AzTehsil.com


Xəbərlər / Video / Abituriyent
08 iyul 2020
1 566


DİM növbəti maarifləndirici videoçarx hazırladı -VİDEO



DİM növbəti maarifləndirici videoçarx hazırladı -VİDEO

 

Video imtahan mərkəzlərində (zallarında) imtahan müddətində əməkdaşların və iştirakçıların sağlamlığının qorunması məqsədi ilə hazırda koronavirus (COVID-19) infeksiyasına dair aparılan elmi araşdırma faktlarına əsaslanaraq hazırlanıb

Məlum olduğu kimi, bu il COVID-19 pandemiyası ilə mübarizə çərçivəsində bir sıra kütləvi tədbirlərə, o cümlədən Dövlət İmtahan Mərkəzinin təşkil etdiyi imtahanlara bir müddət ara verilmişdi.

Lakin həyat davam edir. Məhz buna görə də bizlər yeni şəraitə uyğunlaşmalı və həyatın normal axışını bərpa etmək üçün zəruri tədbirləri həyata keçirməliyik.

Bu il orta məktəblərin buraxılış imtahanları, eləcə də ali və orta ixtisas məktəblərinə qəbul imtahanlarının pandemiya şəraitinin tələblərinə uyğun şəkildə həyata keçirilməsi nəzərdə tutulub.

Dövlət İmtahan Mərkəzi imtahan kampaniyası müddətində virusun yayılmasının qarşısını almaq məqsədilə imtahan binalarında bir sıra profilaktik tədbirlər həyata keçirir. Binaların və otaqların dezinfeksiyası, havalandırılması, müvafiq yerlərdə əl dezinfektantları üçün dispenserlərin quraşdırılması, hər bir otağa düşən iştirakçı sayının sosial məsafə prinsipinə uyğun şəkildə tənzimlənməsi, imtahan heyətinin müvafiq qoruyucu vasitələrlə təmin olunması və onların təlimatlandırılması bu tədbirlərdən bəziləridir. 

Lakin bu tədbirlərin tam səmərəli olması üçün imtahan iştirakçıları da özlərinin və başqalarının sağlamlığına məsuliyyətlə yanaşmalı və ümumi imtahan qaydaları ilə yanaşı, müvafiq profilaktik qaydalara da riayət etməlidirlər.

Hər bir imtahan iştirakçısı imtahandan əvvəl imtahana buraxılış vərəqəsi ilə bir yerdə sağlamlıq haqqında bəyannaməni çap edib imzalamalı və onu digər sənədlərlə birlikdə imtahan nəzarətçisinə təqdim etməlidir.

İmtahan iştirakçısı özündə COVID-19 infeksiyasının əlamətlərini müşahidə etdiyi halda evdən çıxmamalı və 103 təcili tibbi yardım xidmətinə müraciət etməli, imtahan müddətində özündə yüksək temperatur və ya üşütmə kimi əlamətlər hiss edənlər isə bu barədə mütləq imtahan nəzarətçisinə məlumat verməlidirlər.

Bundan başqa, hər bir iştirakçı bütün imtahan prosesi boyu qoruyucu maska geyinməlidir.

İmtahan iştirakçıları imtahan binasına daxil olmaq üçün yoxlamadan keçərkən sosial məsafəni saxlamaqla şəxsiyyətini təsdiq edən sənədi, üst tərəfini DİM əməkdaşının görəcəyi şəkildə ona tərəf uzatmalı və tələb olunduğu təqdirdə müvəqqəti olaraq maskasını çıxardaraq üzünü göstərməlidir. Başqa heç bir halda maskanı çıxartmaq olmaz.

Qeyd olunanlarla yanaşı imtahan günü imtahan binasına gələn iştirakçıların aşağıdakı qaydalara riayət etməsi zəruridir:

–          əlləri sabunla yumaq və ya xüsusi maye ilə dezinfeksiya etmək;

–          imtahan binasının daxilində və ya qarşısında sıx toplaşmamaq;

–          əllə görüşməmək və insanlarla ən az 2 metr məsafə saxlamaq;

–          asqırarkən və ya öskürərkən ağzı salfet və ya dirsəyin iç tərəfi ilə örtmək;

–          istifadə etdikləri hər hansı ləvazimatı bir-birinə ötürməmək.

İmtahan binasında hərəkət edərkən divarlara və əşyalara təmas etməmək, yuyulmamış və ya dezinfeksiya olunmamış əllərlə üzə toxunmamaq məsləhət görülür.

Psixoloji məqamlar

Məlumdur ki, bəzi insanlar imtahan zamanı qısa müddətə də olsa, müəyyən təlaş keçirə bilərlər. İnsan təlaş və ya həyəcan hissi keçirdikdə nəbzi və nəfəs alması sürətlənir. Üzdə maska olduqda bu hal nəfəs almağa qismən çətinlik yarada bilər.

Bu tip halların qarşısını almaq üçün evdə məşq etməyiniz, o cümlədən maska geyinərək test tapşırıqları və məsələlər həll etməyiniz, eləcə də imtahandan bir gün əvvəl ağır yeməklərdən uzaq durmağınız, sağlam qidalanmağınız, vaxtında yatmağınız məsləhətdir.

Bundan başqa, imtahana münasibəti və düşüncələri müsbət şəkildə nizamlamaq, o cümlədən imtahan nəticələrinə ifrat mənalar yükləməmək, öz dəyərinizi imtahan nəticələrinə bağlamamaq, başqaları ilə rəqabətə girməmək, realist olmaq, qorxu və şübhələrinizi paylaşmaq, pozitiv düşünmək və pozitiv təlqinlər etmək imtahan təlaşını aradan qaldırmaq üçün effektiv metodlardır.

İmtahan günü ən yaxşı bildiyiniz mövzuları yadınıza salaraq özünüzə inamı artırın. İmtahan zamanı diqqətinizi tapşırıqlara yönəldin və çətinlik yarandıqda əvvəlcə yaxşı bildiyiniz sualları cavablandırın. Bu beyninizdə stress mərkəzinin sakitləşməsinə, müsbət emosiyalar yaranmasına, beynin məntiqi düşüncəyə cavabdeh hissəsinin aktivləşməsinə səbəb olacaq və potensialınızdan maksimum istifadə etməyinizə yardım edəcək.



Загрузка...
Həmçinin oxuyun:
İyulun 2-də və 3-də növbəti buraxılış imtahanları keçiriləcək

İyulun 2-də və 3-də növbəti buraxılış imtahanları keçiriləcək

38 şəhər və rayonunda buraxılış imtahanları keçiriləcək

38 şəhər və rayonunda buraxılış imtahanları keçiriləcək

İyunun 10-11-də 39 bölgədə ümumi və tam orta təhsil səviyyəsi üzrə buraxılış imtahanları keçiriləcək

İyunun 10-11-də 39 bölgədə ümumi və tam orta təhsil səviyyəsi üzrə buraxılış imtahanları keçiriləcək

İmtahan təyin olunan tarixdən iki gün əvvəl otaqların dezinfeksiya edilməsi vacibdir

İmtahan təyin olunan tarixdən iki gün əvvəl otaqların dezinfeksiya edilməsi vacibdir

Budəfəki buraxılış imtahanında 20 minə yaxın şəxs iştirak edəcək

Budəfəki buraxılış imtahanında 20 minə yaxın şəxs iştirak edəcək

İyunun 24-25-də bu bölgələrdə növbəti buraxılış imtahanları keçiriləcək

İyunun 24-25-də bu bölgələrdə növbəti buraxılış imtahanları keçiriləcək

İmtahanlar zamanı tətbiq ediləcək təhlükəsizlik QAYDALARI - RƏSMİ

İmtahanlar zamanı tətbiq ediləcək təhlükəsizlik QAYDALARI - RƏSMİ

20-yə yaxın abituriyent imtahana buraxılmadı

20-yə yaxın abituriyent imtahana buraxılmadı

İyulun 10-da qəbul imtahanları keçiriləcək

İyulun 10-da qəbul imtahanları keçiriləcək

İmtahanlarda iştirakçılar arasında bu qədər məsafə qoyulacaq

İmtahanlarda iştirakçılar arasında bu qədər məsafə qoyulacaq

4 şagird imtahana buraxılmadı, 3-ü zaldan çıxarıldı

4 şagird imtahana buraxılmadı, 3-ü zaldan çıxarıldı

Bu günkü imtahanlarda 5 şagirdin bədən hərarəti yüksək olduğu üçün imtahana buraxılmayıb

Bu günkü imtahanlarda 5 şagirdin bədən hərarəti yüksək olduğu üçün imtahana buraxılmayıb

Azərbaycanda buraxılış imtahanlarının keçirilməsinə başlanılır

Azərbaycanda buraxılış imtahanlarının keçirilməsinə başlanılır

2 və ya 3 iyul tarixlərində iştirak edəcək şagirdlərin nəzərinə!

2 və ya 3 iyul tarixlərində iştirak edəcək şagirdlərin nəzərinə!

DİM növbəti imtahanlar üçün şagirdlərə XƏBƏRDARLIQ ETDİ

DİM növbəti imtahanlar üçün şagirdlərə XƏBƏRDARLIQ ETDİ

Hərarəti yüksək olan 2 şagird imtahana buraxılmadı

Hərarəti yüksək olan 2 şagird imtahana buraxılmadı

Bugünkü imtahanların nəticələri nə vaxt açıqlanacaq?

Bugünkü imtahanların nəticələri nə vaxt açıqlanacaq?

TƏBİB koronavirus dövründə imtahanların keçirilməsi qaydasını açıqladı

TƏBİB koronavirus dövründə imtahanların keçirilməsi qaydasını açıqladı

İmtahan zamanı tətbiq ediləcək təhlükəsizlik qaydaları -RƏSMİ

İmtahan zamanı tətbiq ediləcək təhlükəsizlik qaydaları -RƏSMİ

Bu gün 17021 abituriyent üçün buraxılış imtahanı KEÇİRİLİR

Bu gün 17021 abituriyent üçün buraxılış imtahanı KEÇİRİLİR

Nəzarətçilərlə bağlı məhdudiyyətlər tətbiq edilib

Nəzarətçilərlə bağlı məhdudiyyətlər tətbiq edilib

İmtahana telefonla girən şagird foto çəkib paylaşdı

İmtahana telefonla girən şagird foto çəkib paylaşdı

DİM beynəlxalq imtahanların keçirilməsinə başlayır

DİM beynəlxalq imtahanların keçirilməsinə başlayır

“İmtahan iştirakçısının sağlamlığı” haqqında bəyannamənin DETALLARI

“İmtahan iştirakçısının sağlamlığı” haqqında bəyannamənin DETALLARI