Respublika fənn olimpiadalarının birinci–rayon mərhələsi keçirilib.
Yanvarın 15-də ölkəmizin hər yerində olduğu kimi Göygöl rayonunda da Respublika fənn olimpiadalarının birinci–rayon mərhələsi keçirilib. Rayon mərhələsi şəhər 3 nömrəli tam orta məktəbdə saat 10:00-dan 13:00-dək davam edib. Göygöl rayonu üzrə fənn olimpiadasında Azərbaycan dili və ədəbiyyatı, riyaziyyat, coğrafiya, tarix, fizika, kimya, biologiya fənləri üzrə cəmi 642 şagird iştirak edib.
Təlimata uyğun olaraq şagirdlərə sualları cavablandırmaq üçün texniki fənlər üzrə 180 dəqiqə, humanitar fənlər üzrə isə 90 dəqiqə vaxt verilib.
Rayon turu 23 sinifdə eyni sayda nəzarətçi sayı olmaqla həyata keçirilib.
Rayon mərhələsinin nəticələrinə əsasən, hər fənn və hər sinif üzrə ən azı 60 faiz nəticə göstərən ən yaxşı 3 şagird respublika mərhələsinin yarımfinal turuna vəsiqə qazanacaqdır.
Rayon mərhələsinin nəticələri yanvarın 25-dək elan ediləcəkdir.
Olimpiadaların təşkil edilməsində məqsəd istedadlı uşaqların aşkar edilməsi, şagirdlərdə fənlərə olan marağın artırılması, onların bilik və bacarıqlarını nümayiş etdirmələrinə yardım etməkdir.
aztehsil.com