Xəbərlər
08 may 2017
3 957


I və IV ixtisas qrupları üzrə nəticələr AÇIQLANDI: 7 NƏFƏR 700 BAL TOPLADI, YENİLƏNİB

I və IV ixtisas qrupları üzrə nəticələr AÇIQLANDI: 7 NƏFƏR 700 BAL TOPLADI, YENİLƏNİB

 

I və IV ixtisas qrupları üzrə keçirilən imtahanda 7 nəfər maksimum nəticə göstərib. Dövlət İmtahan Mərkəzindən verilən məlumata görə, imtahanda I ixtisas qrupu üzrə 5 abituriyent 700 mal toplayıb. Bu qrup üzrə maksimum nəticə göstərənlər  İsmayıllı rayonu Lahıc qəsəbə orta məktəbi,  Bakı şəhəri 220 saylı məktəb-lisey,  Akademik Z.Əliyeva adına lisey, 162 saylı orta məktəb, Gəncə şəhəri 26 saylı Məktəb-Lisey Kompleksinin məzunları olub.  IV ixtisas qrupu üzrə isə 2 abituriyent - Sumqayıt şəhəri Təbiət elmləri təmayüllü gimnaziya, Bakı şəhəri 287 saylı "Zəkalar" liseyinin məzunları onlara təqdim olunmuş bütün test tapşırıqlarına düzgün cavab verib və 700 bal toplayıb.

 
Dövlət İmtahan Mərkəzi (DİM) mayın 7-də ali təhsil müəssisələrinin I və IV ixtisas qruplarına keçirdiyi qəbul imtahanının nəticələrini mayın 8-i saat 18:35-dən etibarən elan edib. 
 
Aztehsil.com xəbər verir ki, DİM-dən modern.az-a verilən məlumata görə, imtahanda iştirak etmiş abituriyentlər DİM-in internet saytına daxil olaraq imtahan nəticələri ilə tanış ola bilərlər.
Abituriyentlər imtahanın nəticələri haqqında məlumatı, həmçinin mobil operatorlar ("Azercell", "Bakcell", "Nar") vasitəsilə "iş nömrəsi”ni 7727 nömrəsinə göndərməklə öyrənə bilərlər.
 
İmtahanda iştirak etmək üçün sənəd vermiş 30 239 abituriyentdən 706 nəfəri imtahanda iştirak etməyib. İmtahanda iştirak edən abituriyentlərdən 24 nəfəri imtahan qaydalarını pozduqlarına görə imtahandan xaric olunmuş və nəticələri ləğv edilib.






Загрузка...