Xəbərlər
29 mart 2017
2 899


Aprelin 1-dən abituriyentlər üçün ödənişli elektron sınaq imtahanları keçiriləcək

Aprelin 1-dən abituriyentlər üçün ödənişli elektron sınaq imtahanları keçiriləcək

 

Aprelin 1-dən ali məktəblərə qəbul imtahanlarına hazırlaşan abituriyentlər üçün ödənişli elektron sınaq imtahanları keçiriləcək. Aztehsil.com xəbər verir ki, Dövlət İmtahan Mərkəzindən APA-ya verilən məlumata əsasən, aprelin 9-dək keçiriləcək ödənişli elektron sınaq imtahanına hazırda yazılış davam edir. Bu imtahanlarda yeni test tapşırığı nümunələrindən istifadə olunacaq. Test nümunələri yeni olmaqla yanaşı, imtahan fənləri üzrə qəbul proqramına və imtahan modelinə tam uyğun hazırlanıb.
 
Elektron sınaq imtahanında iştirak abituriyentlərə qəbul imtahanlarına hazırlıq səviyyələrini yoxlamaqla yanaşı, onların testlərlə işləmək vərdişlərinin artmasına da kömək edəcək. Elektron sınaq imtahanı abituriyentlərə imtahandan sonra yenidən test suallarına baxmaq, onları təhlil etmək, öz cavablarını etalon cavablarla müqayisə etmək imkanı da yaradır.
 
Elektron sınaq imtahanında iştirak üçün abituriyentlər Dövlət İmtahan Mərkəzinin imtahan.az saytına daxil olub qeydiyyatdan keçməlidirlər. Abituriyentlər qeydiyyat zamanı seçdikləri tarix və saatda imtahan.az saytına daxil olub imtahan verməlidirlər. Onlar ödəniş (10 manat) etmək qaydaları ilə saytda tanış ola bilərlər. İmtahan müddəti 3 saatdır. Abituriyentlər elektron sınaq imtahanı xidmətindən smart tipli mobil telefon və ya planşet vasitəsilə də istifadə edə bilərlər.






Загрузка...