Xəbərlər, Dünya
16 mart 2018
250

Çin universitetində Azərbaycan dili üzrə kadrlar hazırlanacaq


Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi bəyən və paylaş

Çin universitetində Azərbaycan dili üzrə kadrlar hazırlanacaq

 

Çinin ən nüfuzlu ali təhsil ocaqlarından olan Pekin Xarici Dillər Universitetində (PXDU) 2018-2019-cu tədris ilindən başlayaraq Azərbaycan dili üzrə kadrların hazırlanmasına başlanılacaq.

Aztehsil.com AZƏRTAC-a istinadən xəbər verir ki, bunu universitetin rektoru Pen Lon Azərbaycanın Çindəki səfiri Əkrəm Zeynallı ilə görüşdə deyib.

PXDU-da Azərbaycan dilinin ikinci dil kimi tədrisinə bir il əvvəldən başlanıldığını diqqətə çatdıran rektor ötən müddətdə 42 tələbənin Azərbaycan dili dərslərində iştirak etdiyini deyib.

"Bir kəmər, bir yol” strategiyası çərçivəsində Çinin Azərbaycan ilə əlaqələrinin inkişafını nəzərə alan ölkənin Təhsil Nazirliyi PXDU-da Azərbaycan dili üzrə kadrların hazırlanmasını qərara alıb. Plana əsasən, növbəti tədris ilində 12 çinli gənc Azərbaycan dili üzrə dördillik bakalavr təhsili almaq imkanı qazanacaq.

Pen Lon universitetdə Azərbaycan dilinin tədrisi və kadr hazırlığı ilə əlaqədar ölkəmizin bir neçə ali təhsil ocağı və Azərbaycan Milli Elmlər Akademiyası ilə səmərəli əməkdaşlıq etdiklərini diqqətə çatdırıb.

Səfir Əkrəm Zeynallı Azərbaycan və Çin arasında münasibətlərin hazırkı durumu və perspektivləri barədə danışaraq, "Bir kəmər, bir yol” strategiyasının müxtəlif sahələrdə əməkdaşlıq üçün yeni imkanlar yaratdığını deyib. Bu strategiyanın Çinin müxtəlif ölkələrlə təkcə iqtisadi əlaqələrinin genişlənməsini nəzərdə tutmadığını qeyd edən Ə.Zeynallı, habelə humanitar sahədə də münasibətlərin dərinləşməsinə yol açdığını bildirib.

Səfir PXDU-da Azərbaycan dilinin tədrisi ilə bağlı səfirliyin hər cür dəstək göstərməyə hazır olduğunu deyib.

Qeyd edək ki, 1941-ci ildə fəaliyyətə başlayan və əsasən Çin Xarici İşlər Nazirliyi üçün kadrların hazırlanması ilə məşğul olan PXDU-nun məzunları arasında 400-ə yaxın səfir, minlərlə diplomat olub. Universitetin hazırda 87 ölkədən 451 təhsil ocağı ilə müxtəlif səviyyələrdə əlaqələri mövcuddur.





Whatsapp'ta Paylaş

loading...

Həmçinin oxuyun:
Azərbaycanın bu universitetini bitirən kubalılar ölkələrində yüksək vəzifələrdə çalışırlar

Azərbaycanın bu universitetini bitirən kubalılar ölkələrində yüksək vəzifələrdə çalışırlar

Dillər Universitetində Germanistika İnstitutu açılıb

Dillər Universitetində Germanistika İnstitutu açılıb

Kuban Dövlət Aqrar Universitetinin əməkdaşları ADAU-da olub

Kuban Dövlət Aqrar Universitetinin əməkdaşları ADAU-da olub

Azerbaycandili.az saytının təqdimatı keçirilib

Azerbaycandili.az saytının təqdimatı keçirilib

Azərbaycan dilinin informasiya bazası yaradılıb

Azərbaycan dilinin informasiya bazası yaradılıb

İranda ingilis dilinin tədrisi qadağan olundu

İranda ingilis dilinin tədrisi qadağan olundu

İsa Həbibbəyli: AMEA-nın hazırladığı orfoqrafiya qaydaları ictimaiyyətin müzakirəsinə verilsin

İsa Həbibbəyli: AMEA-nın hazırladığı orfoqrafiya qaydaları ictimaiyyətin müzakirəsinə verilsin

ADNSU Çin üçün magistr və doktorant hazırlayacaq

ADNSU Çin üçün magistr və doktorant hazırlayacaq

Dövlət dili ilə bağlı tədbirlər planı - Hazırlanacaq

Dövlət dili ilə bağlı tədbirlər planı - Hazırlanacaq

Azərbaycanlı məktəblilər Moskvada Beynəlxalq Rus Dili Olimpiadasının qalibi olublar

Azərbaycanlı məktəblilər Moskvada Beynəlxalq Rus Dili Olimpiadasının qalibi olublar

Rektor Kamal Abdulla CLS proqramının nümayəndələri ilə görüşüb

Rektor Kamal Abdulla CLS proqramının nümayəndələri ilə görüşüb

Qənirə Paşayeva Çinin ictimai xadim, tanınmış təşkilat rəhbərləri ilə görüşdü

Qənirə Paşayeva Çinin ictimai xadim, tanınmış təşkilat rəhbərləri ilə görüşdü

Yaponiyanın Nippon Fondu Azərbaycanın elm və təhsil müəssisələrinə kitablar hədiyyə edib

Yaponiyanın Nippon Fondu Azərbaycanın elm və təhsil müəssisələrinə kitablar hədiyyə edib

Böyük Britaniya və Şimali İrlandiya Krallığının Azərbaycandakı səfiri LDU-da olub.

Böyük Britaniya və Şimali İrlandiya Krallığının Azərbaycandakı səfiri LDU-da olub.

Məhəmmədrza Purməhəmmədi: İran-Azərbaycan əlaqələrinin inkişafında elm ocaqlarının rolu böyükdür

Məhəmmədrza Purməhəmmədi: İran-Azərbaycan əlaqələrinin inkişafında elm ocaqlarının rolu böyükdür

Rus dili müəllimləri diqqət!Seminar təşkil olunacaq

Rus dili müəllimləri diqqət!Seminar təşkil olunacaq

ADU-nun rektoru Norveçə gedən tələbələrlə görüşdü

ADU-nun rektoru Norveçə gedən tələbələrlə görüşdü

Meksika səfiri Lənkəran Dövlət Universitetində olub

Meksika səfiri Lənkəran Dövlət Universitetində olub

Səfir: “Azərbaycan və Rumıniya arasında mədəniyyət və təhsil sahəsində böyük potensial var”

Səfir: “Azərbaycan və Rumıniya arasında mədəniyyət və təhsil sahəsində böyük potensial var”

ADNSU ilə Azərbaycan Milli Konservatoriyası arasında əməkdaşlıq memorandumu imzalandı

ADNSU ilə Azərbaycan Milli Konservatoriyası arasında əməkdaşlıq memorandumu imzalandı

ADU-da Frankofoniya Mərkəzi açıldı

ADU-da Frankofoniya Mərkəzi açıldı

Səfir BDU-da təhsil alan türkiyəli tələbələrlə görüşüb (FOTO)

Səfir BDU-da təhsil alan türkiyəli tələbələrlə görüşüb (FOTO)

SDU ilə “Azərikimya” arasında əməkdaşlıq genişlənir: Memorandum imzalandı

SDU ilə “Azərikimya” arasında əməkdaşlıq genişlənir: Memorandum imzalandı

Çin səfiri BDU-da olub

Çin səfiri BDU-da olub