Məktəb direktorlarının işə qəbulu üzrə vakant yerlər çox olan rayonlar açıqlanıb


Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi bəyən və paylaş

Məktəb direktorlarının işə qəbulu üzrə vakant yerlər çox olan rayonlar açıqlanıb

 

"Ağdam, Cəlilabad, Goranboy rayonlarında məktəb direktorlarının işə qəbulu üzrə müsabiqəyə çıxarılacaq vakant yerlərin sayı daha çoxdur”. Aztehsil.com-un apa-ya istinadən verdiyi xəbərə görə, bunu Təhsil Nazirliyinin İnsan resursları şöbəsinin müdir əvəzi Eşqi Bağırov "Təhsil Tv”-yə müsahibəsində deyib.
 
O qeyd edib ki, rayon-şəhər məktəblərində qadın, kənd məktəblərində isə kişi direktorlar üstünlük təşkil edir.
 
Qeyd edək ki, sabahdan Azərbaycanda ümumi təhsil müəssisələrində direktorların işə qəbulu üzrə elektron ərizə qəbulu başlayır. Elektron ərizələrin qəbulu 1-15 aprel tarixlərində həyata keçiriləcək. Bu mərhələdə namizədlər hazırda işlədiyi müəssisənin yerləşdiyi və ya yaşadığı rayon (şəhər) üzrə 4 vakant məktəb seçə bilərlər. Qeydiyyatdan keçmək istəyən şəxslər  www.miq.edu.az/direktorlar səhifəsinə daxil olmalıdırlar.
 
İmtahan mərhələsində namizədlərdən əmək və təhsil qanunvericiliyi, məktəb idarəçiliyi sahəsində test tapşırıqlarını cavablandırmaqla yanaşı, təqdim olunan konkret mövzu üzrə elektron qaydada esse yazmaq tələb olunur.
 
Təhsil nazirinin əmri ilə ümumi təhsil müəssisələrinə direktor vəzifəsinə işə qəbul üzrə yeni qaydalar təsdiq edilib. Qaydalara əsasən, ümumi təhsil müəssisələrinə direktor vəzifəsinə işə qəbul üzrə müsabiqənin mərkəzləşdirilmiş qaydada 3 mərhələdə (elektron ərizənin qəbulu, imtahan, müsahibə) cari ilin aprel-avqust ayları ərzində keçirilməsi nəzərdə tutulub. Müsabiqədə pedaqoji və ya idarəetmə sahəsi üzrə ali təhsilli, azı 5 il pedaqoji staja malik olan və hazırda ümumi təhsil müəssisələrində pedaqoji sahədə çalışan şəxslər iştirak edə bilərlər.
 
Təhsil Nazirliyi sisteminə daxil olan ümumi təhsil müəssisələrinə direktor vəzifəsinə işə qəbulla bağlı yeni qayda və elektron ərizə qəbulu Təhsil Nazirliyinin birbaşa tabeliyində olan lisey və gimnaziyalara, internat tipli təhsil müəssisələrinə, Bakı şəhərinin ümumi təhsil müəssisələrinə direktorların işə qəbuluna şamil edilmir.



Aztest.info







Reklam yeri:

loading...

xtehsil