AzTehsil.com


Xəbərlər
25 dekabr 2021
1 043


Türkiyədə şagird məktəbə gətirdiyi silahla intihar etdi




Türkiyədə Diyarbəkir şəhərinin Bismil rayonunda 16 yaşlı şagird məktəbə gətirdiyi silahla intihar edib.


Hadisə Bismil Fatih Anadolu Liseyində baş verib.


Belə ki, 11-ci sinif şagirdi Reyhan D. dərs vaxtı müəlliminə tualetə gedəcəyini deyərək sinifdən çıxıb. Beş dəqiqə sonra o, koridorda, sinfin qapısı önündə çantasında gəzdirdiyi silahı başına tutaraq özünü öldürüb.


Silah səsinə sinifdən çıxan şagirdlər və müəllim gənc qızı yerdə qan içində tapıblar.


Həkimlərin müdaxiləsinə baxmayaraq, onun həyatını xilas etmək mümkün olmayıb.


Məlum olub ki, gənc rəfiqələrinə özünü öldürəcəyini desə də, dostları bunu ciddi qəbul etməyiblər.


Hadisə ilə bağlı araşdırmalara başlanılıb.


Mənbə: İHA




Загрузка...