliyə müraciət edəcək » Aztehsil.com

Xəbərlər
31 may 2017
2055

Bakı Humanitar Kolleci müəllimləri diaqnostik qiymətləndirmədən keçirmək üçün nazirliyə müraciət edəcək


Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi bəyən və paylaş

Bakı Humanitar Kolleci müəllimləri diaqnostik qiymətləndirmədən keçirmək üçün nazirliyə müraciət edəcək

 

Bakı Humanitar Kollecinin (BHM) rəhbərliyi təhsil müəsisəsində müəllimlərin narazılığına münasibət bildirib.
 
Aztehsil.com-un məlumatına görə, Kollecin tədris hissə müdiri Əsəd İbrahimov APA-ya açıqlamasında bildirib ki, müəllimlərin diaqnostik qiymətləndirmədən keçirilməsi nəzərdə tutulub və bununla bağlı Təhsil Nazirliyinə şifahi məlumat verilsə də, rəsmi məktub hələ göndərilməyib: "Bu gün təhsil müəssisəsində 260 müəllim fəaliyyət göstərir. Hələ heç bir müəllim işdən çıxarılmayıb və bu gün də çıxarılmır. Təhsil Nazirliyi hansı qərarı versə, nə məsələhət görsə, ona da əməl ediləcək. Rəsmi müraciətimizə müsbət cavab verilsə, müəllimlər imtahandan keçiriləcək, mənfi cavab olarsa, keçirilməyəcək”.
 
Ə. İbrahimov qeyd edib ki, müəllimlərin diaqnostik monitorinq imtahanının keçirilməsi hər bir təhsil müəssisənin səlahiyyətidir. Onun sözlərinə görə, diaqnostik qiymətləndirmə keçirməkdə məqsəd müəllimlərin hansı biliyə malik olduğunu, pedaqogikanı, ixtisası, İKT-ni nə dərəcədə bildiklərini öyrənməkdir. Tədris hissə müdiri deyib ki, bu qiymətləndirmənin aparılması həm də gələcəkdə onları kurslara cəlb etmək məqsədi daşıyır: "Tədris müəsisəsində qəbul kəskin azaldığına görə dərs yükü çox aşağı düşüb. Ona görə də, yəqin ki, kimlərinsə dərs yükü azalacaq. Dərslər kəskin azaldıqda hamını yarımştat saxlamaq mümkün olmur. Ötən il Bakı Sosial Pedaqoji Kolleci Bakı Humanitar Kollecinə birləşdirilib. Əgər onların hər birinə 400 qəbul verilirdisə, ötən il ümumi qəbul planı 442 olub. Haradasa, 350 azalma qeydə alınıb. Qəbul planı az olduğu halda, dərs olmadıqdan sonra müəllimə nə veriləcək? Ümid edək ki, bu il kollecə qəbul yaxşı olar və müəllimlərin yeri ilə bağlı problem yaranmaz. Təbii ki, müəllimlər də bu məsələdən narahat olub. Onları da başa düşürəm, haqq qazandırıram”.
 
Ə.İbrahimovun sözlərinə görə, bəzi mətbuat orqanlarının yazdığı kimi, bu gün kollecdə müəllimlərin hansısa etiraz aksiyası keçirilməyib. Sadəcə, bu gün təhsil müəssisəsində pedaqoji şuranın iclası keçirilib və buradan çıxan müəllimlər öz aralarında islasda səsləndirilən fikirləri müzakirə ediblər: "Pedaqoji şuranın ötən iclasında müəllimlərə məlumat verilmişdi ki, onların imtahandan keçirilməsi nəzərdə tutulur. Bu gün keçirilən iclasda da bildirilib ki, imtahanların keçirilməsi nazirliyin verəcəyi qərardan, razılıqdan asılı olacaq. Bizdə hansısa hadisələri şişirtməyə meyl var. Müəllimlərin kollecin qarşısında müzakirə aparması mətbuatda etiraz aksiyası kimi təqdim edilib”. 






Whatsapp'ta Paylaş

loading...

Həmçinin oxuyun:
Bütün müəllimlərin maraqlandığı xəbərə rəsmi açıqlama - İxtisarlar gedirmi?

Bütün müəllimlərin maraqlandığı xəbərə rəsmi açıqlama - İxtisarlar gedirmi?

Müəllimlərin biliklərinin diaqnostik qiymətləndirilməsi yekunlaşdıqdan sonra attestasiya keçiriləcək.

Müəllimlərin biliklərinin diaqnostik qiymətləndirilməsi yekunlaşdıqdan sonra attestasiya keçiriləcək.

Tanınmış təhsil ekspertindən Təhsil Nazirliyinə məntiqli sual

Tanınmış təhsil ekspertindən Təhsil Nazirliyinə məntiqli sual

Müəllim işləmək istəyənlər, bu xəbərə DİQQƏT! - 6 min vakant yer var - VİDEO

Müəllim işləmək istəyənlər, bu xəbərə DİQQƏT! - 6 min vakant yer var - VİDEO

Bu müəllimlərin dərs yükü dəyişdi - Nazirlikdən xəbər

Bu müəllimlərin dərs yükü dəyişdi - Nazirlikdən xəbər

Təhsil Nazirliyindən “saxta müəllim”lərə qarşı sərt addım

Təhsil Nazirliyindən “saxta müəllim”lərə qarşı sərt addım

Növbəti tədris ilində müəllimlərin dərs bölgüsü zamanı diaqnostik qiymətləndirmənin nəticələri əsas götürüləcək

Növbəti tədris ilində müəllimlərin dərs bölgüsü zamanı diaqnostik qiymətləndirmənin nəticələri əsas götürüləcək

Diaqnostik Qiymətləndirmədən keçməyən 50 min müəllimlə bağlı xəbər

Diaqnostik Qiymətləndirmədən keçməyən 50 min müəllimlə bağlı xəbər

Müəllimlərin sosial məzuniyyət yeri üzrə dərs yükü vakansiyaya çıxarılmayacaq

Müəllimlərin sosial məzuniyyət yeri üzrə dərs yükü vakansiyaya çıxarılmayacaq

Həmin müəllimlərin dərs yükü norması və əməkhaqqı artırılmaqla maddi rifahı yaxşılaşdırılacaq

Həmin müəllimlərin dərs yükü norması və əməkhaqqı artırılmaqla maddi rifahı yaxşılaşdırılacaq

Diaqnostik imtahanda iştirak edə bilməyən müəllimlər yenidən iştirak edə biləcəkmi?

Diaqnostik imtahanda iştirak edə bilməyən müəllimlər yenidən iştirak edə biləcəkmi?

"Bu hallar aşkarlanan müəllimlər isə işlədiyi təhsil müəssisəsindən dərhal kənarlaşdırılır”

Bu gündən 12 min müəllimin diaqnostik qiymətləndirilməsi başlayır

Bu gündən 12 min müəllimin diaqnostik qiymətləndirilməsi başlayır

Azərbaycanlı müəllimlər etiraz etdi: “350 manat maaş alıramsa, niyə dərs keçim?”

Azərbaycanlı müəllimlər etiraz etdi: “350 manat maaş alıramsa, niyə dərs keçim?”

Təhsil Nazirliyi: Növbəti diaqnostik qiymətləndirmədə 12 min müəllim iştirak edəcək

Təhsil Nazirliyi: Növbəti diaqnostik qiymətləndirmədə 12 min müəllim iştirak edəcək

Sabahdan bəzi rayonlar üzrə müəllimlərin diaqnostik qiymətləndirilməsinə başlanılır

Sabahdan bəzi rayonlar üzrə müəllimlərin diaqnostik qiymətləndirilməsinə başlanılır

Müəllimlərin sertifikasiyası üçün yeni qaydalar olacaq

Müəllimlərin sertifikasiyası üçün yeni qaydalar olacaq

Diaqnostik qiymətləndirmə imtahanının vaxtı bəlli oldu

Diaqnostik qiymətləndirmə imtahanının vaxtı bəlli oldu

Təhsil Nazirliyi diaqnostik qiymətləndirməyə buraxılmayan müəllimlərə müraciət edib

Təhsil Nazirliyi diaqnostik qiymətləndirməyə buraxılmayan müəllimlərə müraciət edib

26 rayonun diaqnostik qiymətləndirmədən keçən müəllimləri oxusun - İnanılmaz imkan

26 rayonun diaqnostik qiymətləndirmədən keçən müəllimləri oxusun - İnanılmaz imkan

Diaqnostik qiymətləndirmə müəllimlərin əmək haqqının ümumi artımına hesablanıb.

Diaqnostik qiymətləndirmə müəllimlərin əmək haqqının ümumi artımına hesablanıb.

Təhsil Nazirliyinin əməkdaşları Diaqnostik Qiymətləndirmədə iştirak edəcək rayonlarda toplantı keçiriblər

Təhsil Nazirliyinin əməkdaşları Diaqnostik Qiymətləndirmədə iştirak edəcək rayonlarda toplantı keçiriblər

Göygöl rayonunda diaqnostik qiymətləndirmə ilə bağlı iclas keçirilib.

Göygöl rayonunda diaqnostik qiymətləndirmə ilə bağlı iclas keçirilib.

Daha 40 000 müəllimin əmək haqqı artırılacaq ...

Daha 40 000 müəllimin əmək haqqı artırılacaq ...