Sumqayıtda 23 nömrəli orta məktəbə lisey statusu verilib

Sumqayıtda 23 nömrəli orta məktəbə lisey statusu verilib
Bölmə adı Xəbərlər
Yayımlandı 11 Mart 2026, 14:35

Sumqayıt şəhər 23 nömrəli tam orta ümumtəhsil məktəbinin tipi dəyişdirilərək 23 nömrəli texniki fənlər təmayüllü lisey statusu verilib.

Aztəhsil.az xəbər verir ki, bu barədə Abşeron-Xızı Regional Təhsil İdarəsi məlumat yayıb.

Bildirilib ki, dəyişikliklə əlaqədar liseyə I sinfə qəbul və şagird yerdəyişməsi dayandırılıb.

Həmçinin liseyə şagird qəbulu yalnız VII sinifdən etibarən mərkəzləşdirilmiş imtahanın nəticələrinə əsasən həyata keçiriləcək.