AzTehsil.com


Xəbərlər / Şagird
15 iyul 2020
910


"Evdə qal, idmansız qalma" aksiyası keçirilir



"Evdə qal, idmansız qalma" aksiyası keçirilir

 

Paytaxt məktəblilərinin iştirakı ilə onlayn "Evdə qal, idmansız qalma" aksiyası keçirilir. 

"Məktəblinin dostu" layihəsi çərçivəsində keçirilən aksiya layihənin əhatə etdiyi məktəblərin şagirdləri arasında təşkil olunur.

Aksiyasının əsas məqsədi şagirdlərin asudə vaxtının səmərəli təşkili, sağlam həyat tərzinin təbliği və idmana olan marağın artırılması, həmçinin ictimaiyyətin diqqətinin xüsusi karantin rejimi qaydalarına yönəldilməsindən ibarətdir.

Aksiya çərçivəsində "Məktəblinin dostları" və idmanı sevən bütün şagirdlər evdə etdikləri müxtəlif idman hərəkətlərini videoçarx şəklində hazırlayıb estafeti digər məktəblilərə ötürürlər. 

Qeyd edək ki, videogörüntülərdə məktəblilər evdə qalıb öz vaxtından daha səmərəli istifadə edərək fərqli təşəbbüslərlə çıxış edirlər. Bununla şagirdlər hər kəsi #evdəqal çağırışına əməl etməklə, koronavirusa yoluxma riskini azaltmağa çağırırlar.



Загрузка...
Həmçinin oxuyun: