Şirvan-Salyan üzrə RFO-dan finala yüksələnlərin SAYI

Şirvan-Salyan üzrə RFO-dan finala yüksələnlərin SAYI
Bölmə adı Layihələr
Yayımlandı 17 Mart 2026, 17:46

Şirvan-Salyan Regional Təhsil İdarəsi 2025–2026-cı tədris ili üzrə Respublika Fənn Olimpiadasının (RFO) final mərhələsinə vəsiqə qazanan şagirdlərin sayını və fənlər üzrə bölgüsünü açıqlayıb.

Şirvan-Salyan Regional Təhsil İdarəsindən Aztəhsil.az-a bildirilib ki, ümumilikdə region üzrə 59 şagird final turunda iştirak hüququ qazanıb.

Onların 17-si Azərbaycan dili, 10-u riyaziyyat, 10-u coğrafiya, 8-i kimya, 7-si biologiya, 4-ü tarix, 2-si fizika, 1-i isə informatika fənni üzrə final mərhələsində mübarizə aparacaq.

Qeyd edək ki, Respublika Fənn Olimpiadaları şagirdlərin elmi biliklərinin artırılması, istedadlı şagirdlərin üzə çıxarılması və onların inkişafının dəstəklənməsi baxımından mühüm əhəmiyyət daşıyır.