Главная > test > IDARƏETMƏYƏ AİD 5 TEST

IDARƏETMƏYƏ AİD 5 TEST


13-09-2016, 15:24. Разместил: REDAKTOR
                IDARƏETMƏYƏ AİD  5  TEST
1Azərbaycan respublikasının Əmək Məcəlləsi :
a) Fiziki və hüquqi şəxslər arasında  əmək münasibətlərini tənzim edir
b)Əmək münasibətlərində hüqüq bərabərliyini təmin  edir
c) Məhkəmə hakimlərinin və hərbi qulluqçuların əmək münasibətlərini tənzim edir  
 d)Əmək müqaviləsi bağlanmayan hallarda iıçilərin hüquqlarını təmin edir
e)Mənafelərin  haqq-ədalətlə və  qanun aliliyinin təmin olunması ilə qorunur
2.Əmək müqaviləsi ilə işçinin vəzifələrinə aid deyil:
a) Əmək müqaviləsi ilə müəyyən edilmiş əmək funksiyalarını vicdanla yerinə yetirmək
b) peşə hazırlığını artırmaq,yeni ixtisasa yiyələnmək və ixtisasını artırmaq
c) əməyin təhlükəsizliyi normalarına əməl etmək
d) əmək qanunvericiliyinin tələblərinə əməl etmək
e) əmək intizamına əməl etmək
3.Aşağıda göstərilənlərdən biri Əmək Məcəlləsinin 77-ci maddəsinə (Əmək müqaviləsinə xitam verilərkən işçinin təminatları) aid deyil.
a) Bu Məcəllənin 70-ci maddəsinin "b” bəndi ilə işəgötürən əmək müqaviləsini ləğv etməzdən ən azı 2 ay əvvəl işçini xəbərdar etməlidir
b)Bu Məcəllənin 70-ci maddəsinin "a” bəndi ilə işəgötürən əmək müqaviləsini ləğv edərkən işçilərə orta əmək haqqından az olmamaqla işdənçıxarma müavinəti verilməlidir
c) Bu Məcəllənin 70-ci maddəsinin "a” bəndi ilə işəgötürən əmək müqaviləsini ləğv edərkən işçilərə  
işdən çıxdığı gündən yeni işə düzələn günədək II və III aylar üçün orta əmək haqqı ödənilir.
d) ...xəbərdarlıq müddəti əvəzinə ,işçinin razılığı ilə azı 2 aylıq əmək haqqını bir dəfəyə ödəməklə işəgötürən əmək müqaviləsini poza bilər
e) ...işçinin müddətli hərbi xidmət də olduğu müddət ərzində  mülkiyyət növündən  və təşkilati-hüquqi  formasından asılı olmayaraq müəssədə iş yeri və vəzifəsi saxlanılır
  4. İxtisar zamanı kimlərə  işdə saxlamağa  üstünlük  verilir....
a)yeni işə qəbul edilmiş işçilərə
b) şəhid ailələrinə
c)həmin müəssədə peşə xəstəliyinə tutulanlara
d) məcburi köçkün,qaçqın statusu olanlara
e)əsgərvə zabit ailələrinə
5.Əmək Məcəlləsinin 90-cı maddəsinin 3-cu bəndi hansı variantda düzgün verilmişdir?
a)  6 günlük iş həftəsində həftəlik  norma  40 saat olduqda gündəlik iş vaxtının müddəti 8 saatdan, həftəlik norma 36 saat olduqda iş vaxtının müddəti 7 saatdan və həftəlik norma 24 saat olduqda gündəlik iş vaxtının müddəti 4 saatdan çox ola bilməz.
b) )  6 günlük iş həftəsində həftəlik  norma  40 saat olduqda gündəlik iş vaxtının müddəti 7 saatdan, həftəlik norma 36 saat olduqda iş vaxtının müddəti 6 saatdan və həftəlik norma 24 saat olduqda gündəlik iş vaxtının müddəti 4 saatdan çox ola bilməz.
c )  6 günlük iş həftəsində həftəlik  norma  40 saat olduqda gündəlik iş vaxtının müddəti 8 saatdan, həftəlik norma 36 saat olduqda iş vaxtının müddəti 6 saatdan və həftəlik norma 24 saat olduqda gündəlik iş vaxtının müddəti 4 saatdan çox ola bilməz.
d)  6 günlük iş həftəsində həftəlik  norma  40 saat olduqda gündəlik iş vaxtının müddəti 6 saatdan, həftəlik norma 36 saat olduqda iş vaxtının müddəti 5 saatdan və həftəlik norma 24 saat olduqda gündəlik iş vaxtının müddəti 4 saatdan çox ola bilməz.
e)  6günlük iş həftəsində həftəlik  norma  40 saat olduqda gündəlik iş vaxtının müddəti  6 saatdan, həftəlik norma 36 saat olduqda iş vaxtının müddəti 6 saatdan və həftəlik norma 24 saat olduqda gündəlik iş vaxtının müddəti 4 saatdan çox ola bilməz.




 


Вернуться назад